şənbə günü, 10 oktyabr 2026
     

Dünya bahalaşmadan silkələnir, Azərbaycan idxal inflyasiyasını zərərsizləşdirməyə çalışır

Image


Qiymət artımları dünya iqtisadiyyatı üçün ciddi problem mənbəyi olaraq qalmaqda davam edir. Hətta böyük iqtisadiyyata malik Qərb ölkələri belə artıq aciz duruma düşüblər. Məsələn, qeydə alınan inflyasiya fonunda İngiltərədə dövlət işçilərinin bağlı olduğu həmkarlar ittifaqları müxtəlif sektorlarda son 50 ilin ən böyük tətilinə hazırlaşır. Bildirilir ki, Böyük Britaniyada illik inflyasiya 1982-ci ilin fevralından bəri ilk dəfə ikirəqəmli faizə (10,1) yüksəlib.

Mövcud vəziyyətdə müxtəlif sektorlardan olan dövlət işçilərinin 1970-ci illərdən bəri ən böyük tətilə hazırlaşdığı açıqlanıb. Əməkhaqqının artırılması ilə bağlı danışıqlar həll olunmazsa, xəstəxanalarda, yanğınsöndürmə məntəqələrində, məktəblərdə və nəqliyyat şəbəkəsində ixtisarlar gözlənilir. Dəmir yolu işçiləri, zibil yığanlar, “Royal Post” və Milli Səhiyyə Xidmətinin işçiləri tətilə və ya işlərini tərk etməyə səs verənlər arasındadır. Yanğınsöndürmə məntəqəsi işçilərinin maaşının 2 faiz artırılması təklifi həmkarlar ittifaqları tərəfindən də etirazla qarşılanıb. Tibb işçiləri həmkarlar ittifaqları isə maaş artımı təklifinin 4 faiz olduğunu bildirib. Mühafizəkarlar Partiyası hökuməti isə dövlət sektorunda maaş artımının mal və xidmətlərdə qiymət artımına səbəb olacağını bəyan edir. Ancaq artan yaşayış dəyərinin öhdəsindən gəlmək üçün təklif edilən 15 milyard funt sterlinqlik dəstək paketinin həyata keçirilməməsi tənqidlərə səbəb olub.  Londonun meri Sadiq Xan bildirib ki, hökumət tədbirlər görməsə, milyonlarla britaniyalının bu qışda istilik, qida əldə etməyə imkanı olmayacaq: “Bu, baş verməməlidir. Hökumət müdaxilə etməlidir ki, insanlar əsas ehtiyaclarını ödəyə bilsinlər”. digər Avropa ölkələrində də vəziyyət yaxşı deyil. Məsələn, Almaniya iqtisadiyyatı bu qış tənəzzüllə üzləşə bilər və payızda ölkədə inflyasiyanın ikirəqəmli səviyyəyə çatma ehtimalı var. Almaniya Mərkəzi Bankının rəhbəri Yoahim Nagel “Rheinische Post” qəzetinə müsahibəsində bildirib ki, bu, enerji böhranı kəskinləşəcəyi təqdirdə baş verəcək. Nagel Almaniyada inflyasiyanın 10%-i keçə biləcəyinə əmindir. Eyni zamanda, Almaniya Mərkəzi Bankının rəhbəri əlavə edib ki, Almaniya hökumətinin yüksək inflyasiyanın nəticələrini azaltmaq üçün gördüyü tədbirlər, o cümlədən benzinə endirim tədricən ləğv edilir. Bu da vəziyyətin daha pisləşməsi deməkdir. Ümumiyyətlə, əksər Avropa ölkələrində eyni vəziyyət qeydə alınır. Bunun nəticəsidir ki, avrozonada enerji və ərzaq qiymətlərinin artmağa davam etməsi ilə iyul ayında inflyasiya səviyyəsi rekord həddə çatıb. Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, iyulda Avrozonada illik inflyasiya 8,9 faiz olub. Bu, “Eurostat” tərəfindən Avropada inflyasiya ilə bağlı məlumatların qeydiyyatının aparıldığı son 25 ildə qeydə alınan ən yüksək göstəricidir. Avropa İttifaqında isə illik inflyasiya iyulda 9,8 faiz olub. İnflyasiya göstəriciləri ötən ilin eyni ayı ilə müqayisədə Avrozonada 6,7 faiz, Aİ-də isə 7,3 faiz artıb. əsas bahalşama enerji və ərzaq məhsulalrında qeydə alınır. ABŞ-da da inflyasiya nəzarətdən çıxıb.

Dünyada baş verənlər fonunda Azərbaycanda vəziyyət olduqca qənaətbəxş görünür. Məsələn, enerji məsələsində Azərbaycanda qiymətlər sabitdir. Ölkəmizdə ərzaq idxal inflyasiyası əsas problem hesab edilir. Bu fonda xatırladaq ki, son günlər Azərbaycanda həm unun, həm də çörəyin qiyməti artıb.

Amma bahalaşan təkcə un və un məmulatları deyil. Duru yağ, ət, sabun, şampun və başqa mallarda da qiymət artımı müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə ərzaq mallarında inflyasiya təqribən 18 faiz olub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan”a bildirib ki, Azərbaycanda inflyasiya bütün dünyada baş verən eyni proseslərin nəticəsidir: “Bu, dünyada baş verən proseslərin, pandemiyanın nəticəsidir. Bir il yarım ərzində bütün dünya süni iqtisadi koma vəziyyətində olub. Həmin dövrdə ABŞ-da 3 trilyon dollar, Avropada da trilyonlarla dollar əhaliyə paylanılıb ki, sosial kollaps yaranmasın. Təbii ki, burada müsbət tərəf ilə yanaşı, mənfi tərəfi də var. Hələ 2008-ci ildən real iqtisadiyyatla maliyyə sektoru arasında balans pozulub. Maliyyə iqtisadiyyatının real iqtisadiyyata təzyiqi inflyasiyanın qlobal artımına gətirib çıxartdı”. O xatırladır ki, dünya koronavirus pandemiyası dövründən çıxmamış Ukraynada müharibə başlayıb: “Dünyada taxıl təchizatının 30 faizini, digər ərzaq məhsullarının, gübrənin 15 faizini Rusiya və Ukrayna təmin edirdi. Müharibəyə görə Ukraynadakı əkinlərə zərər vurulub, taxılın ixracatına imkan məhdudlaşıb, Rusiya isə sanksiyalar altına düşüb. Nəticədə isə yenə də bazar iqtisadiyyatının maliyyə-iqtisadi balansı pozulur və inflyasiya kəskin artaraq staqflyasiyaya (yüksək inflyasiya və ressesiyanın kombinasiyası) çevrilir". Komitə üzvü hesab edir ki, proseslərə iqlim dəyişikliyi və qaçqın problemi da öz təsirini göstərir: “Təbii ki, dünyada gedən inflyasiya prosesləri Azərbaycana təsir edir. Çünki ərzaq məhsullarının və ya onların komponentlərinin 50 faizə qədərini biz idxal edirik”. R.Quliyevin sözlərinə görə, Azərbaycan antiinflyasiya siyasəti həyata keçirir: “Yəni böhran dövrünün qarşısı alınır, dövlət müəyyən rıçaqlardan istifadə edərək həmin inflyasiya dalğalarını geriyə atır. Bundan əlavə, Azərbaycan hökuməti müəyyən inkişaf proqramlarını tətbiq edir. Bizim 240 hektardan ibarət 51 aqroparkımız var, onlara 3 milyard manat xərclənib. Həmin aqroparklar Azərbaycan aqrar iqtisadiyyatına bir forpost kimi xidmət edir”. Bunlara paralel olaraq hökumət digər istiqamətlər üzrə də antiinflyasiya tədbirləri görür. Hesab edilir ki, ərzaq idxal inflyasiyasının səviyyəsi azaldılsa, Azərbaycan qlobal iqtisadiyyatdakı bahalaşmadan əziyyət çəkməyəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ