şənbə günü, 10 oktyabr 2026
     

Neft bazarında qiymət müəmması böyüyür, Azərbaycan az ziyan görəcək

Image


Qərb vu Rusiya arasında enerji sahəsində ziddiyyətlər getdikcə daha kəskin xarakter almaqdadır. Qərbin əsas məqsədi Rusiya iqtisadiyyatını sarsıtmaq və ölkənin enerji daşıyıcılarından, o cümlədən neft satışından gəlirlərini azaltmaqdır. Bununla bağlı olaraq Qərbdə Rusiya nefti üçün yuxarı qiymət həddinin təyin olunması təklif edilir.

Artıq “Böyük yeddilik” ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiya) maliyyə nazirləri bu barədə qərar qəbul edib. Həmin həddən yuxarı qiymətə Rusiya neftinin dənizlə daşınması və bunu həyata keçirən şirkətlərin sığortlanması qadağan ediləcək. Rusiyanın bu cür qərara reaksiyası gözlənildiyi kimi sərt olub. Belə ki, Rusiya bazar şərtlərindən kənar heç bir ölkəyə neft tədarük etməyəcəyini bəyan edib.

Bunlar artlq neft bazarında qeyri-müəyyən situasiya formalaşdırır və neft qiymətlərində sürətli dəyişikliklərə yol açır. Qlobal iqtisadiyyatda yaşanan gərginlik neft bazarında durumu daha da mürəkkəbləşdirir. Bundan başqa, son dövrlər neftin qiymətinə təsir göstərən başlıca amillərdən biri ölkələrin yürütdüyü sərt pul siyasətidir. İndi qlobal iqtisadiyyatın əsas probleminin kəskin inflyasiya sayıldığını gözardı etmək olmaz. Dünyanın bir çox ölkəsində inflyasiya rekordları qeydə alınır. Belə olan ortamda həmin ölkələrin mərkəzi bankı pul siyasətini sərtləşdirir, uçot dərəcələrini artırır və digər bənzər mexanizmləri işə salır. Beləcə, pul resursları bahalandığından iqtisadi fəallıq azalır. İqtisadi fəaliyyətin zəifləməsi bazardan gözləntiləri mənfi yöndə dəyişir. Artıq bir çox iqtisadi qurumlar da böyük iqtisadiyyatlı ölkələrin il sonuna böyümə proqnozlarını aşağı endirib. Bütün bu amillər qarşıdakı aylarda enerji resurslarına tələbin zəifləyəcəyinə işarə edir. Bu da, öz növbəsində, indilikdə qiymətlərin ucuzlaşmasına gətirib çıxarır. Hazırda neft qiymətlərinin əvvəlki aylarla müqayisədə ucuzlaşmasına bir yox, bir neçə amil təsir edir. Bu amillərdən biri də OPEC-in qərarıdır. Avqustun əvvəllərində keçirilən görüşdə OPEC+ ölkələri sentyabrda neft hasilatının sutkada 100 min barrel artırılmasını təsdiqləmişdi. Xatırladaq ki, OPEC+ ölkələri 2020-ci ilin mayında, koronavirus pandemiyası ucbatından neftə tələbat azaldığından, gündəlik neft hasilatını 9.7 milyon barrel azaltmaqla bağlı qərar qəbul etmişdi. Sonrakı dövrdə müqavilənin şərtlərinə dəfələrlə dəyişdi. Ötən ilin avqustundan bəri alyans hasilatı hər ay gündəlik 400 min barrel, bu ilin may-iyun aylarında gündəlik 432 min barrel artırıb. İyul-avqust aylarında hasilatdakı artım 648 min barrelə çatıb. Deməli, neft çıxaran ölkələrin təklifi artırması da enerji bazarlarında qiymətin formalaşmasına təsir göstərib. Neft qiymətinə beynəlxalq təşkilatlar və ümumi iqtisadi trendlərlə yanaşı, ayrı-ayrı ölkələrin atdığı addımlar da təsir göstərir. Məsələn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi neftlə zəngin ölkələr bildirmişdi ki, qarşıdan gələn qış aylarında enerji böhranı təhlükəsi doğarsa, onlar bazara əlavə neft ehtiyatları çıxarmaq iqtidarındadır. Bənzər açıqlamalar enerji bazarları ilə bağlı risklərin qiymətə təsir imkanlarını nisbətən neytrallaşdırır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, dünyanın ən böyük iqtisadiyyatı sayılan ABŞ da enerji qiymətlərinin artmamasında maraqlıdır. ABŞ rəhbərliyi benzinin bahalaşmasının yüksələn inflyasiyanın önəmli hissəsini təşkil etdiyini əsas gətirərək onu ucuzlaşdırmaq üçün müxtəlif tədbirlər görür. Bu ilin martında ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarının 6 ay ərzində gündə 1 milyon barelin və toplam 180 milyon barreldən çox neftin satışına icazə vermişdi. Ağ Ev iyulun sonunda elan edib ki, ölkə daxilində benzini ucuzlaşdırmaqdan ötrü strateji neft ehtiyatından əlavə 20 milyon barrel neft satacaq.

Enerji qiymətlərinin səviyyəsi Azərbaycan üçün də həyati önəm daşıyır. Ölkənin ixracdan əldə etdiyi vəsaitin müəyyən hissəsi enerjidaşıyıcıların hesabına formalaşır. Ancaq indiki qiymətləri Azərbaycan üçün bir o qədər də təhlükəli saymaq olmaz. Ötən ilin sonunda 2022-ci ilin dövlət büdcəsi təsdiqlənərkən bu il üçün neftin bir barrelinin qiyməti 50 dollardan hesablanmışdı. 2022-ci il ərzində neftin qiyməti gözləniləndən yüksək olduğundan, ilin ortasında dövlət büdcəsinə yenidən baxıldı. Bu ilin martında Azərbaycan neftinin qiyməti 135 dollaradək yüksəlmişdi. İyun ayında dövlət büdcəsinə dəyişikliklərdən sonra neftin bir barreli 85 dollar olaraq hesablanmağa başladı. Hazırda Azərbaycan neftinin qiyməti 100 dollara yaxındır. Başqa deyimlə, neftin qiyməti Azərbaycanın büdcəsi üçün təhlükəli həddə enməyib. Ancaq ilin sonunadək neft qiyməti 85 dollardan aşağı ensə də, bu il Azərbaycana problem olmayacaq. Çünki Hesablama Palatası da büdcəyə düzəlişlərlə bağlı rəyində bildirmişdi ki, ilin ilk yarısında neft qiymətləri səviyyəsinin gözləniləndən çox olması hətta neftin bir barrelinin daha yüksək hesablanması zamanı ortaya çıxan fərqləri də qapatmağa yetəcək qədərdir. Bu üzdən, ən azı, bu ilin sonunadək Azərbaycan büdcəsinin icrası ilə bağlı problemlər yaşanması gözlənilmir. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, 2022-ci il ərzində Azərbaycan təbii qaz satışından əldə etdiyi gəlirləri də kəskin artırıb. Burada bir diqqətçəkən məqam da odur ki, əvvəlki illərdə Azərbaycanın enerji gəlirlərinin əsas hissəsi neft, daha az hissəsi isə qaz satışından ibarət idi. Amma artıq demək olar ki, neft və qaz satışından əldə edilən gəlirlər bərabərləşib. Elə bu amil də neft ucuzlaşarkən Azərbaycana əlavə üstünlük gətirir. İndilikdə Rusiya-Ukrayna savaşı fonunda Avropanın Rusiyadan enerji asılılığının qalması təbii qazı bahalaşdırır. Bundan başqa, Azərbaycan enerji sektorundan iqtisadi asılılığını azaltmaq üçün də tədbirlər görür. Bu da dəyişən neft iymətlərinin ölkəyə təsirini minimal həddə endirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ