şənbə günü, 10 oktyabr 2026
     

İnnovasiyalar üzərində qurulan tərəqqi Azərbaycana yeni böyük nailiyyətlər qazandırır

Image


Bu gün bütün dünyada, istənilən müasir cəmiyyətdə elm insanların həyatının bir çox sektor və sahələrində getdikcə mühüm rol oynayır.

Elmin inkişaf səviyyəsi cəmiyyətin inkişafının əsas göstəricilərindən biri olmaqla yanaşı, həm də dövlətin tərəqqisinin konkret göstəricisidir.

  • Elmi əsaslara söykənən iqtisadi inkişaf…

O da birmənalı həqiqətdir ki, müasir elmin heyrətamiz imkanları var. Hələ 1904-cü ildə məşhur alim Nikola Tesla iddia edirdi ki, bir gün insan öz fikrini ən uzaq məsafələrə göndərə biləcək. Bir əsr sonra bu mümkün oldu. Cəmiyyətin informasiyalaşdırılması o qədər yüksək səviyyəyə çatıb ki, indi insan internetdə, demək olar ki, istənilən məlumatı tapa bilir.

İndi inkişaf etmiş ölkələrdə az qala hər evdə və ofisdə kompüter və internet var. Bu mənada Azərbaycan da informasiya texnologiyaalrının tətbiqi və inkişafı ilə fəxr edə biləcək ölkələr sırasındadır. Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin bütün bölgələrində yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Ümumi, o cümlədən iqtisadi inkişaf prosesi isə daha çox elmi nailiyyətlər üzərində köklənir. bu səpkidə dünya ölkələri ilə səx əməkdaşlıq olunur. Təhlillər göstərir ki, ölkələr arasında bilik transferi innovasiyaların, xüsusən də inkişaf etməkdə olan bazar üçün mühüm hərəkətverici amillərdən biridir. İnkişaf etməkdə olan ölkələr innovasiya və böyüməni gücləndirmək üçün özlərindən daha çox qabaqcıl tədqiqatlara etibar edirlər. Güclü təhsil sistemi və inkişaf etmiş maliyyə bazarı olan ölkələrdə ticarət, birbaşa xarici investisiya və ya öyrənmə yolu ilə xarici texnologiyanın tətbiqinin məhsuldarlığın artmasına gözlənilən təsiri xüsusilə əhəmiyyətlidir. Beləliklə, inkişaf etməkdə olan bazar digər ölkələrin biliklərini yerli şəraitə uyğunlaşdırmağa yönəlmiş siyasətlərə xüsusi diqqət edir. Azərbaycan da bu fonda qabaqcıl təcrüənin tətbiqi ilə inkişafını sürətləndirməyə xüsusi önəm verir. Bu, davamlı və inklüziv inkişaf üçün mühüm xarakterə malik siyasətdir. Dünya elminin nailiyyətlərinin öyrənilməsi və onların ölkənin sosial–iqtisadi sahələrində geniş tətbiqi bu gün Azərbaycanda olduqca xarakterildir. Amma təbii ki, ölkə daxilində də elmin inkişafına, onun istehsal sahələrinə inteqrasiyasına xüsusi önəm verilir. Özəl və dövlət sektorları arasında potensial əhəmiyyətli qarşılıqlı əlaqə qurulur.  Bu da təsadüfi deyil. Təhlillər göstərir ki, özəl tədqiqat subsidiyalarının ikiqat artırılması və dövlət tədqiqatlarına xərclərin üçdə bir həcmə çoxaldılması kimi işlək hibrid siyasətə malik olmaq qabaqcıl iqtisadiyyatlarda məhsuldarlığın artımını ildə 0,2 faiz bəndi artıra bilər. Əsas tədqiqatlar üçün daha məqsədyönlü subsidiyalar,  dövlət və özəl sektorlar arasında daha sıx əməkdaşlıq dövlət xərclərini azaltmaqla yanaşı, məhsuldarlığa daha da güclü təkan verə bilər. Bu fonda gənc tədqiqatçıların qabaqcıl ölkələrin elmi mərkəzlərində hazırlanması da Azərbaycanda əsas diqqət mərkəzindədir.  Çünki biliyin iqtisadiyyatına və sosial kapitala əsaslanmış sistemin qurulması Azərbaycanda əsas vəzifələrdən biri kimi müəyyən olunub. Bu isə ictimai sərvət və dəyərlərə, prioritet və meyarlara keyfiyyətcə yeni münasibət bəsləməyi nəzərdə tutur. Müasir şəraitdə buna seçilmiş prioritet və dəyərlərin köməyilə, başqa sözlə, qloballaşmanın texniki imkanlarını milli səylərlə birləşdirərək elmin inkişafına impuls verməklə nail olmaq mümkündür. O da faktdır ki, ölkənin modernləşməsi və biliklərin iqtisadiyyatına yol təhsil sahəsində yüksək səviyyənin təmin olunmasını tələb edir. Gənclər ən yüksək keyfiyyətli bilik almaqla, nformasiya cəmiyyəti şəraitində yaşamağı bacarmalıdırlar. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” bu mənada bötövlükdə Azərbaycan  cəmiyyəti üçün zəruri önəm kəsb edir. Qeyd edək ki, bu proqram prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli sərəncamı ilə təsdiq edilib. Onun əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Təbii ki, bu da sonda Azərbaycanın inkişafına mühüm təkan verəcək.

  • “Yaşıl” texnologiyaların tətbiqi ön planda yer alır

O da məlum həqiqətdir ki, innovasiya məhsuldarlığın artmasının əsas amillərindən biridir. Müasir dövrdə innovasiyaların tətbiqi ətraf mühit məqamını mütləq nəzərə alır. Bu, iqlim dəyişikliyi ilə mübarizəyə kömək edir və “yaşıl” texnologiyaların tətbiqi burada ön planda yer alır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bu səpkidə ölkəmizdə də “yaşıl” texnologiyalarıngeniş  tətbiqini ehtiva edir. Sənədə əsasən, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir: “İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmalı və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək”. Hazırda əsas etibarı ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində “yaşıl” texnologiyaların tətbiqi ön planda yer alır. “Yaşıl enerji”nin intellektuallaşdırılması, “yaşıl” texnologiyaların tətbiqi, yeni nəsil enerji mənbələrinin yaradılması Azərbaycan üçün yeni olsa da ölkəmiz bu istiqamətdə artıq çoxsaylı nailiyyətlərə imza atmağı bacarıb. Qlobal tendensiyalar da göstərir ki, “yaşıl iqtisadiyyat” cəmiyyətin inkişafının ən əsas perspektivi kimi nəzərdən keçirilməli, “yaşıl” texnologiyaların tətbiqi isə elmi-texniki tərəqqidə əsas  tendensiya olmalıdır. Məhz “yaşıl” texnologiyalar bütün səviyyələrin iqtisadiyyatını regional müstəvidən qlobal səviyyəyə, resurs baxımından səmərəli və planetin ekosistemi üçün təhlükəsiz olan yeni inkişafına daxil olmaq şansı yaradır. “Yaşıl texnologiyalar” ətraf mühit üçün riskləri və onun deqradasiyası perspektivlərini azaldır. Qeyd etmək lazımdır ki, “yaşıl” texnologiyaların təşviqi inkişaf prosesində davamlılığa, o cümlədən iqtisadi səmərəliliyə nail olunmasını təmin edir. Bütün bu amillər əhalinin sosial sabitliyinə də müsbət təsir göstərir. Bu mənada tamamilə təbiidir ki, Azərbaycan inkişafında “yaşıl” texnologiyaların tətbiqinə getdikcə daha çox önəm verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ