şənbə günü, 10 oktyabr 2026
     

Dünyada neftə görə yeni geosiyasi savaşlar başlayır

Image


Dünyada geosiyasi ziddiyyətlərin daha kəskin xarakter alması fonunda enerji bazarlarında vəziyyət daha maraqlı xarakter almağa başlayıb. Belə görünür ki, enerji qiymətləri yaxın perspektivdə qlobal çəkişmə və ziddiyyətlərin əsas predmetlərindən biri olacaq.

Hadisələrin bu səpkidə inkişafını şərtləndirən başlıca səbəb oktyabrın 5-də OPEC+ ölkələrinin gündəlik neft hasilatını 2 milyon barrel azaltmağa səs vermələridir. İndiki halda bu, hasilatçı ölkələrin, xüsusən də Rusiyanın maraqlarına tam cavab verir. Çünki qiymətlər yüksəlir. Məsələ Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü zamanı da xüsusi diqqət mərkəzində olub. Putin qeyd edib ki, Rusiyanın OPEC+ çərçivəsində  fəaliyyəti dünya bazarlarını sabitləşdirməyə yönəlib. Onun sözlərinə görə, gündəlik neft hasilatını 2 milyon barrel azaltmaq qərarı kiməsə problem yaratmaq məqsədilə alınmayıb: “Bizim fəaliyyətimiz dünya enerji bazarlarında sabitliyin yaradılmasına yönəlib ki, həm enerji resurslarının istehlakçıları, həm də mədən hasilatı ilə məşğul olanlar, dünya bazarlarına tədarükçülər özlərini sakit, sabit və inamlı hiss etsinlər”. Amma ABŞ hadisələrin bu səpkidə inkişafından ciddi narazıdır. Ağ Ev ABŞ prezidenti Cozef Bayden OPEC+ ölkələrinin qərarından məyus olduğunu bildirib və ABŞ Dövlət Departamenti təşkilatın hərəkətlərinə cavab verməyə hazırlaşdıqlarını açıqlayıb. Bu fonda ABŞ Rusiyadan sonra ilk hədəf kimi Səudiyyə Ərəbistanını seçib. Belə ki, OPEC+ tərəfindən gündəlik neft hasilatının 2 milyon barrel azaldılması barədə qərarın qəbuluna görə Co Baydenin Səudiyyə Ərəbistanını tənqid etməsindən sonra demokrat konqresmenlər də hərəkətə keçib. Nümayəndələr Palatasının üzvü Tom Malinovski, Şon Kasten və Syuzan Uayld bu xüsusda qanun layihəsi hazırlayaraq təqdim ediblər. Qanun layihəsi neft hasilatının azaldılması barədə qərara görə ABŞ qoşunları və hərbi texnikasının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən çıxarılmasını, bununla bağlı Ağ Evin üzərinə öhdəlik qoyulmasını ehtiva edir. ABŞ qoşunları və hərbi texnika Səudiyyə Ərəbistanı və BƏƏ-dən çıxarılaraq Yaxın Şərqdə digər ölkələrə yerləşdirilməlidir. Layihə müəllifləri hesab edirlər ki, bu iki ölkə neft hasilatının azaldılmasını dəstəkləməklə Rusiyanı dəstəkləməyə qərar verib. Qeyd edək ki, Səudiyyə Ərəbistanında 3 min, BƏƏ-də 2 min ABŞ hərbçisi var. Bununla bərabər, ABŞ bu iki ölkənin ərazisində “F-35” hərbi təyyarələri, THAAD, “Patriot” və digər silah sistemləri yerləşdirib. “The Washington Times” nəşri bu xüsusda yazır: “Artıq ABŞ konqresmenləri neft hasilatını azaltdıqlarına görə ərəb ölkələrindən qisas almaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən qoşunların çıxarılmasını təklif ediblər. “Gərgin tərəfdaşlıq haqqında qanun” adlanan sənəddə deyilir ki, prezident Co Baydenin son aylarda hər iki ölkə ilə danışıqlar aparmasına baxmayaraq, Səudiyyə Ərəbistanı və BƏƏ-də neft hasilatının kəskin azalması ABŞ-a qarşı düşmənçilik aktıdır və onların Ukrayna ilə münaqişədə Rusiyanın tərəfini seçdiyinə açıq işarədir”. Bu vəziyyətdə Senat da artıq Nümayəndələr Palatasını dəstəkləyir. ABŞ senatoru Riçard Blyumental da Səudiyyə Ərəbistanına silah satışını bir il müddətinə dayandıran qanun layihəsinin ABŞ Senatına təqdim edildiyini açıqlayıb. Söhbət Səudiyyə Ərəbistanına silah və sursatların birbaşa kommersiya və xarici hərbi satışının bir il müddətinə dayandırılmasından gedir. Ağ Ev Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ prezidenti Cozef Bayden OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarından sonra ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxa bilər. Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud məsələyə yenidən münasibət bildirib: “Vaşinqtonun narazılığına səbəb olan OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarı siyasi deyil, iqtisadi idi”. O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlər strateji xarakter daşıyır və Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin qorunmasına yönəlib. Bundan başqa, Ər-Riyad və Vaşinqton arasında hərbi əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundur. Lakin görünür ki, ABŞ fərqli düşünür. Hesab edilir ki, bu hal ərəb ölkələrinin Rusiya ilə yaxınlaşmasını şərtləndirəcək. Beləliklə, neft dünya geosiyasətinə yenidən əsaslı surətdə təsir edir. geosiyasətlə yanaşı, neft sənayesi yeni investisiya çatışmazlığından da əziyyət çəkir. “Saudi Aramco” şirkətinin icraçı direktoru Amin Nasser bunlar fonunda qlobal neft ehtiyatının azalması ilə bağlı xəbərdarlıq edib. Amin Nasser hazırda neft bazarının qlobal ehtiyat potensialının aşağı olmasına yetərincə diqqət yetirilmədiyini, qiymətlərin yuxarı olması fonunda belə yeni yataqların kəşfiyyatı və işlənməsinə investisiyaların az olduğunu söyləyib. O əlavə edib ki, Çin iqtisadiyyatı pandemiya ilə bağlı məhdudiyyətlərdən tam qurtulacağı təqdirdə, xam neftə olan tələbatı təmin etmək çox çətin olacaq. Digər tərəfdən, mülki aviasiyanın fəaliyyətinin tam bərpa olunması tələbatı ikiqat artacaq. “Shell” şirkətinin baş icraçı direktoru Ben van Beurden isə bildirib ki, yeni neft və qaz layihələrinin tamamlanması və öz bəhrəsini verməyə başlaması onilliklər çəkə bilər. Onun sözlərinə görə, hazırkı yüksək qiymətlər əldə olunan kapitalın asanlıqla investisiyaya çevrilməsinə zəmanət vermir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ