şənbə günü, 10 oktyabr 2026
     

Dollar dünyanı yeni iqtisadi problemlərə sürükləyir, Azərbaycan işini möhkəm tutub...

Image


Dünyada mürəkkəb geosiyasi şərait qlobal maliyyə sferasına təsirlərini davam etdirir. Bu şəraitdə üzləşdiyi inflyasiyanı azalda bilmək üçün ABŞ-ın dolları bahalaşdırması bəzi ölkələrdə əlavə problemlərə səbəb olur. Elə “The New York Times” qəzeti də ABŞ Federal Ehtiyatlar Sisteminin (FEA) faiz dərəcəsini artırmasının digər ölkələrə mənfi təsirindən yazır.

Qəzet  ki, yüksək uçot dərəcəsi dünya ticarəti və tranzaksiyalarının əsas valyutası olan dolların dəyərini yüksəldir, həm zəngin, həm də yoxsul ölkələrdə iqtisadi çaxnaşmaya səbəb olur: “Britaniyada və Avropa qitəsinin böyük hissəsində dolların güclənməsi ağrılı inflyasiyanı qidalandırır”. Qeyd edək ki, son həftələrdə ingilis funt sterlinqi dollar qarşısında dəyərini xeyli itirib. Britaniya funtu bir müddətdir ki, dolların müqavimətinə qarşı təzyiq altındadır. Artıq  1 funt sterlinq 1,03 dollar səviyyəsindədir. Əgər funt sterlinq dollar qarşısında bu səviyyədə qalarsa, neft və təbii qaz kimi əmtəələrin dollarla ticarəti Böyük Britaniyaya baha başa gələcək. ABŞ-dan idxal olunan digər məhsulların qiymətlərində də ciddi artım olacaq. Analitiklər İngiltərə Bankının qarşıdakı dövrdə inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrini artırmağa davam edəcəyini düşünürlər. İngiltərə Bankı ötən həftə faiz dərəcələrini 50 faiz artıraraq 2,25 faizə çatdırıb. Hazırda ölkədə inflyasiya 9,9 faiz təşkil edir ki, bu da son 40 ilin ən yüksək səviyyəsidir. Amma görülən tədbirlər hələ də istənilən nəticəni vermir. Dünyanın iqtisadi nəhənglərindən olan Çin pulu da dəyər itirir. Çin Xarici Valyuta Mübadilə Əməliyyatları Sistemində milli valyuta olan yuanın məzənnəsi 378 baza bəndi zəifləyib. Nəticədə yuanın məzənnəsi cari il ərzində ən aşağı səviyyəyə, 1 dollar üçün 7,0298 yuana düşüb. Yuanın aprel ayından başlayan zəifləməsi milli valyutanın son 2 ildə illik ən böyük dəyər itirməsi ilə nəticələnib. Xarici ekspertlər yuanın məzənnəsinin zəifləməsini koronavirusla mübarizə tədbirlərinin, o cümlədən ölkənin maliyyə və biznes mərkəzi olan Şanxay kimi iri şəhərlərdə ötən aylarda tətbiq olunan sərt qapanma rejiminin iqtisadi fəallığa mənfi təsirləri, ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması ilə əlaqələndirirlər. Vahid Avropa pulu olan avro da dollar qarşısında zəifləyir.

“The New York Times” yazır ki, dolların güclənməsi kasıb ölkələrə daha ciddi təsir edir. Məsələn, aclıq riskiylə üzləşən Nigeriya və Somalidə güclü dollar idxal olunan ərzaq, yanacaq və dərmanın qiymətini qaldırır. Güclü dollar borc içində olan Argentina, Misir və Keniyanı defolta sürükləyir, Hindistan və Cənubi Koreya kimi iqtisadiyyatlara xarici sərmayəni çəkindirmək təhdidi yaradır. Kornel Universitetində iqtisadiyyat professoru, valyutalar haqda bir neçə kitabın müəllifi Esvar Prasad dünyanın qalan hissəsi üçün çıxılmaz durum yarandığını deyir. Ancaq onun sözlərinə görə, FES-in inflyasiyanı cilovlamaqdan ötrü aqressiv davranmaqdan başqa yolu yox idi: “Hər hansı yubanma işləri daha da pisləşdirə bilərdi”. Dollar  hələlik dünyanın əsas valyutasıdır, transmilli korporasiyalar və maliyyə qurumları harada yerləşməklərindən asılı olmayaraq, məhsula qiymət qoyanda, hesab aparanda dollardan istifadə edirlər. Dünyada tranzaksiyaların 40 faizi dollarla aparılır. Hazırda dollar digər əsas valyutalarla müqayisədə son on illərin ən yüksək həddinə yüksəlib. Bunnu bir səbəbi dünyadakı böhranlar, o cümlədən koronavirus pandemiyasıdır. “The New York Times” yazır: “Narahat dünyada dollar ənənəvi olaraq sabitlik və təhlükəsizlik simvoluna çevrilib. İşlər pis gedəndə adamlar daha çox dollar alıblar. Digər tərəfdən, Birləşmiş Ştatlar üçün iqtisadi proqnozlar, qeyri-müəyyənliyə baxmayaraq, digər əksər regionlardan daha yaxşıdır. Harvardda iqtisadiyyat professoru, Obama administrasiyasında baş iqtisadi müşavir olmuş Ceyson Förman deyir ki, güclü dollar sayəsində  ABŞ-da qismən azalan inflyasiya dünyada artır. O, yoxsul ölkələrin daha böyük təsir məruz qaldığını qeyd edir. Belə ki, yoxsul ölkələr borclarını dollarla ödəməlidirlər, borc alanda məzənnənin necəliyindən asılı olmayaraq. 1980-ci illərdə Latın Amerikasında fəlakətli borc böhranına ABŞ-ın artan faiz dərəcələri səbəb olmuşdu”. Qəzet qeyd edir ki, yeni araşdırma güclü dolların yeni yaranan bazarlarda iqtisadi tərəqqini tamamilə geri saldığını üzə çıxarıb. Belə vəziyyətdə Azərbaycanda dolalrın sabit həddə qalması şübhəsiz ki, ölkənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Dünya Bankı ölkəmizdə bu xüsusda vəziyyəti təhlil edərkən dqqətiilk olaraq ona yönəldir ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən xarici valyuta satışı avqust ayında ötən ilin eyni deövrü ilə müqayisədə 4,6 % azalsa da, iyul ayı ilə müqayisədə 2 dəfədən çox artıb. Quruma görə, Azərbaycan manatının məzənnəsi sabit qalaraq, 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində olub, halbuki Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları artıb: “Valyutaya olan zəif tələb ehtiyatların yaradılmasına kömək edib. Bununla bağlı Mərkəzi Bankının ehtiyatları avqust ayında nominal ifadədə 1,3 % artaraq 7,5 milyard ABŞ dollarına çatıb. Manatın nominal effektiv məzənnəsi bəzi ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması nəticəsində 10,5 % bahalaşıb”. Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ARDNF 3 milyard 392 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 % azdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ