Bazar günü günü, 11 oktyabr 2026
     

“Kənddən şəhərə” yarmarkaları “vasitəçi işbazların” yarmarkasına dönüb - Nazirlikdən hələ tərpəniş yoxdu...

Image


Kənd təsərrüfatı məhsullarının qiymətinin bazarlarda, iri ticarət mərkəzlərində, supermarketlərdə həddən artıq baha olması faktdır. Bazarda qiymətlər od tutub yandığı üçün camaat ümidini Bakıda həftəsonları təşkil edilən “Kənddən şəhərə” yarmarkalarına bağlayırdı ki, bəlkə fermerlər onların canını alverçilərdən qurtara.

Çox təəssüflər olsun ki, Bakıda  həftəsonları təşkil edilən “Kənddən şəhərə” yarmarkaları özünü doğrultmur, kəskin tənqid edilir. Halbuki, Kənd Təsərrüfatı Nazirliyi bəyan edirdi ki,  “Kənddən şəhərə” yarmarkalarının təşkil edilməsində məqsəd yerli sahibarlarla alıcılar arasında əlaqə yaratmaq, alıcıların məhsulları birbaşa kəndlidən, sahibkardan almasını təmin etmək və alverçiləri sıradan çıxarmaqdan ibarətdir. Guya ki, bu yarmarkalara kəndlilər, sahibkarlar özləri öz əkdikləri, istehsal etdikləri  məhsulları gətirəcəklər, camaat da onları bazar qıymətlərindən aşağı qiymətə ala biləcək. Lakin belə olmadı. Bu gün sözügedən yarmarkalardan çox ciddi narazılıqlar var. Həm qiymətlərin bahalığı önə çəkilir, həm də yarmarkaya mal gətirənlərin fermerlər, kəndlilər deyil, alverçilər olduğu deyilir. Bu problem özünü çox qabarıq büruzə versə də, təəssüflər olsun ki, hələ də narazılıqlara, tənqidlərə Kənd Təsərrüfatı Nazirliyi hər hansı bir formada reaksiya verməyib. Baxmayaraq ki, artıq rəsmi mətbuat da “Kənddən şəhərə” yarmarkasının paxırını açıb ortaya qoyub. Baş verənlərə isə şərh verilmir. “Kənddən şəhərə” yarmarkası da alverçilərin əlində olacaqdısa hökumətin bu layihəni işləməsinə, buna vəsait ayırmasına nə ehtiyac vardı? Nazirlik təmsilçilərinin keçmişdə verdikləri açıqlamada deyildiyi kimi nazirlik fermerlərin məhsullarını yarmarkaya pulsuz gətirirsə, bəs niyə yarmarkalarda qiymətlər heç də bazar, supermarket qiymətlərindən fərqlənmir?

  • “Uzun illərdir ki, “Kənddən şəhərə” və başqa yarmarkalar alverçilər tərəfindən tutulub”

Sosial-iqtisadi sahə üzrə tanınmış ekspert Elçin Bayramlı bizimlə söhbətində bildirdi ki, uzun illərdir bu problem müşahidə edilir. “Biz də uzun illərdir bu problemdən yazırıq, danışırıq, onu qaldırırıq ki, bu vəziyyət ölkəyə sosial-iqtisadi cəhətdən çox ciddi zərər vurur. Kənd Təsərrüfatı Nazirliyi aqrar siyasət bir yana dursun, adicə yarmarkaların təşklini normal həyata keçirə bilmir. Bəlkə də həyata keçirmək istəmir. Uzun illərdir ki, “Kənddən şəhərə” və başqa yarmarkalar alverçilər tərəfindən tutulub. O yarmarkalara kəndlilər buraxılmır. Buraxılsa da, çox az, çox nadir hallarda buraxılır, onların da kim olduğu bilinmir. Alverçilər ya kəndlərdən, ya da bazarın ağzında qəpik-quruşa məhsulu kəndilidən alır və orada üç-dörd qatına satır. Ona görə də yarmarka ilə bazarın qiymət fərqi, demək olar ki, yoxdur. Nəticədə nə olur? Məhsulunu ucuz qiymətə satan kəndli bir sıra hallarda gəlir əldə etmir, bankrot olur, zərərə düşür və artıq növbəti illərdə əkin əkməkdə maraqlı olmur. Çünki onun məhsulundan qazancı özü yox, bir qrup alverçi götürür. Bir qrupun mənafeyi üçün ölkənin bütün kənd təsərrüfatı məhv olur. Kəndlilər, fermerlər, şəxsi təsərrüfatı, bağı-əkini olanlar, heyvan saxlayanlar hamısı monopoliya cəngində məhv olub gedir. Bugünkü qlobal ərzaq böhranı şəraitində onsuz da bizim vəziyyətimiz yaxşı deyil. Biz təxminən 50 faiz idxaldan asılıyıq. Ölkə özünü, demək olar ki, heç bir məhsulla təmin edə bilmir. Bundan başqa, məhsulların maya dəyəri artıb böyük bir bahalaşma yaranıb. Bu bahalaşmanın 70 faizi elə o məsələ ilə bağlıdır. Satış bazarlarının düzgün təşkil olunmaması analoji problemi yaradır. Yəni kəndlilərə, fermerlərə öz məhsullarını satmaq üçün bazarlarda, yarmarkalarda yer ayrılmalıdır. Biz bununla bağlı dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə, hökumətə təkliflər irəli sürmüşük. Burada sadə bir məsələ var. Hökumət heç bir xərc çəkmədən elə bir şərait yarada bilər ki, ölkədə bolluq və ucuzluq yaranar. Necə? Formal olaraq hərdən-bir təşkil olunan yarmarkaların il boyu davam üçün daimi yerlər ayrılmalıdır. Tutaq ki, Bakıda 10, Gəncə və Sumqayıtda 2, kiçik şəhərlərdə isə 1 yerdə daimi yarmarkalar təşkil olunmalıdır, ora yalnız şəxsi təsərrüfatı olanlar, öz məhsulunu gətirən kəndlilər, fermerlər buraxılmalıdır. Alverçilər ora buraxılmamalıdır. Belə olanda məhsil istehsal edənlər hər il öz məhsullarını normal qiymətə satacaq, gəlir əldə edəcək. Nəticədə də işini böyütməyə, daha – çox əkib becərməyə, istehsal etməyə çalışacaq. Nəticədə ölkədə bolluq və ucuzluq formalaçacaq. Ortada qazanan alverçilər yerində kəndlidən 20 qəpiyə alırlar, Bakıda 1 manata satırlar. Tutaq ki, kəndlinin üstünə maya dəyəri 15 qəpiyə düşür, məhsulu 20 qəpiyə verib 5 qəpik qazanır, alverçi isə 20 qəpiyi yol xərcinə və sair çıxsa 60 qəpik qazanır. Bir sözlə, alverçi kəndlidən 10 dəfə çox pul qazanır. İstehsal edən qalır kənarda, qazanan dəllal olur”.

E.Bayramlı deyir ki, şərait yaradılarsa kəndli gətirib öz məhsulunu yarmarkada satanda alverçi kimi 1 manata deyil 50 qəpiyə satacaq. O qeyd etdi ki, nəticədə də kəndli 2 dəfədən çox gəlir əldə edəcək və ölkədə 2 qat ucuzluq yaranacaq:“Görün, bir qrup alverçinin yarmarkalardan yığışdırılması ölkənin satış, qiymət bazarında necə böyük dəyişikliyə səbəb ola bilər . Ona görə də təklif edirəm ki, yarmarkalar məsələsinə çox ciddi fikir verilsin, bütün şəhərlərdə daimi yarmarkalar təşkil olunsun, ancaq ora kəndlilər buraxılsın. Bu halda həm də özünüməşğulluq problemi aradan qalxacaq, regionlarda işsizlik məsələsi aradan çıxacaq. Bundan isə həm istehsalçılar, həm dövlət, həm də əhali qazanacaq”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ