Bazar günü günü, 11 oktyabr 2026
     

Dünyanın yeni qənimi - gübrə fəlakəti Azərbaycanı da yaxalayır...

Image


Rusiya-Ukrayna müharibəsindən ən çox zərər görən sahələrdən biri də kənd təsərrüfatıdır. Əvvəla o baxımdan ki, müharibə nəticəsində Ukraynada əkinə yararlı xeyli həcmdə torpaqda bu il hər hansı əkin-biçin işləri aparmaq mümkün olmayıb.

Üstəlik, Rusiyadan və Belarusdan gübrə idxalının qadağan edilməsi vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə gübrələr həm əlçatmaz olub, həm də xeyli bahalaşıb. Ekspertlərin fikrincə, ərzaq məhsullarının bahalaşmasına səbəb olan əsas amillərdən biri Ukraynadakı vəziyyət və təbii qaz, eləcə də gübrələrin qiymətində güclü artımdır. Rusiya-Ukrayna müharibəsi fonunda qlobal gübrə bazarında yaranmış tədarük çatışmazlığı bu məhsulun qiymətini rekord həddə çatdırıb. Bu arada xatırladaq ki, Rusiyada Aqrar-sənaye kompleksi və kənd ərazilərinin davamlı inkişafı üzrə Hökumət Komissiyası mineral gübrələrin ixracı üçün 2022-ci ilin sonuna qədər qüvvədə olan kvotanın 2023-cü il mayın 31-dək uzadılmasını dəstəkləyib. Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko bildirir: “Rusiya Federasiyası hökumətinin mineral gübrələrin bahalaşmasının qarşısını almaq üçün gördüyü tədbirlər səmərəli hesab edilir. Mineral gübrələrin bahalaşmasının qarşısını almaq üçün əvvəllər görülmüş tədbirlərin 2023-cü il mayın 31-dək uzadılması dəstəklənir”. Söhbət ilk növbədə gömrük tariflərinin tənzimlənməsi tədbirlərindən, xüsusən də gübrələrin ixracına qoyulan kvota və məhdudiyyətlərdən gedir. Nəticədə dünyada gübrələr sürətlə bahalaşır. Son 1 ildə əmtəə birjalarında təkcə azot gübrəsinin 1 tonu 250 dollardan 700 dollara qədər bahalaşıb. Digər gübrələrin də qiymətləri yerində saymayıb. Son vaxtlar ammonyak gübrəsinin qiymətində 3 dəfə, karbomid gübrəsinn qiymətində isə 2 dəfə artım olub. Gübrə istehsalında istifadə olunan ammonyak, azot, nitrat, fosfat, kalium və sulfat isə 30%-ə qədər bahalaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ötən il Rusiya dünyada azot gübrəsinin birinci, kalium və fosfor gübrələrinin isə ikinci ən böyük ixracatçısı olub. Ukrayna ilə müharibəyə görə qonşu ölkədən gübrə ixracı tam dayanmasa da, tədarük zənciri ciddi şəkildə pozulub. Nəticədə gübrə bazarında 14% paya malik olan Rusiyadan məhsul idxal etmək çətinləşib. Gübrəni kəskin bahalaşdıran digər amil isə son vaxtlar dünyada, o cümlədən Avropada təbii qazın qiymətinin xeyli artmasıdır. Gübrə istehsalında "mavi yanacaq" önəmli rol oynayır.

FAO-nun iqtisadçısı Maksimo Torero qeyd edir ki, enerji qiymətlərinin artması və gübrə ixracının bloklanması ilə ən pis ssenaridə, daha 13,7 milyon insanın qida çatışmazlığı risqi ilə üzləşəcəyini gözləmək olar: “Qarğıdalı və taxıl təkcə çörək hazırlamaq üçün deyil, həm də mal-qaranı bəsləmək üçün lazımdır. Onların bahalaşması məhsulun mayasında da özünü göstərir. Qida istehsalında yaranan çətinliklər 2023-cü ildə böhranın daha da pisləşməsinə gətirib çıxarır. Ukraynada müharibə davam edərsə, daha 18 milyon insan qida çatışmazlığından əziyyət çəkə bilər. Avropada Litva, Moldova, Serbiya, Finlandiya, Estoniya kimi ölkələr, demək olar ki, Rusiya gübrələrinin tədarükündən asılıdır. Onlara İrlandiya, Norveç, Polşa, Şimali Makedoniya, Sloveniya da əlavə olunub”. Rusiya rəsmiləri isə qeyd edir ki, Rusiya gübrə verməyə hazırdır, lakin sanksiyalar buna mane olur. Onu da qeyd edək  ki, problem təkcə gübrənin bahalaşması ilə bağlı deyil. Ukraynadakı müharibə ilə bağlı təchizat zəncirində problemlər olduğu üçün, hətta bahalı gübrəni belə tapıb almaq və  idxal etmək çətinləşib. Problemlər Azərbaycandan da yan ötüşmür. Qeyd edək ki, ölkəmizdə fermerlərin mineral gübrələrə olan ehtiyacı əsasən idxal hesabına ödənilir. Sumqayıt Karbomid Zavodu ölkə üzrə azot gübrəsinə olan ehtiyacı xeyli miqdarda qarşılasa da, hələ ki, tələbatı  tam ödəyə bilmir. Ötən mövsüm kisəsi 20-30 manata təklif olunan gübrələr indi 80-100 manata satılır. Kiçik fermerlər də bu qiymətə gübrə almaq imkanından məhrumdur. Dövlət fermerlərə dəstək versə də artan qiymətlər ciddi problem olaraq qalır. Ölkəmizdə istifadə edilən gübrələr əsasən Rusiyadan idxal edilir. Amma indi onların idxalında çətinliklər vr. Buna bir səbəb də Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərdir. Gələcəkdə gübrə idxalından asılı olmaq ölkəmizin ərzaq təhlükəsizliyinə birbaşa mənfi təsir edən amillərdən biridir. Çünki ərzaq istehsalında maya dəyərinə ən çox təsir edən məsələlərdən biri də gübrədir. Keyfiyyətli və daha çox məhsul istehsalı üçün gübrə ən vacib elementlərdən biridir və gübrə çatışmazlığı kənd təsərrüfatı sahəsində rentabelliyin aşağı düşməsinə səbəb olur. Qiymətlərin baha olması isə məhsulun maya dəyərini yüksəldir ki, bu da bütün ərzaq tədarükünə mənfi təsir edir. Bu səbəbdən daxili imkanlar hesabına gübrə istehsalının artımı vacib hesab olunur. Bundan başqa, idxal olunan bəzi gübrələrin mineral və üzvi gübrələrlə əvəz edilməsi də vəziyyətdən çıxış yollarından biri hesab olunur.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ