şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanın sosial-iqtisadi tərəqqisində sahibkarların rolu artır

Image


Dünya təcrübəsi göstərir ki, azad bazar iqtisadiyyatı, müstəqil istehsalçı olmadan, sahibkarlıq fəaliyyəti cəmiyyətin inkişafı, rifahı, çiçəklənməsi mümkün deyil. İstisnasız olaraq hər bir ölkə iqtisadiyyatının bütün sahələrində kiçik və orta bazar strukturlarının formalaşması müasir dünya iqtisadi tendensiyalarına uyğundur.

Çünki dünyanın bütün ölkələrində əhəmiyyətli sayda müxtəlif profilli kiçik müəssisələr fəaliyyət göstərir. Onlar daha çox kiçik və orta biznes sahəsini təmsil edirlər.

  • Sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilir

Sahibkarlıq bazar iqtisadiyyatının ən mühüm elementidir, dövlətin intensiv inkişafına böyük töhfə verir, iqtisadi artım tempini, ümumi daxili məhsulun strukturunu və keyfiyyətini daha çox müəyyən edən faktor kimi çıxış edir. Beləliklə, deyilənlərdən bu nəticəyə gəlmək olar ki, sahibkarlıq müasir iqtisadiyyatın ən mühüm komponentlərindən biridir. O, öz iqtisadi mahiyyətinə görə bazar iqtisadiyyatı ilə qırılmaz şəkildə bağlıdır.

Sahibkarlığın inkişafı hər bir ölkədə real vəziyyətdən, konkret sosial-iqtisadi durumdan və dünya iqtisadiyyatından asılıdır. Məsələyə bu parametrlərdən yanaşdıqda Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit zəminin mövcudluğu dərhal nəzərə çarpır. Azərbaycanda sabitlikdir, dövlət tərəfindən iş adamlarına yardım edilir, ölkə xarici təsirlərdən asılı deyil. Eləcə də dövlət sahibkarlığın müstəqil subyekt olmasını nəzərə alır, həm də onun fəaliyyətini əıverişli şərtlərlə tənzimləyr. Məsələn, sahibkarlar üçün bazar şəraiti dövlət tərəfində araşdırılır, real durum barədə onlara ətraflı bilgi təqdim edilir.  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti bu fonda olduqca təqdirəlayiqdir. İndiyədək sahibkarların müraciəti əsasında 19 daxili bazar araşdırması aparılaraq nəticələr sahibkarlıq subyektlərinə təqdim edilib. Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, KOBİA-nın təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir. Bu günədək 25 belə daxili bazar araşdırması aparılaraq nəticələri agentliyin saytında yerləşdirilib. Hazırda sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə bir neçə istiqamətdə daxili bazar araşdırmaları aparılır. Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə kiçik və orta biznesin subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdə tutulur. Bununla yanaşı, dövlət vergilərlə bağlı atdığı addımlarla da sahibkarlara böyük dəstək verir. Vergilər dövlətlə sahibkar arasında münasibətlərin mahiyyətini əks etdirir. Vergi sisteminin təkmilləşdirilməsi sahibkarlara mühüm dəstək sayılır.  Çünki bu sistem istehsalın inkişafına tabe etdirilir. Belə fikirlər də səslənir ki, ölkəmizdə sahibkarlığın regionlardan asılı olaraq differensiallaşdırılmış vergiyə cəlb edilməsinə ehtiyac var. İqtisadi nöqteyi-nəzərdən elmdə dörd qrup regionlar fərqləndirilir: 1) sosial-iqtisadi inkişaf səviyyəsi kifayət qədər yüksək olan regionlar; 2) depressiyaya məruz qalan bölgələr; 3) ilkin təbii ehtiyatların hasilatı və emalının üstünlük təşkil etdiyi rayonlar; 4) aqrar tipli rayonlar. Aydındır ki, birinci və üçüncü qrup regionları üçün vergi differensasiyası konkret istehsal növünün prioritetinə əsaslanmalıdır, depressiyaya uğramış rayonlar üçün isə müəyyən müddətə onların ləğvi mümkündür. Dördüncü qrupa daxil olan regionlar üçün vergi siyasəti ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi son məqsədi güdərək, kənd təsərrüfatı istehsalı üçün maksimum proteksionizm yaratmaqdan ibarət olmalıdır. Əslində, bu istiqamət üzrə dövlət indiyədək mühüm addımlar atıb, aqrar tipli rayonlarda torpaq vergisi istisna olmaqla digər vergilər ləğv edilib. Amma ilk üç istiqamət üzrə müəyyən addımların atılması zəruri hesab olunur.

  • Milli iqtisadiyyatda yeni texnologiyaların tətbiqi sürətlənir

Yenə də dünya təcrübəsi göstərir ki, sahibkarlığın səmərəli inkişafı istənilən qabaqcıl iqtisadi sistemin ayrılmaz, obyektiv zəruri elementidir. Sahibkarlıq iqtisadi proseslərin sürətləndirilməsinə kömək edən və onu bazar iqtisadiyyatının digər elementlərindən fərqləndirən bir sıra spesifik xüsusiyyətlərə malikdir. Sahibkarlıq istehsal amillərinin, iş formalarının və fəaliyyətin təşkilinin dəyişməsi proseslərini sürətləndirir. Məhz sahibkarlıq fəaliyyəti sferasında iqtisadi artım üçün tələb edilən  milli ehtiyatların əsas hissəsi yaradılır və dövriyyəyə buraxılır. Bunlar fonunda açıq görünür ki, Azərbaycanda sahibkarlıq, eləcə də onun tərəqqisi üçün tələb olunan  infrastruktur inkişaf mərhələsindədir.

Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xeyli sayda yeni sahibkarlıq subyektləri yaranır, biznes şəraiti daha sürətli inkişaf yoluna qədəm qoyur. Xüsusən də kiçik və orta müəssisələrin ölkə iqtisadiyyatında rolu,  ÜDM-ə töhfəsi, yeni iş yerlərinin yaradılması prosesində töhfəsi daha da artır. Eləcə də bu, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Milli iqtisadiyyatda yeni texnologiyaların tətbiqi sürətlənir.  Kiçik və orta biznesin sabit inkişafı istənilən ölkədə olduğu kimi Azərbaycanda da  həyat səviyyəsinin və keyfiyyətinin artımını daha çox yüksəltməyə qadirdir. O baxımdan ki, kiçik və orta müəssisələr bazarı iri korporasiyalar tərəfindən istehsal olunmayan əmtəə və xidmətlərlə təmin edir. Bu cür xidmətlər olmadan bir çox şirkət yüksək keyfiyyətli və müasir səviyyədə istehsalı həyata keçirə bilməz. Bu da regional və yerli səviyyədə sahibkarlığa dəstək formalarının və istiqamətlərini daim genişləndirən Azərbaycan hökumətinin  bu istiqamətdə siyasətinin  tamamilə düzgün xarakter daşıdığını göstərir. Maliyyə baxımından da dövlət sahibkarlara zəruri dəstək verir. Məsələn, Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir. Bu məqsədlə Fond tərəfindən on min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlanılıb. Belə ki, 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənəd təqdim edə bilməməsidir. Bu çətinliyin aradan qaldırılması məqsədilə kredit tələbatı 10 min manatadək olan və fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün həmin sənədi əvəz edəcək “Bildiriş forması” hazırlanıb. Bu forma sahibkarın müraciəti əsasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerlərdə fəaliyyət göstərən əməkdaşları tərəfindən doldurulacaq və sahibkar tərəfindən müvəkkil kredit təşkilatına təqdim ediləcək. Bu da sahibkarların maliyyə ehtiyaclarının qarşılanmasında zəruri əhəmiyyət kəsb edir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ