Bazar günü günü, 11 oktyabr 2026
     

Rusiyadan Pakistana gedən dəmir yolu xətti də Azərbaycan üzərindən keçəcək

Image


İslam dünyasında Azərbaycan və Pakistan arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olması, nümunəvi xarakter daşıması heç kimə sirr deyil. İndi tərəflər qarşısında duran əsas vəzifə qarşılıqlı əməkdaşlığın miqyasının daha da genişlənməsi, xüsusən iqtisadi müstəvidə əlaqələrin dərinləşdirilməsidir.

Pakistanın inkişaf etmiş kənd təsərrüfatı, yüngül və əczaçılıq sənayesinin olması, Azərbaycanın isə enerji sektoru, infrastruktur tikintisi və digər sahələrdə böyük imkanlara malik olması qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını deməyə əsas verir. Bu fonda bəlli olub ki, Azərbaycan Pakistanla dəmir yolu vasitəsilə əlaqə yarada bilir və bu da qarşılıqlı ticarət dövriyyəsi üçün olduqca mühümdür. Məsələ ilə bağlı qeyd edək ki, Rusiya-İran Birgə Ticarət Şurasının sədri Vladimir Abedinov  Rusiya-Azərbaycan-İran-Pakistan dəmir yolu xətti ilə ticarətin genişləndirilməsini təklif edib. O bu barədə İranın Ticarət Palatasının rəhbəri Qulam-Hüseyn Şafei ilə görüşdə deyib. V.Abedinov Rusiya və İran arasında ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib. O, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı məsələyə toxunub və əlavə edib ki, bu hadisələr regionda logistika və tranzit marşrutlarında bəzi dəyişikliklərə səbəb olub. Vurğulayıb ki, Rusiyanın ticarət əlaqələri sanksiyalar nəticəsində əsaslı təsirə məruz qalıb, bu ticarət əlaqələri yenidən nəzərdən keçirilməlidir, bunu nəzərə alaraq Rusiya regionda yeni nəqliyyat marşutları axtarır. V.Abedinov İrandakı bəzi mühüm dəmir yolu marşrutlarına diqqət çəkib: “Rəşt-Astara dəmir yolu marşrutunun tamamlanması Rusiyanın ticarət əlaqələrinin genişləndirilməsi üçün çox vacibdir və bununla , Pakistanla Rusiya arasında dəmir yolu xətti yaradıla bilər”. Rusiya rəsmisi Pakistanla İran arasında marşrutun infrastrukturunun köhnəldiyini və yenidən qurulmasına ehtiyac olduğunu, yenidən qurulduqdan sonra Rusiyanın bu marşrutdan istifadə etməyə hazır olduğunu bildirib. O, həmçinin, Rusiyanın İranın şimal limanları ilə gəmilər vasitəsilə birləşdirilməsinin və yüklərin İranın limanlarına göndərilərək, gəmilərlə Pakistana daşınması ilə bağlı məsələdən danışıb. Rusiya rəsmisi qeyd edib ki, bu marşrut çox mürəkkəbdir və buna görə də Rusiyanın dəmir yolu ilə bu xəttin əvəzləyicisini axtarır. Bu dəmir yolu xətti Azərbaycanı, İranı, Pakistanı, Hindistanı əhatə etməlidir. O bildirib ki, bu dörd ölkənin ticarət palataları İşçi Qrup yarada bilər və mümkün araşdırmalardan sonra dəmir yolu marşrutlarının tamamlanması, yenilənməsi və möhkəmləndirilməsi ilə bağlı təkliflərini hökumətlərinə təqdim edə bilərlər.

İran Ticarət Palatasının rəhbəri Qulam-Hüseyn Şafei də  regiondakı mövcud vəziyyəti xüsusi adlandırıb və mövcud vəziyyətə uyğun olaraq müvafiq qərar qəbul etməyə çağırıb. Onun sözlərinə görə, İran və Rusiya arasında liman sahəsində bəzi infrastruktur problemləri olsa da, İran hökuməti regiondakı mövcud vəziyyətə uyğun olaraq tranzit məsələsinə üstünlük verib və hökumət tranzit məsələsini prioritet edib. İran rəsmisi vurğulayıb ki, İranda hazırda dəmir yolunun sürəti saatda 15-20 kilometr arasındadır ki, bu da yaxşı göstərici deyil və eyni zamanda İran vaqon çatışmazlığı ilə üzləşir ki, Rusiya onun həllinə kömək edə bilər. Qulam-Hüseyn Şafei deyib ki, İranın israrına baxmayaraq Pakistanda dəmir yolu problemləri həll edilməyib: “İranın dəmir yolu xətti ilə Pakistanın Lahor şəhərinə yükün göndərilməsi 35 gün çəkir". O, Rusiya rəsmisinin dəmir yolu xətti ilə bağlı İşçi Qrupunun yaradılması təklifini alqışlayıb və bildirib ki, İran Ticarət Palatası yaxın iki ay ərzində İşçi Qrupunu yarada bilər. Başqa bir məqamı xatırladaq ki, Türkiyə, İran və Pakistan 2009-cu ildə başladılan İstanbul-Tehran-İslamabad (ITI) dəmir yolu layihəsini canlandıracaqlarını elan ediblər. Xatırladaq ki, dəmir yolu layihəsi üzrə bir neçə sınaq reysinin həyata keçirilməsinə baxmayaraq, tam fəaliyyətə başlanılmayıb. AmmaTürkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu bildirib ki, layihə üzrə işlərə bu il yenidən başlanacaq.  Bu halda Azərbaycan həm Türkiyə, həm də İran üzərindən Pakistana dəmir yolu vasitəsilə çıxış əldə edəcək. Elə bu da Pakistanla ticarət dövriyyəsinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı prioritetdir. O da məlumdur ki, pakistanlı iş adamları Azərbaycanda yaradılmış sənaye zonalarında fəaliyyət göstərməkdə, nəqliyyat, enerji, sənaye, əczaçılıq, tikinti, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıqda maraqlıdır. Pandemiyadan əvvəl isə Pakistandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artıb. Bakı və İslamabad arasında birbaşa nəqliyyat əlaqəsinin qurulması isə hər iki ölkə üçün önəmlidir. Bundan başqa, Pakistan şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonasında əməkdaşlığa da maraq göstərirlər. Dəmir yolu əlaqəsinin yaradılması bu istiqamətdə mühüm üstünlüklər vəd edir. Hər halda, Azərbaycan hər iki istiqamətdə tərəfdaş ölkələr, o cümlədən Pakistanla sıx işbiriliyinə hazırdır. Hətta Azərbaycanın Pakistanda dəmir yolu xətlərinin yenidən inşası, modernləşməsi üçün kreditor kimi çıxış etməsi də mümkündür.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ