şənbə günü, 10 oktyabr 2026
     

Rubl yenidən dəyərdən düşür, bunun Azərbaycana da təsiri olacaq

Image


Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket zərbələri və geosiyası gərginləşmə səbəbindən Rusiya rublu dollar qarşısında zəifləməyə başlayıb. Artıq dollar rubl qarşısında bahalaşaraq 64 rublu keçib.

Dolların məzənnəsi iyulun 7-dən sonra ilk dəfədir ki, bu səviyyəni keçir. Mənfi dinamika fond bazarında da müşahidə edilir. Moskva birjasinda indekslər 9% azalaraq 2000-dən aşağı düşüb. Rusiyanın “Promsvyazbank”ının ekspertləri güman edir kİ, bundan sonra dolların məzənnəsi 62-65 rubl arasında dəyişəcək. “Sankt-Peterburq” bankının analitiki Viktor Qriqoryev isə dolların məzənnəsinin tezliklə sabitləşəcəyini və 59,7–61,5 aralığına qayıdacağını bildirib. Millət vəkili, iqtisadçı Vüqar Bayramov qeyd edir ki, şimal qonşumuzda dollarla bağlı baş verənlər Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə ilə bağlıdır: “Rusiya milli valyutası yenidən ucuzlaşıb. Rusiyada dolların məzənnəsi son 10 gündə 57.5 rubldan 64 rubladək artıb. Bu o deməkdir ki, rubl yalnız son 10 gündə 11 faiz dəyər itirib. Rublun ucuzlaşması Avropa İttifaqının 8-ci sanksiyalar paketini təsdiq etməsi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha da artırıb. Aydındır ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterilizasiya metodları ilə müəyyənləşsə də, bazardakı tələb və təklif də təsirsiz deyil. Rusiyada ölkədən valyuta çıxarışı məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edirdi. Eyni zamanda, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb”. V.Bayramov əlavə edib ki, rublun son dəyərsizləşləşmələri ilə yanaşı, Rusiya valyutasının dollara nisbətən gələn ildən daha çox ucuzlaşması gözləntiləri yüksəkdir: “Bir tərəfdən, biznes yeni bazarlar, rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və turist səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə dollara tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək. Deməli, sanksiyaların genişlənməsi fonunda rublu heç də yaxşı günlər gözləmir”. Bu fonda onu da xatırladaq ki, ABŞ prezidenti Co Bayden ölkənin Maliyyə Nazirliyinin Rusiya və Belarusa Beynəlxalq Valyuta Fondunun xüsusi borclanma hüququ müqabilində dollar verilməsini qadağan edən qanunu imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, 2021-ci ilin avqustunda BVF pandemiyanın təsirindən zərər çəkmiş iqtisadiyyatların bərpasına kömək etmək üçün üzv ölkələrə 650 milyard dollarlıq xüsusi borclanma hüququ ekvivalentini təsdiqləyib. Həmin vaxt Rusiya fonddan öz kvotasına uyğun olaraq 12,3 milyard xüsusi borclanma hüququ alıb ki, bu da o zaman 17,5 milyard dollara bərabər idi. 2021-ci ilin sentyabrında maliyyə nazirinin müavini Timur Maksimov bu vəsaitin ölkənin qızıl-valyuta ehtiyatlarına əlavə edildiyini bildirib.  Qaydalara görə, xüsusi borclanma hüququ beş valyutaya dəyişdirilə bilər: dollar, avro, yen, funt sterlinq və yuan. İndi Rusiya əldə etdiyi xüsusi borclanma hüququ ilə bağlı qiymətli kağızları artıq dollara dəyişə bilməz. Daha bir maraqlı məsələ isə ABŞ-ın dolları gücləndirmək stəməsi fonunda beynəlxalq maliyyə müstəvisində gözlənilən dəyişiliklərdir. Rusiya Xalqlar Dostluğu Universitetinin Dünya İqtisadiyyatı kafedrasının dosenti Vladimir Qriqoryev bildirir ki, bu halda qlobal maliyyə sistemini əksər valyutalarını qaçılmaz devalvasiyası gözləyir, bunun nəticələri yoxsul ölkələr üçün daha ağır olacaq: “Dünya valyuta sistemi hazırda ifrat qeyri-sabitlik vəziyyətindədir. Üstəlik, bu qeyri-sabitlik uzun hadisələr zəncirinin nəticəsidir: birincisi, 1991-2000-ci illərdə qlobal iqtisadiyyatın kredit resursları ilə doldurulması daha da artdı. Sonra qlobal borcun həcmini (dövlət, korporativ və özəl) daha da artıran 2008-ci il böhranı, iqtisadiyyatın real sektorunda problemləri daha da kəskinləşdirən koronavirus pandemiyası və nəhayət, Qərbin anti-Rusiya sanksiyaları. 2022-ci ildə çox qeyri-sabit vəziyyəti yaradıb. Nəticədə, ölkələrin böyük əksəriyyəti disbalansla üzləşib və nəticəsi valyutaların qaçılmaz devalvasiyası olacaq. Yeri gəlmişkən, ABŞ müvəqqəti möhlət ala bilər, çünki əsas məzənnənin daimi və dinamik artımı qlobal investorların pullarını dollara cəlb edir və bu, qaçılmaz olaraq digər valyutaları zəiflədir. Dolların möhkəmlənməsi bu valyuta ilə borc götürən ölkələr və şirkətlər üçün borclarına xidmət etməyi çətinləşdirir”. İqtisadçının sözlərinə görə, Rusiya rublu indi çox spesifik vəziyyətdədir: “Rusiya faktiki olaraq qlobal maliyyə sisteminin nüvəsindən çıxarılıb. Amma dünya üçün belə böyük və əhəmiyyətli bir dövlətin valyutası bahalaşıb-ucuzlaşır. Təbii ki, rublun hazırkı gücü müəyyən qədər sünidir, lakin bu, çox güman ki, qlobal böhranın yumşaldılmasına kömək edəcək”. Qeyd edək ki, Rusiya rublunun Azərbaycan manatına qarşı da məzənnəsi ucuzlaşır. Bu, qarşılıqlı ticarətə təsir edəcək. Rusiya eyni zamanda Azərbaycanın qeyri-neft sektoru məhsullarının əsas alıcısıdır.  Hazırda Azərbaycan Rusiyaya ən çox kənd təsərrüfatı malları ixrac edir. Rublla aparılan bu ticarət Rusiya bazarının ümumilikdə 7 faizini təşkil edir. İlk əsas təsirlər də məhz bu istiqamətdə ola bilər. Rublun ucuzlaşması Azərbaycan məhsulalrının Rusiyada bahalaşmasına səbəb olacaq. Azərbaycanın Rusiyaya ixracının 30%-ni isə ərzaq və kənd təsərrüfatı məhsulları tutur. Xatırladaq ki, Qərb ölkələri və Rusiya arasında qarşılıqlı sanksiyalar qitə ölkələrindən şimal qonşumuza mal axınını məhdudlaşdırıb və Azərbaycan məhsullarına ehtiyacı artırıb. Odur ki, rublun dəyərdən düşməsi Azərbaycandan Rusiyaya ixracı elə də zəiflətməyəcək. Amma rubl dəyərsizləşməkdə davam edərsə, qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya rublunun ucuzlaşması bu ölkədən Azərbaycana pul köçürməsi edən azərbaycanlılara da müəyyən təsir göstərəcək. Eyni zamanda, Rusiyadan gələn məhsullar Azərbaycanda xeyli ucuzlaşacaq. Rusiyadan Azərbaycana, əsasən yarımfabrikat sənaye məhsulları, maşın və avadanlıqlar, nəqliyyat vasitələri və ərzaq məhsulları gətirilir. Onların böyük bir qismi sahibkarlıq məqsədlidir və rublun ucuzlaşması hesabına Azərbaycana ucuz başa gəlməsi yerli sənaye məhsullarının maya dəyərinin aşağı düşməsinə səbəb ola, istehsalı stimullaşdira bilər. Hər halda, proseslər xeyli dərəcədə Rusiya-Ukrayna müaribəsinin nəticələrindən asılı olacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ