şənbə günü, 10 oktyabr 2026
     

Rusiya neftinə qiymət tavanı, OPEC+ ölkələrinin qərarı “qara qızıl”ı sürətlə bahalaşdırır

Image


Rusiya neftinin qiymətinə tətbiq olunan yuxarı hədd, gözlənildiyi kimi, dünya bazarlarında “qara qızıl”ın qiymətlərini artırır. Kreml Qərb bazarlarına gedən neftini dayandırır və bu, vəziyyəti daha da gərginləşdirir.

“Qazpromneft” şirkətinin baş direktoru Aleksandr Dyukov bildirib ki, “Rusiya neftinin qiymətinə tətbiq olunan yuxarı hədd tam müəyyən olunmayan bəzi çətinliklərə səbəb olacaq. Onun sözlərinə görə, bəzi çətinliklər olacaq: “Qərb bütün çətinlikləri tam dərk etmir. Biz isə bu çətinliklərin öhdəsindən gələcəyik”. Dyukov onu da vurğulayıb ki, rəsmi Moskvanın Rusiya neftinin maya dəyərini məhdudlaşdıran ölkələrə neft verməkdən imtina etməsi bazardakı vəziyyətə, həmçinin qiymətlərə təsir edəcək. Qeyd edək ki, “Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri Rusiya neftinin qiymətinə limit qoyulması ilə bağlı razılığa gəlib. ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinin hər barrelinə tətbiq olunacaq 60 dollarlıq ən yuxarı həddin rəsmi Moskvanın enerji gəlirlərini azaltmaq üçün kifayət edəcəyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən “Rusiya enerji həftəsi” forumunda bildirib ki, Moskva qiymət məhdudiyyəti tətbiq edən ölkələri enerji resursları ilə təmin etməyəcək: “Rusiya sağlam düşüncəyə zidd hərəkət etməyəcək, başqasının rifahını öz hesabına təmin etməyəcək. Biz enerji resurslarının qiymətlərini məhdudlaşdıran ölkələrə tədarük həyata keçirməyəcəyik”. Putin vurğulayıb ki, neftin qiymətinə yuxarı həddin tətbiqi digər sənaye sahələrindəki məhsulların qiymətinə məhdudiyyətlərin qoyulması üçün katalizator ola bilər. Onun sözlərinə görə, 2022-ci ildə təbii qazın spot qiymət mexanizmi avrozona üçün ÜDM-nin, təxminən, 2 %-i qədər, yəni 300 milyard ABŞ dollarından çox itkiyə səbəb olacaq. Belə vəziyyətdə OPEC+ ölkələrinin Vyanada son toplantısında hasilatın azalması qərarı qiymətlə bağlı vəziyyətə daha çox təsir edir. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, OPEC-in son qərarı məhz dünya iqtisadiyyatına müşahidə edilən resessiya və neftə tələbin azalmasıyla bağlıdır: “OPEC bir müddət öncə neft hasilatının artırılmasıyla bağlı qərar qəbul etmişdi, bu isə birbaşa onunla bağlı idi ki, OPEC pandemiyanın yumşalması fonunda neftə tələbin artacağını güman edirdi, amma xüsusilə inkişaf etmiş ölkələrdə iqtisadi artımla bağlı proqnozların reallaşmaması neftə olan tələbin azalmasına gətirib çıxardı. Buna görə də OPEC hasilatın iki milyon barrel azaldılması ilə bağlı qərar qəbul etdi. Onun bu qərarı nə inkişaf etmiş ölkələr, nə də ekspertlər tərəfindən gözlənilən hesab olunurdu. Əslində, hasilatın azaldılması gözlənilən idi, amma iki milyon barrel azaldılması gözlənilmirdi. O baxımdan bir sıra inkişaf etmiş ölkələr qərardan heç də məmnun olmadı. Məsələn, ən çox neft istehlak edən və istehlakının 50 faizini idxal hesabına ödəyən ABŞ bu qərarı heç də məmnunluqla qarşılamadı”. İqtisadçı bu qərardan sonra neftin qiymətində müəyyən artımlar müşahidə olunsa da, kəskin artımların hələ də olmadığını diqqətə çatdırıb: “Çünki OPEC+ hasilatın iki milyon barrel azaldılmasıyla bağlı qərar qəbul etsə belə, onunla bağlı planı praktik olaraq təsdiq etməyib. Yəni bu hasilatın necə azaldılacağı, ölkələrin kvotalarının necə olacağı tam olaraq razılaşdırılmayıb, ona görə də neft bazarında kəskin qiymət artımları müşahidə olunmadı. Bununla belə, qərar neftin dünya bazarında qiymətinin stabilləşməsinə və müəyyən qədər artmasına səbəb oldu. Bu da neft ölkələri üçün arzuolunan hesab olunur. Əgər qərarla bağlı konkret addımlar atılarsa, qiymətlərin artması fonunda neft ölkələrinin valyuta gəlirləri də artacaq. Təbii ki, bunun Azərbaycanın gəlirlərinə də müsbət təsir olacaq. Çünki Azərbaycan ixracatının təxminən 80 faizi xam neftdir”. Bu arada ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası da 2022-2023-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu azaldıb. Bildirilir ki, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 100,73 milyon barrel olacağı ehtimal edilir ki, bu da ötən proqnoz göstəricisi ilə müqayisədə 0,55 milyon barrel  azdır. Gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28,85 milyon barrel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnoz göstəricidən 0,14 milyon barrel azdır. Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik istehsalı 99,9 10 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,19 milyon barrel azdır. Xatırladaq ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,71 milyon barrel səviyyəsində olub.  Qurumun məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni gələn il ötəcək. Ona qədər olan hasilat həcmi isə qiymət yüksəldilməsini şərtləndirəcək. Energetika İnformasiyası Administrasiyası Azərbaycanda 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib. Qeyd olunur ki, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 640 min barrel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir. Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barrel təşkil edəcək ki, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir. Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barrel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barrel səviyyəsində olub. Hazırda Azərbaycan nefti 100 dollarlıq qiymət civarında satılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ