şənbə günü, 10 oktyabr 2026
     

Dünyada ucuzlaşan ətin Azərbaycanda bahalaşmasının maraqlı səbəbləri üzə çıxdı

Image


Qida istehlakında xüsusi yer tutan ət və ət məhsulları son günlərdə ölkəmizdə daha sürətlə bahalaşır. Xüsusən paytaxt Bakıda ətin qiymətləri kəskin artıb. İndi qəssabxanalarda sümüklü dana əti 13 manatdan 14-15 manata, sümüksüz dana əti isə 15 manatdan 16-17 manata qalxıb. Quzu əti 16 manata satılır.

Ən çox bahalaşma toyuq ətində müşahidə olunur. Belə ki, “kənd toyuğu” adı ilə satılan toyuq artıq 9-10 manata təklif edilir. İndiyə qədər 6-7 manat idi. Bahalaşma ümumilikdə il ərzində 30 faiz civarında müşahidə edilir. Burda diqqət çəkən məqamlardan biri odur ki, əslində, son aylarda dünyada ərzaq ucuzlaşır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatında deyilir ki, dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatdıqdan sonra ardıcıl 6 aydır ki, azalır. Əsas ərzaq məhsullarının beynəlxalq qiymətində aylıq dəyişiklikləri əks etdirən FAO-nun Ərzaq Qiymətləri İndeksi sentyabrda avqust ayına nisbətən 1,1 % azalsa da, keçən ilin sentyabr ayına nisbətən 5,5 % artaraq 136,3 bənd təşkil edib. Hesabatda bitki yağının qiymətinin bir ay ərzində 6,6 % azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşdüyü qeyd olunub. Buna səbəb Argentinadan soya yağı ixracının, həmçinin Qara dəniz regionundan günəbaxan yağının tədarükünün artmasıdır. Bir ay ərzində süd məhsullarının qiyməti 0,6 %, ətin qiyməti 0,5 %, şəkərin qiyməti isə 0,7 % azalıb. Azərbaycanda isə qida məhsulları üzrə inflyasiya hələ də yüksək həddədir və bu, ətə də aiddir. Amma yenə FAO-nun məlumatına görə, dünyada son üç ayda ətin qiymətində də azalmalar baş verir. FAO-nun Ət Qiymətləri İndeksi iyulda iyuna nisbətən 0.5, avqustda iyula nisbətən 1.5, sentyabrda isə avqusta nisbətən 0.5 faiz azalıb. Rəsmi statistikaya görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ət istehsalı 364.2 min ton olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz çoxdur. İdxala gəlincə, cari ilin yanvar-avqust aylarında Azərbaycana 26 min 149 ton ət gətirilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1.8 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyindən  məsələ ilə bağlı bildirilib ki, qurum qiymət tənzimləməsində iştirak etmir: “Kənd Təsərrüfatı Nazirliyinin belə bir funksiyası yoxdur. Dövlət qiyməti heç bir formada tənzimləmirsə, bazarda qiymətlər tələb-təklif qanununa görə müəyyənləşir”. Qeyd olunub ki, “bazarda qiymət qalxıb” deməzdən əvvəl ət satış nöqtələrinin neçə faizində bu bahalaşmanın baş verib-vermədiyini bilmək lazımdır: “Əgər hansısa bir satış nöqtəsində satıcı qiyməti qaldırıbsa, buna “bazarda qiymətlər qalxıb” demək olmaz”. Onu da xatırladaq ki, bu günlərdə baş nazirin rəhbərliyi altında iclaslar keçirilib, antiinhisar tədbirləri haqqında qərarlar qəbul olunub. Amma yenə də qiymət artımı var. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə qeyd edir ki, son dörd ayda Azərbaycanda ət və ət məhsullarının bahalaşması tendensiyası güclənir: “Ət və ət məhsullarının qiymətləri iyunda 0.2, iyulda 0.4, avqustda 2, sentyabrda isə yalnız mal ətinin qiyməti 14-17 faiz artıb. İyul ilə müqayisədə avqustda Azərbaycanda ət və ət məhsullarının idxal dəyəri 26.4 faiz artıb”. Ekspert Azərbaycanda yem bazasının zəif olduğunu deyir: “Bahalaşmanın əsas faktoru budur. Amma müvafiq qurumlar bu yem məsələsində tədbir görmək, yemçilikdə məhsuldarlığı artırmaq əvəzinə örüş sahələrini əkinə verdi. İndi isə biz statistikadan görürük ki, ot və şirəli yem istehsalı azalıb”. Onun hesablamalarına görə, Azərbaycanda tələbat 2 milyon 500 min olduğu halda, cəmi 300 min ton qüvvəli yem istehsal olunur: “Yəni heyvandarların heyvanın kökəltməsində istifadə etdikləri yem kifayət qədər və keyfiyyətli olmadığı üçün xərcləri çoxalır, əldə etdikləri məhsulun həcmi isə az olur”. Onun sözlərinə görə, bu da o deməkdir ki, fermerlərin istehsal etdiyi ətin maya dəyəri getdikcə artır və onlar məcburiyyət qarşısında ətin qiymətini artırırlar: “Dünya bazarında ətin qiyməti get-gedə ucuzlaşdığı bir halda, Azərbaycanda ətin bahalaşması yerli problemlə əlaqədardır”. Qeyd edək ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov da bu məsələyə diqqət çəkərək bildirib ki, kənd təsərrüfatının heyvandarlıq sektorunun inkişafı üçün əsas seqmentlərdən biri yem və yem bazasının düzgün təşkilidir: “Azərbaycanda bəzi yem və yem komponentləri var ki, onlar məhz idxaldan aslıdır, burda xüsusilə soya və günəbaxan bitkisi kimi məhsulları, mineral-vitamin qarışıqlarını qeyd edə bilərik. Öıkəmizdə yem və yem komponentlərinin idxaldan aslılığını nəzərə alaraq cari ildə hökümət və dövlət tərəfindən mühüm qərarlar qəbul edilib. Belə ki, Nazirlər Kabineti “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nı təsdiq edib ki, burada 72 adda yem bitkiləri və yem komponentləri öz əksini tapıb. Siyahıda, nəinki ölkəmizdə əkilən yem bitkiləri, eyni zamanda hazırda dünyada heyvandarlıq sektoru üçün ənənəvi bitkilər də yer alıb. Qəbul edilmiş qərara görə yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış, yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış oldu. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur. Əgər bu gün ailə-kəndli fermer təsərrüfatlarının hər birinin həyətində 3-5 baş iribuynuzlu, yaxud da xırdabuynuzlu heyvan saxlanırsa, bu heyvanlara çəkilən maya xərci yemə çəkilən maya dəyəri xərcini üstələyir. Odur ki, istər saxlama şəraitinə görə, istərsə də maddi-texniki bazasının təminatı sahəsində kiçik təsərrüfatlar sıradan çıxmağa başlayır. Bu, birbaşa bazara təsir edir. Bazarda heyvan yemlərinin qiyməti liberallaşdırılıb, qiyməti bazar özü tənzimləyir". O əlavə edib ki, heyvandarlıqda yem sulu şirəli, qaba, qüvvəli yemlər kimi qrupa bölünür ki, burada da qüvvəli, balanslaşdırılmış yemlərin xüsusi rolu var: “Hazırda yem rasionunda qüvvəli yemə olan tələbat tam ödənilmir. Belə ki, qüvvəli yemin hazırlanmasında yem bitkiləri ilə bərabər vitamin və minerallardan, digər əlavə komponentlərdən istifadə edilir. Qeyd olunduğu kimi bu komponentlər sırf idxaldan asılıdır və onlar məhsulun maya dəyərinə birbaşa təsir edir. Beləliklə, yemin istehsalına çəkilən xərc son məhsula - ət istehsalına da təsir edir”. Onu da qeyd edək ki, ölkədə sənaye üsulu ilə yem istehsal edən müəssisələr mövcuddur. Onlar yerli istehsal olan yem bitkilərindən istifadə etsələr də, bütün digər komponentləri xaricdən idxal edir. Dünya bazarında yem və yem əlavələrinin qiymətinin dəyişməsi, logistika xidmətlərinin artması idxal olunan məhsulların qiymətinə təsir etməklə, istehsala da öz təsirini göstərir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ