Bazar günü günü, 11 oktyabr 2026
     

ABŞ dolları kəskin bahalaşdırır - Azərbaycan manatına təhlükə yoxdur

Image


Dünya boyu ABŞ dollarının bahalaşması müşahidə edilir. Buna səbəb odur ki, ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,75 faiz artırıb. Belə ki, uçot dərəcəsi 1,5%-ə qaldırılıb. Bu, 1994-cü ildən indiyədək ən böyük faiz artımı sayılır.

Federal Ehtiyat Sistemi, həmçinin, 2022-ci ildə ABŞ-ın ÜDM artımı proqnozunu 2,8%-dən 1,7%-ə endirib. Bundan əlavə, qurum 2022-ci ildə ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozu 3,5%-dən 3,7%-ə, 2023-cü ildə isə 3,5%-dən 3,9%-ə yüksəldib. İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb. Bunlar ABŞ iqtisadiyyatında vəziyyətin acınacaqlı olmasının göstəricisi hesab olunur. Elə monetar siyasətin sərtləşməsi də ABŞ-da işsizlik səviyyəsinin azalması, inflyasiyanın yüksək həddə çatması ilə əsaslandırılır. Federal Ehtiyat Sistemi sonuncu dəfə faiz dərəcələrində kəskin artıma 2015-2018-ci illər arasında gedib və faizlər 0 səviyyəsindən 2,5 səviyyəsinə qədər artırılıb. Koronavirus pandemiyası ilə əlaqədar Federal Ehtiyat Sistemi faizləri yenidən 0 səviyyəsinə qədər endirib və bazarlara böyük maliyyə dəstəyi verib. Amma 2022-ci ildə maliyyə dəstəyi dayandırılmaqla bərabər faizlər də artırılır. Səbəb ABŞ iqtisadiyyatında qeydə alınan problemlər, xüsusən də qiymətlərin sürətli artımıdır. ABŞ-ın maliyyə naziri Canet Yellen də bu xüsusda vəziyyətin ağır olduğunu qeyd edir: “Yaxın gələcəkdə ABŞ-da inflyasiya səviyyəsi yüksək olaraq qalacaq və bu, indiki mərhələdə ölkənin əsas iqtisadi probleminə çevrilib. Şübhə yoxdur ki, bizdə böyük inflyasiya təzyiqləri var, inflyasiya həqiqətən də indiki mərhələdə bizim əsas iqtisadi problemimizdir və buna qarşı tədbir görməyimiz çox vacibdir”. 2008-ci ilin qlobal maliyyə böhranından üzü bu yana ABŞ-da belə inflyasiya qeydə alınmayıb. Məsələ burasındadır ki, Amerika hakimiyyəti pandemiyanın əvvəlindən bu yana böhran əleyhinə tədbirlərə 9 trilyon dollar vəsait xərcləməli olub, pul kəsən maşınlar var gücü ilə işləyib. Co Baydenin hakimiyyətə gəlməsindən sonra isə iqtisadiyyata daha iki trilyon dollar yatırılıb. Vu vəziyyət ABŞ dövlət borcunun kəskin artmasına səbəb olub. İndi ABŞ-ın dövlət borcu 30 trilyon dollara çatıb. İqtisadçılar xəbərdarlıq ediblər ki, iqtisadiyyata yeni vəsaitlərin cəlb edilməsinin bir faydası olmayacaq. Müvafiq istehsal artımı olmadan dövriyyədəki əskinasların sayının artması büdcə yükünü çoxaldacaq və qiymətlər qalxacaq.

İndiki halda Almaniyanın “Deutsche Bank”ın analitikləri xəbərdarlıq edirlər ki, Federal Ehtiyat Sisteminin addımları qiymət artımnı dayandırmayacaq: “ABŞ-da inflyasiyaya məhəl qoyulmaması dünya iqtisadiyyatını ləng işə düşən bomba üzərində saxlayır. Bunun nəticələri çox dağıdıcı ola bilər, xüsusən də cəmiyyətin ən həssas təbəqələri üçün”. Almaniyada belə hesab edirlər ki, inflyasiya problemi yaxın bir neçə ildə də qalacaq və bəlkə də artıq 2023-cü ildə böhrana gətirib çıxaracaq. Və ekspertin də təsdiqlədiyi kimi, bundan ilk növbədə inkişaf etməkdə olan ölkələr zərər görəcəklər. Beləliklə, iqtisadçılar pandemiyadan sonra qlobal bərpa dövrünün başlanğıcının inkişaf etməkdə olan bazarlar üçün müsbət amildən təhdidə çevrildiyini bildirirlər: məsələn, Cənubi Afrika və Braziliyada borc təhlükəli həddə yaxınlaşır. Özü də həmin ölkələrdə dövlət maliyyə sistemi onsuz da sabit deyil. Bu halda dolların bahalaşması inkişaf etməkdə olan ölkələr üçün əlavə problem yaradır. Buna rəğmən, Federal Ehtiyat Sistemi hesab edir ki, faiz dərəcələrinin aşağı səviyyədə olması və uzun müddət monetar genişləndirmənin həyata keçirilməsi birjalarda indekslərin real vəziyyətindən daha çox yüksəlməsinə səbəb olub. Beynəlxalq Valyuta Fondunun analitikləri hesab edirlər ki, Federal Ehtiyat Sisteminin sərt pul-kredit siyasətinə keçməsi inkişaf etməkdə olan ölkələrdə maliyyə və investisiya problemləri yarada bilər, çünki Federal Ehtiyat Sisteminin qərarı inkişaf etmiş ölkələrdən capital axınına səbəb olacaq. Çünki ABŞ dünyaya səpələdiyi pulları geri yığmalıdır. Pandemiya başlayanda Federal Ehtiyat Sisteminin büdcəsi 3,2 trilyon dollar idi. Pandemiya dövründə bu məbləğ 3 dəfəyə qədər artırılaraq 9 trilyona çatdırılıb. İndi bunun azaldılması lazımdır. Dolların qlobal səviyyədə bahalaşmasının Azərbaycana təsirlərinə gəlincə, ekspertlərə görə, ABŞ valyutasının məzənnəsinin möhkəmlənməsi onunla ticarət olunan əmtəələrin qiymətinin müəyyən qədər düşməsini şərtləndirəcək. Bu baxımdan, Azərbaycan üçün əsas məqam neft bazarındakı qiymətlərdir. İndi bu bazarda qiymətlərə dolların məzənnəsinin təsiri elə də yüksək deyil. Neft bazarı tamamilə fərqli proses və amillərin təsiri ilə idarə olunur. Əvvəla, dünya iqtisadiyyatının pandemiyanın təsirlərindən çıxması, bərpanın sürətlənməsi qlobal səviyyədə neftə tələbatı artırır. Digər tərəfdən, OPEC və ondan kənardakı hasilatçılar bazarda qiymət tənzimlənməsinin uğurlu variantını tapıblar. Belə ki, onlar OPEC+ yaratmaqla ABŞ-ın bu bazara təsir imkanlarını azaldıblar. Bu səbəbdəndir ki, ABŞ-ın neft qiymətlərinə təsir imkanları nəticə vermir. Rusiya-Ukrayna müharibəsi fonunda da neft qiymətləri yüksəlir. Azərbaycanda dolların məzənnəsini Federal Ehtiyat Sisteminin qərarları deyil, neftin qiyməti tənzimləyir. Neft, eləcə də təbii qaz satış qiyməti yüksək olduğundan Azərbaycana daha çox həcmdə dollar daxil olur. Qeyri-neft sektoru üzrə də ixrac artır. Bu halda manat sabit səviyyədə qalmaqda davam edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ