Bazar günü günü, 11 oktyabr 2026
     

Qlobal iqtisadiyyat çökür, Azərbaycan qabaqlayıcı tədbirlərin sayını artırır...

Image


Dünya iqtisadiyyatı ilə bağlı verilən bədbin proqnozların sayı getdikcə artmaqda davam edir. Məsələyə növbəti dəfə münasibət bildirən Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva “Reuters” agentliyinə müsahibəsində yeni qlobal iqtisadi tənəzzül ehtimalının qaçılmaz olduğunu bəyan edib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda vəziyyət son dərəcə qeyri-sabitdir və resessiyanı istisna etmək olmaz: “2022-ci il çətin olacaq, lakin 2023-cü il daha da çətin olacaq. 2023-cü il üçün tənəzzül risqləri artıb. İqtisadi yavaşlama qaçılmaz ola bilər”. O bildirib ki, qlobal iqtisadiyyatda indiki vəziyyət BVF-nin müvafiq hesabatının dərc edildiyi aprel ayı ilə müqayisədə xeyli pisləşib. Fond rəhbəri bunun qlobal inflyasiya, yüksək faiz dərəcələri, Çində iqtisadi ləngimə, Ukraynadakı vəziyyətlə bağlı sanksiyaların tətbiq edilməsilə əlaqədar olduğunu qeyd edib. Ümumiyyətlə, Beynəlxalq Valyuta Fondu da hesab edir ki, qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra ən böyük sınaqla üz-üzə qalıb. Fondun analitiklərinin fikrincə, Ukraynadakı vəziyyətlə yanaşı, iqlim dəyişikliyi təhlükəsi, COVID-19 pandemiyası, təchizat zəncirlərinin pozulması, maliyyə şərtlərinin sərtləşməsi və geoiqtisadi parçalanma qlobal iqtisadiyyatda çətinliklərin miqyasını genişləndirir, inflyasiyanı artırır. Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların fəsadları, Qərb və Asiya birjalarında sürətli ucuzlaşma, ABŞ-da gözlənilən kredit böhranı, bazarlarda qeyri-stabillik, inflyasiyanın qarşısını almaq üçün dünyanın bir çox ölkələrində mərkəzi banklar tərəfindən faiz artımları qlobal iqtisadi tənəzzül ehtimalını yüksəldir. “Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri tənəzzülün artıq qarşısının alınmasının mümkünsüzlüyündən bəhs edirlər, hətta staqflyasiya təhlükəsinin yaranmasını da istisna etmirlər. Almaniyanın maliyyə naziri Kristian Lindner məsələ ilə bağlı bildirir: “Ukraynadakı müharibənin iqtisadiyyat üçün əlavə nəticələri var. Bu, yüksək inflyasiya və pandemiyanın təsirlərindən xilas üçün sürət itkisi deməkdir. Biz artıq staqflyasiya ssenarilərindən qaçmaq üçün nə edə biləcəyimizi müzakirə etməli olacağıq”. ABŞ-ın maliyyə naziri Canet Yellen də iqtisadiyyatla bağlı bədbin fikirlər səsləndirir: “Ərzaq və enerjinin yüksək qiymətləri staqflyasiya təsirlərinə səbəb olur. Yəni ərzaq və enerjinin yüksək qiymətləri hasilatı və xərcləri azaldır və bütün dünyada inflyasiyanın artmasına səbəb olur”. Beynəlxalq araşdırma mərkəzlərinin əksəriyyətinin mövqeyi bundan ibarətdir ki, Rusiya-Ukrayna konflikti fonunda dünyanı çox ciddi iqtisadi və maliyyə nəticələri olacaq geosiyasi depressiya dövrü gözləyir. O da nəzərə alınmalıdır ki, dünya ölkələrinin böyük əksəriyyəti maliyyə ehtiyatlarının əhəmiyyətli hissəsini koronavirus pandemiyası ilə mübarizədə tükədib. Bu fonda Rusiya-Ukrayna qarşıdurması ilə yaranan iqtisadi və maliyyə çətinliklərinin aradan qaldırılmasına sərf edilə biləcək resursların bir çox ölkədə tükənmiş səviyyədə olması müşahidə edilir. Elə bu da vəziyyəti bir qədər də ağırlaşdıran faktor kimi çıxış edir.

Belə vəziyyətdə Avrozonada iqtisadi inam indeksi 2021-ci ilin martından bu vaxtadək ən aşağı səviyyəyə enib. Avropa Komissiyasının açıqladığı məlumata görə, iyun ayında iqtisadi inam indeksi 105-dən 104-ə düşüb. Bu, 2021-ci ilin martından bəri qeydə alınan ən aşağı göstəricidir. Ekspertlərin fikrincə, iqtisadi inam indeksi Rusiyadan enerji resurslarının nəqlinin kəsiləcəyi və iqtisadiyyatın tənəzzülə düçar olacağı ilə bağlı narahatlıqlar fonunda geriləyib. Postsovet məkanında da vəziyyət o qədər yaxşı deyil. Ukraynalı qaçqınları və rusiyalı mühacirləri qəbul edən keçmiş sovet respublikalarında Rusiya iqtisadiyyatındakı tənəzzülə görə bahalaşma və mal qıtlığı yaşanır. Bu ölkələrin milyonlarla vətəndaşının və Rusiyadan gəlmiş əmək miqrantlarının gələcəyi qeyri-müəyyən olaraq qalmaqdadır. Bundan başqa, bütün MDB ölkələrində ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Rusiya hələ də Avrasiya İttifaqı ölkələrinə taxıl ixracını dayandırıb və bu, un qıtlığına səbəb ola bilər. Müharibə dərman preparatlarının əlçatanlığına da təsir edir, çünki onların çoxu MDB ölkələrinə Rusiya və Ukraynadan idxal edilirdi. Ukraynadakı müharibənin postsovet məkanı üçün uzunmüddətli nəticələrini proqnozlaşdırmaq çox çətindir, amma bunun son onilliklərdə region üçün ən böyük sarsıntı olduğu göz qabağındadır. Azərbaycan üçün də qlobal iqtisadi müstəvidə baş verənlər xüsusi diqqət mərkəzindədir. Azərbaycan qlobal iqtisadiyyatda gözlənilən mənfi halların önlənməsi üçün preventiv addımlar atır. Hökumət idxal mallarının daha çox yerli məhsullarla əvəzlənməsi, daxili istehsal həcminin artırılmasına çalışır. Daxili istehsal həcminin artırılması məqsədilə dövlət-özəl sektor əməkdaşlığı genişləndirilir, sahibkarlar üçün çoxsaylı stimullaşdırıcı tədbirlər görülür, digər fəaliyyət növləri həyata keçirilir. Proqnozlar göstərir ki, bu istiqamətdə atılan addımların nəticəsi olaraq yaxın perspektivdə Azərbaycanda idxal inflyasiyasının təsir qüvvəsi əhəmiyyətli dərəcədə zəifləyəcək. Dünya iqtisadiyyatında tənəzzülü tətikləyən daha bir məqam enerjidaşıyıcılarının yüksək qiymətidir. Azərbaycan enerji hasilatçısı olduğundan, bu hal ölkəmiz üçün təhdid mənbəyi kimi çıxış etmir. Əhalinin məşğulluq səviyyəsinin qorunması, yeni iş yerlərinin yaradılması ilə bağlı görülən tədbirlər də öz səmərəsini verir. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri məşğulluq səviyyəsinin yüksəldilməsinə müsbət təsirini göstərir. Lakin istənilən halda, Azərbaycan hökuməti qlobal iqtisadiyyatda yaranan problemlərin mümkün mənfi təsirlərinin neytrallaşdırılması üçün fəaliyyətini genişləndirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ