Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycandan Avropaya xoş sürpriz: ölkəmiz vaxtından əvvəl bu qitəyə qaz ixracını artırdı

Image


Azərbaycan Avropaya nəzərdə tutulan vaxtdan daha tez müddətə təbii qazın ixrac həcmini artırıb. Belə ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumuna əsasən, ölkəmiz gələn il Avropaya ixrac edilən təbii qazın miqdarını 12 milyard kubmetrə çatdırmalı idi. Daha sonra bu göstərici 2027-ci ilə qədər 20 milyard kubmetrə çatmalı idi. Bu il isə Azərbaycandan Avropaya ixrac edilən təbii qazın həcmi 8 milyard kubmetr təşkil etməli idi. Lakin real vəziyyət göstərir ki, Azərbaycan indidən Avropaya qaz nəqlində rekorda imza atmağı bacarıb.

 “EADaily” portalı yazır ki, Avropa İtiifaqı ölkələri Rusiyadan idxal olunan təbii qazın minimuma endirilməsi şokunu yaşayarkən Azərbaycanın “Cənub Qaz Dəhlizi” ilə Avropaya nəql etdiyi qazın gündəlik həcmi 37 milyon kubmetrə yüksəlib. Qeyd edilir ki, qaz nəqli hazırkı tempi qoruyub saxlasa, illik ixrac 13,5 milyard kubmetrə çatacaq. Ekspertlər bildiriblər ki, bu həcm Avropa üçün indiki halda müstəsna əhəmiyyət kəsb edir. “EADaily” portalı vurğulayır ki, “Qazprom”un təbii qaz nəqlini 40 faiz azaltması nəticəsində hər min kubmetr qazın qiyməti 2300 dolları keçib. Bu fonda Azərbaycan Avropaya qaz satışından daha çox gəlir əldə edir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq məsələlər üzrə ekspert Metyu Brayza bildirir ki, Avropa İtiifaqı Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin genişlənməsinə investisiya yatırılması zərurətini də başa düşür: “Avropa İttifaqı və şirkətləri təbii qaz infrastrukturuna investisiya yatırmalıdır. Bu investisiya yatırımı təkcə “Cənub Qaz Dəhlizi”nin Avropa seqmenti ilə məhdudlaşmamalı, həm də Cənubi Qafqaz Qaz Boru kəməri və “Transanadolu” qaz boru  kəmərinin (TANAP) genişlənməsini əhatə etməlidir. Azərbaycanla memorandum imzalanmazdan əvvəl Avropa İtiifaqı təbii qazdan istifadənin istixana qazı tullantılarına səbəb olduğunu əsas gətirərək, qaz nəqli infrastrukturuna investisiya yatırılmasına bir qədər ehtiyatla yanaşırdı. Lakin artıq hamı anlayır ki, qarşıdakı bir neçə onillik ərzində keçid dövrü yanacağı kimi təbii qaza tələbat qalacaq”. Belə bir vaxtda məlum olub ki, Azərbaycandan Avropaya daha çox qaz nəqli üçün TANAP kəmərinin buraxılış gücü də artırılacaq. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz qeyd edir ki, Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış, Avropaya daha çox təbii qaz nəqlini nəzərdə tutan memorandum çərçivəsində TANAP-ın gücü iki dəfə artırıla bilər: “TANAP-ın ötürmə gücü iki dəfə artırıla bilər. İllik ötürülən 16 milyard kubmetr təbii qaz 31-32 milyard kubmetrə qədər yüksələcək. Bunun üçün bəzi qabiliyyətartırma investisiyalarına ehtiyac olacaq”. Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən vaxta ehtiyac var və Türkiyə prosesdə iştirak etməyə hazırdır.

Qeyd edək ki, hazırda Rusiya təbii qaz amili ilə Avropanı daha çox sıxır. Belə ki, Rusiya qazının “Şimal axını-1” vasitəsilə nəqli daha bir turbininin bağlanması səbəbindən kəmərin maksimum gücünün 20 faizinə qədər azalıb. Beləliklə, boru kəməri vasitəsilə ilə qaz tədarükü əvvəlki həcmindən iki dəfədən də çox azalaraq sutkada 67 milyon kubmetrdən 31 milyon kubmetrə enib. 2011-ci ildə istifadəyə verilən bu boru kəməri hər gün Rusiyadan Almaniyaya maksimum 170 milyon kub metr qaz nəql edə bilir.  Kəmərin sahibi “Şimal Axını AG” konsorsiumudur və bütün fəaliyyət və tikinti işləri də bu şirkətə aiddir. Şirkətin ən böyük hissədarı Rusiyanın dövlət neft şirkəti “Gazprom”dur. İyunun sonuna olan məlumata görə, Almaniya illik qaz ehtiyacının 26 faizini Rusiyadan alır və mavi yanacağın böyük hissəsi “Şimal axını-1” ilə idxal edilir, digər hissəsi isə yerüstü kəmərlər hesabına reallaşdırılır. Almaniya hökuməti bildirib ki, “Gazprom”un ixracatı dayandırmasına heç bir texniki səbəb yoxdur. Qurumun enerji siyasəti üzrə komissarı Kadri Simson “Gazprom”un atdığı addımı siyasi motivli qərar adlandırıb. Digər Avropa ölkələri də Rusiyanın addımlarından narazılıq edir. Elə bu səbəbdən Avropada etibarlı mənbə olan Azərbaycana maraq artıb.  Bu gün Ukrayna ətrafında baş verən hadisələr fonunda bir sıra Avropa ölkələri enerjiyə olan tələbatın məhz Azərbaycan hesabına mümkün olması faktını açıq bəyan eir. Bu da, öz növbəsində, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu və enerji diplomatiyası ilə birbaşa bağlıdır. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 11 milyard 364,8 milyon kubmetr təbii qaz ixrac edilib. İxrac edilən təbii qazın dəyəri isə 7 milyard 440,4 milyon dollar olub. Xatırladaq ki, 2021-ci ilin eyni aylarında Azərbaycandan 10 milyard 378,2 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 1 milyard 585,6 milyon dollar olub.  Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın xüsusi çəkisi 2021-ci ilin eyni dövründəki 18 faizlə müqayisədə 40,26 faiz təşkil edib. Dünya birjalarında xam neftin və təbii qazın ixrac qiymətlərinin 2022-ci ilin büdcəsində nəzərdə tutulandan yüksək olması dövlət büdcəsinin neft-qaz sektorundan daxilolmalarının proqnozlaşdırılan həcmləri üstələməsinə səbəb olub. Beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları da Azərbaycanın büdcəsi ilə bağlı çox müsbət proqnozlar verir. Belə ki, Dünya Bankının proqnozlarına görə, dövlət büdcəsinin gəlirləri əvvəlki büdcə ilə müqayisədə nominal ifadədə 8,8 faiz artacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ