şənbə günü, 10 oktyabr 2026
     

Dollardan imtina sürətlənir, manat üçün yeni vəziyyət yaranır...

Image


Rusiya və Qərb arasında dərinləşən ziddiyyət maliyyə sferasında da özünü qabarıq göstərməyə başlayıb. Belə görünür ki, Rusiya müttəfiq  hesab etdiyi ölkələrlə birlikdə Qərb valyutaları, xüsusən də dollar vı avronu sıradan çıxarmaqda israrlıdır. Bunu Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putinin açıqlamaları bir daha təsdiq etdi.

Putin qeyd edir ki, ölkələr tədricən hesablaşma və ehtiyat valyutaları kimi dollar, avro, funt sterlinqə inamını itirir və onlardan istifadədən uzaqlaşırlar: “Qərb ölkələri tarixin axarına müqavimət göstərmək cəhdi ilə dünya iqtisadi sisteminin əsrlər boyu qurulmuş əsas sütunlarını sıradan çıxarıblar. Gözümüzün qabağında hesablaşmalar aparmaq, ehtiyat saxlamaq, aktivləri təqdim etmək mümkün olan valyutalar kimi dollara, avroya və funt sterlinqə olan inam itib. Və biz bu cür etibarsız, güzəştə gedən valyutaların istifadəsindən addım-addım uzaqlaşırıq”. Putin qeyd edib ki, hətta ABŞ-ın müttəfiqləri də öz dollar ehtiyatlarını tədricən azaldır: “Bunu statistik rəqəmlərdən də görmək olar. Həm dollarla hesablaşmaların həcmi, həm də əmanətlərin həcmi getdikcə azalır”. O xatırladıb ki, bu günlərdə “Qazprom” və onun çinli tərəfdaşları qaz tədarükü üçün ödəniş edərkən rubl və yuana 50/50 nisbətində keçmək qərarına gəliblər. Ümumiyyətlə, Rusiya və Çin ticarəti indi əsas etibarı ilə milli valyutalar üzərindən aparır. Çinin “Global Times” qəzeti yazır ki, Vaşinqtonun hərəkətləri, o cümlədən Rusiya aktivlərinin dondurulması və düzgün olmayan pul-kredit siyasəti səbəbindən ölkələr ABŞ dollarından ödəniş vahidi kimi imtina edir: “Digər ölkələr Amerikanın diktaturasına tabe olmadıqda ABŞ-ın  onların da vəsaitlərini ələ keçirə biləcəyindən ehtiyat edirlər. Bunun fonunda bir sıra dövlətlər dollardan imtina edərək ehtiyat aktivlərini şaxələndirir. ABŞ Federal Ehtiyat Sistemi yalnız bu dövlətin maraqlarını qoruyur. Bundan əlavə, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Qərb dövlətləri qəfildən çoxsaylı anti-Rusiya sanksiyaları tətbiq etməyə başladılar ki, bu da öz növbəsində ölkənin təxminən 300 milyard dollarlıq aktivlərini dondurdu. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Qərbə ultimatum verdi - onlar Rusiya qazını ancaq rubla ala bilərlər. Bu səbəbdən ABŞ dolları ucuzlaşdı, rus rublu isə heyrətləndirici artım göstərdi və xeyli möhkəmləndi”. Çinlə yanaşı, İran da Rusiya ilə ticarəti artıq milli valyuta ilə aparır. İran və Rusiya rəsmiləri ilə aparılan danışıqlar çərçivəsində əlaqələrin davamlı şəkildə genişləndirilməsi üçün maliyyə-bank bazasının hazırlanmasına dair razılıq əldə olunub.  İranın maliyyə və iqtisadiyyat naziri Ehsan Xanduzi qeyd edir ki, İran və Rusiya dolları ölkələr arasında ticarət əməliyyatlarından çıxarıb: “Rusiya ilə bank, maliyyə və iqtisadi əməkdaşlığa gəlincə, ilk addım atılıb, rubl İran və Rusiya arasında ticarət əməliyyatlarına daxil olub”.

Rusiyadan kömür alan Hindistan şirkətləri xammalın pulunu ödəyərkən dollardan imtina etməyə başlayıblar. Bu yolla onlar ABŞ-ın sanksiyaları altına düşmə risklərini azaltmağa çalışırlar. Artıq ölkədə təchizatçılarla hesablaşmalar üçün əsasən yuan və BƏƏ dirhəmindən istifadə edilir. Qeyd edək ki, iyun ayında hindistanlı idxalçılar ən azı 742 min ton Rusiya kömürünün pulunu dollara alternativ valyuta ilə ödəyiblər. Bu, Rusiyadan idxal edilən 1,7 milyon ton kömürün 44 faizini təşkil edir. Hazırda respublika xammal idxalını artırır və endirimlərə görə Rusiyadan tədarükə üstünlük verir. Son həftələrdə Hindistanda kömür üçün dollar əvəzinə Çin yuanı, BƏƏ dirhəmi, Honq-Konq dolları ödəmək adi hala çevrilib. Qeyri-dollar ödənişlərinin 31 faizi Çin valyutası, 28 faizi isə Honq Konq dollarının payına düşüb. Rusiya silahlarını da artıq milli valyuta üzərindən reallaşdırır. “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev bildiri rki, Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində hesablaşmalar üçün avro və dollardan və SWIFT vasitəsilə ödənişlərdən imtina edib. jurnalistlərə bildirib: “Bu gün hərbi-texniki əməkdaşlıq müqavilələrinə xidmət göstərən bank sistemi avro və dollar zonalarında işləmir və SWIFT-dən istifadə etmir. Bizdə tərəfdaş bankların mexanizmlərindən istifadə etməklə daha çevik hesablaşma sistemi və qapalı valyuta sxemi var və biz bunu uğurla həyata keçiririk. Bu gün biz hind rupisi, Çin yuanı ilə işləyirik, rublla işləyirik". Bu fonda Qardaş Türkiyə də Rusiya ilə ticarəti daha çox rublla aparır. Elə Azərbaycan da Rusiya ilə ticarətdə milli valyutaların payını artırır. Qeyd edək ki, Azərbaycanın əsas idxal dövriyyəsi Rusiya, Çin və Türkiyə kimi ölkələrin payına düşür. Bununla bağlı sadalanan ölkələrin dollardan imtina prosesi Azərbaycanda da manatın işləklik səviyyəsinə təsir edə bilər. Ekspertlər hesab edir ki, Çin, Rusiya, Hindistan, Türkiyə  kimi böyük ölkələr və iqtisadi güc sahiblərinin dollara qarşı indiki fəaliyyəti davam edərsə, ABŞ valyutasının hegemonluğuna son qoyulması qaçılmaz olacaq. Əslində, dünya ticarətində dolların payının getdikcə azalması artıq bu prosesin başlandığını göstərir. Belə vəziyyətdə hesab edilir ki, Azərbaycan da, digər ölkələr kimi, bu gedişlə valyuta ehtiyatlarında dolların payını azaltmalı olacaq. Xatırladaq ki, ölkəmiz dollar ehtiyatının bir hissəsini qızıla çevirib və bu prosesin daha da genişlənməsi gözlənir. Digər tərəfdən, ABŞ iqtisadiyyatında baş verənlər, xüsusən də dolların kursundan istifadə edilməsi ilə başlanan valyuta savaşı da Amerika pulu üçün təhdidlərin artdığını göstərir. İstənilən halda, baş verənlər valyuta savaşlarının artıq getdikcə qızışmaqda olduğunu göstərir və burada, bir çox valyutalardan fərqli olaraq, manatın sabit mövqedə qalması proqnozlaşdırılır. Çünki Azərbaycanın valyuta ehtiyatları, həmçinin istər Rusiya, istərsə də Qərblə əməkdaşlıq münasibətləri ölkəmzin maliyyə sistemi üçün hər hansı təhdid olmayacağını göstərir. Bu şəraitdə sabit manatın regionda ticarət üçün əsas valyuta olma ehtimalı da artır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ