Bazar günü günü, 11 oktyabr 2026
     

Buğda qiymətləri ilə bağlı dünya bazarlarında qorxulu spekulyasiyalar başlayıb

Image


Son günlərdə dünya bazarlarında xüsusi diqqət cəlb edən məqamlardan biri taxılın, o cümlədən buğdanın qiyməti ətrafında baş verənlərdir. Ötən illə müqayisədə əhəmiyyətli dərəcədə bahalaşan buğdanın qiymətində son bir neçə gündə dəyişikliklər qeydə alınır. Belə ki, bahalaşan buğda son 3 gün ərzində cüzi də olsa ucuzlaşıb.

Lakin ekspertlər bunun müvəqqəti xarakter daşıdığını bildirir. Çünki enerji daşıyıcılarının qiymətlərində artım və qlobal inflyasiya göstəricilərinin yüksəlməsi fonunda buğdanın yenidən bahalaşması gözlənilir.

Indi bütün dünyada istehlak mallarının qiymətlərinin artması rekord səviyyə çatıb. Bunun səbəbləri bir sıra makroiqtisadi amillərlə, ilk növbədə Ukrayna hadisələri ilə bağlıdır. Müharibə və onunla bağlı siyasi xarakterli tədbirlər enerji daşıyıcılarının qiymətlərinin artmasına rəvac verib. Sonrakı hadisələr zəncirvari inkişaf edib. Bundan başqa, iqlimlə bağlı yaşanan problemlər də məsələyə təsir edir. Daha bir nüans ondan ibarətdir ki, buğda qiymətləri dünya bazarlarında həm də spekulyasiya predmeti kimi özünü göstərir və süni qiymət artımlarına daha çox cəhdlər edilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksinə əsasən hazırkı ərzaq qiymətləri son 40 ilin maksimum həddindədir. Keçənilki ərzaq qiymətləri ilə müqayisədə 26 %-dən yuxarı artım olub. Bu gün dunyada buğda məhsulunda əhəmiyyətli azalma yoxdur. Onun qiymətlərinə təsir edən əsas amillərdən biri buğda istehsalçılarının spekulyativ əməliyyatlarıdır. Bu özünü ölkələrin buğda ixracına tətbiq etdiyi kvotada da göstərir. Belə ölkələrin sırasına əsas buğda ixracatçıları olan Rusiya və Qazaxıstan da daxildir. Əvvəlki illərlə müqayisədə hazırda Qazaxıstanın ixrac kvotası cəmi 550 min tondur. Rusiya isə ötən illə müqayisədə buğda ixracını 13 % azaldıb. Digər tərəfdən dünya bazarında tədarük zəncirlərinin pozulması müşahidə edilməkdədir. Ənənəvi buğda alıcılarının yerinə yeniləri gəlib. Bu sahədə olan kiçik şirkətlər sıradan çıxaraq öz yerini daha böyük şirkətlərə verib. Sonuncular da spekulyativ əməliyyatlar həyata keçirməklə buğdanı alıb saxlamaqla süni buğda defisiti yaradırlar. Bütün bu faktorlar nəticə etibarı ilə buğdanın qiymətinin kəskin ucuzlaşmasına imkan vermir. Bu fonda xatırladaq ki, Azəbaycan xüsusilə ərzaqlıq buğdaya olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Ötən il xaricdən alınan buğdanın 95 %-i Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsümlarını xeyli artırıb. Belə ki, avqustun 5-nə kimi buğdanın ixrac rüsumu bir tonu üçün 100  dollar idisə, hazırda bu rəqəm 145  dollardır və gələn ay 150  dollara çatacağı güman edilir. Bunun ölkəmizdə də un və un məhsularının qiymətlərinə mənfi təsiri qaçılmazdır.

Məsələ ilə bağlı ekspert Zaur İbrahimli də qeyd edir ki, proqnozlaşdırıldığı kimi, Rusiya-Ukrayna müharibəsi, iqlim dəyişikliklərinin təsirinin artması dünyada ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olub: “Rusiya-Ukrayna müharibəsi beynəlxalq daşımalar sahəsində çox ciddi problemlər yaradıb, eyni zamanda, bir çox ölkələr ərzaq məhsullarının idxalını məhdudlaşdırıb. Bunlar, həmçinin quraqlıq və əkin sahələrinin azalmasını, ərzaq məhsullarının qiymətlərinin artmasını şərtləndirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı artıq bir neçə dəfə bununla bağlı ciddi xəbərdarlıq edib. Bu ilin fevralında qurumun ərzaq qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq orta hesabla 140,7 bəndə çatıb. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 24,1 faiz təşkil edib. Qurumun iyul üçün açıqladığı taxıl qiymətləri indeksi iyulda orta hesabla 147,3 bənd təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 24,8 faiz bahalaşma deməkdir. Ukrayna buğdasının idxalı ilə bağlı razılaşma və Şimal yarımkürəsində məhsul yığımının başa çatması isə buğdanın qiymətinin fevrala nisbətən cəmi 14,5 faiz ucuzlaşmasına səbəb olub. Bütün bu amillərin Azərbaycana təsiri qaçılmazdır və ölkə bazarı qiymət dəyişikliklərinə həssasdır. Azərbaycanda taxıl istehsalı 1991-ci ildə 1 milyon 346 min ton, o cümlədən buğda istehsalı 889 min ton olsa da, 2021-ci ildə taxıl istehsalı 3 milyon 363 min tona, buğda istehsalı isə 1 milyon 885 min tona çatıb. Bu müddətdə taxıl məhsulları istehsalı 2,5 dəfə, buğda istehsalı isə 2,1 dəfə artıb. Statistikaya görə, 2021-ci ildə Azərbaycan buğda idxalının 95 faizini Rusiyadan həyata keçirib. Ukrayna və Rusiya dünya üzrə buğda istehsalında 29 faizlik xüsusi çəkiyə malikdirlər. Rusiyanın ümumi buğda istehsalı 2021-ci ildə 85 milyon ton civarında olub. Rusiya illik 36 milyon tonluq taxıl ixrac edir ki, bu, dünya buğda istehsalının 14 faizi deməkdir”. Zaur İbrahimli qeyd edib ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 308 min 43 ton buğda idxal edilib və bunun üçün 105 milyon 270 min dollar ödənilib: “Nəticədə idxal edilən buğdanın hər tonunun qiyməti 341,7 dollar olub. Ötən il yanvar-aprel aylarının nəticələrinə görə isə ölkəyə buğdanın 1 tonu orta hesabla 254,5 dollardan idxal edilib. Başqa sözlə desək, son bir ildə buğdanın 1 tonu 87 dollar (150 manat) və ya 34 faiz bahalaşıb. Dünyanın ərzaq və taxıl bazarında yaranmış bu cür mürəkkəb vəziyyətdə Azərbaycanda unun qiymətində artım baş verəcəyi gözləniləndir. Dünya bazarlarındakı kəskin bahalaşmanın daxili bazara təsirini azaltmaq üçün hökumət subsidiya və daxili istehsalın stimullaşdırılması tədbirləri ilə minimuma endirməyə çalışır. Lakin indiki şəraitdə dünya bazarındakı şərtləri və vəziyyəti nəzərə alsaq, unun qiymətinin artması qaçılmazdır. Azərbaycanın taxıl idxal etdiyi Rusiya təchizat sahəsində öhdəliklərini yerinə yetirir. Hökumət mümkün riskləri nəzərə alaraq müvafiq tədbirlər həyata keçirib, lakin son bir ildə buğdanın bir tonunun qiymətinin 30 faiz bahalaşması bir reallıqdır və ölkə bazarında unun qiymətinin qalxmasını şərtləndirəcək əsas amil kimi çıxış edir. Hökumət üçün əsas prioritet ölkənin un təchizatında risqlərin qarşısını almaq, davamlı təchizata nail olmaqdır. Mümkün qiymət artımı isə artıq qlobal ərzaq bazarının təsiridir və bu ölkəmizdən də yan keçməyəcək”. Artıq  Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda bildirilir ki, yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat: “Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ