Bazar günü günü, 11 oktyabr 2026
     

Dünyada iqtisadi vəziyyət pisləşir, bəzi ölkələr üsyan ərəfəsində....

Image


Enerji daşıyıcılarının qiymətlərinin artması səbəbindən Böyük Britaniyanın ərzaq sənayesi tənəzzül  astanasındadır.Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Qəzet yazır ki, qazın qiymətinin artması və ekologiya ilə bağlı vergilərin yüksək olması səbəbindən ölkənin ən böyük gübrə zavodunun bağlanması planlaşdırılır. Analitiklər hesab edirlər ki, zavodun bağlanması fermerlərə daha bir zərbə olacaq və nəticədə süd, ət və çörəyin qiymətinin artması ilə nəticələnəcək. Ukraynada müharibə, Çində məhsuldarlığın aşağı olması, Hindistanda taxıl məhsullarının ixracına qadağa tətbiq edilməsi kimi amillər vəziyyəti daha da kəskinləşdirir. İngiltərə Bankının rəhbəri Endryu Beyli ərzaq qiymətlərinin artmasının dünya üçün “apokaliptik” nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib. Lakin problem təkcə İngiltərəyə xas deyil. Beynəlxalq Valyuta Fondu da hesab edir ki, qlobal iqtisadiyyat İkinci Dünya Müharibəsindən sonra ən böyük sınaqla üz-üzə qalıb. Fondun analitiklərinin fikrincə, Ukraynadakı vəziyyət, iqlim dəyişikliyi təhlükəsi, koronavirus pandemiyası, təchizat zəncirlərinin pozulması, maliyyə şərtlərinin sərtləşməsi və geoiqtisadi parçalanma qlobal iqtisadiyyatda çətinliklərin miqyasını genişləndirir, inflyasiyanı artırır. Almaniyanın maliyyə naziri Kristian Lindner məsələ ilə bağlı bildirir: “Ukraynadakı müharibənin iqtisadiyyat üçün əlavə nəticələri var. Bu, yüksək inflyasiya və pandemiyanın təsirlərindən xilas üçün sürət itkisi deməkdir. Biz artıq staqflyasiya ssenarilərindən qaçmaq üçün nə edə biləcəyimizi müzakirə etməli olacağıq”. ABŞ-ın maliyyə naziri Janet Yellen də iqtisadiyyatla bağlı bədbin fikirlər səsləndirir: “Ərzaq və enerjinin yüksək qiymətləri staqflyasiya təsirlərinə səbəb olur. Yəni ərzaq və enerjinin yüksək qiymətləri hasilatı və xərcləri azaldır və bütün dünyada inflyasiyanın artmasına səbəb olur”. Dünya Bankının hesabatına görə, ərzaq qiymətləri, enerji daşıyıcıları və gübrənin bahalaşması 1,2 milyard insanın yaşadığı 74 inkişaf etməkdə olan ölkəyə zərər vurub. Amma bu da dünya üçün iqtisadi təhdidlərin sonu deyil. Rusiya və Ukrayna ilə sıx iqtisadi bağları olan ölkələr maliyyə, turizm, ticarət sahələrində əlavə təzyiqlərlə üzləşəcək.  Artıq BMT və Avropa İttifaqı və digər qurumlar xəbərdarlıq edib ki, müharibə Yaxın Şərq və Afrikada ərzaq böhranı yarada bilər. Səbəb də odur ki, Misir, Livan, Liviya, Somali, Sudan və Yəmən də daxil olmaqla, bir çox ölkə buğdanın təxminən yarısını Ukrayna və Rusiyadan alır. Tək bir faktı deyək ki, Ukrayna ərazisinin 70 faizi münbit torpaqlardan ibarətdir və onun 32 milyon hektar əkin sahəsi var. Bu nisbət də bütün Avropanın əkin sahələrinin üçdə bir hissəsinə bərabərdir.

Bütün bunların nəticəsidir ki, indi ən inkişaf etmiş Qərb ölkələri belə iqtisadi tənəzzül və ərzaq böhranı təhdidi ilə üzləşiblər. Bundan başqa, xəbərdarlıqlara əsasən, Ukraynada müharibənin yaratdığı və ya şiddətləndirdiyi ərzaq, yanacaq, maliyyə böhranları daha kasıb ölkələrdə iğtişaşlara səbəb ola bilər. Bu fonda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ukraynada müharibənin davam etdiyi müddətdə ərzaq qiymətlərinin artmasına qlobal reaksiya verməyə çağırıb. FAO yoxsul ölkələrin dünyada ərzaq qiymətlərindəki artıma xüsusilə həssas olduğunu bildirib və davamlı, qlobal kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün Qlobal Ərzaq İdxalının Maliyyələşdirilməsi Mexanizmi təşəbbüsünü irəli sürüb. Dünya Bankının son araşdırmalarına əsasən, Ukraynadakı müharibə nəticəsində ərzaq və enerji qiymətlərindəki artımlar 2024-cü ilin sonuna qədər davam edə bilər. Enerji resurslarında qiymət artımı da vəziyyətə mənfi təsirini davam etdirəcək: “Bu il müharibə fonunda enerji qiymətləri 50 faiz artacaq, 2023-2024-cü illərdə isə artım zəifləyəcək. Kənd təsərrüfatı və metalların qiyməti bu il, demək olar ki, 20 faiz artacaq. Növbəti illərdə bu artım yüksələn xətt üzrə davam edəcək. Bütövlükdə bu, 1970-ci illərdən bəri yaşanılan ən böyük əmtəə şokudur. Müharibə uzunmüddətli inflyasiyaya səbəb ola bilər. Ölkələr alternativ ticarət yolları axtararkən, malların istehsalını artırarkən təmiz enerjiyə keçid ləngiyə bilər”. Beləliklə, beynəlxalq araşdırma mərkəzlərinin əksəriyyətinin mövqeyi bundan ibarətdir ki, Rusiya-Ukrayna konflikti fonunda dünyanı çox ciddi iqtisadi və maliyyə problemləri gözləyir. Bu fonda Azərbaycanın durumu müqayisədə daha yaxşıdır. Ölkə enerji resurslarının bahalaşmasından əziyyət çəkmir. Bundan başqa, ərzaq məsələsində də ölkəmiz mühüm uğurlar aldə edib. Azərbaycanın bu gün bir çox kənd təsərrüfatı məhsulları üzrə özünü təmin etmə səviyyəsi yüksəkdir.Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın  sözlərinə görə, iqlim şəraitinə uyğun olmayan bəzi məhsullar var ki, onlar ölkəyə idxal olunur: “Bu gün ölkənin özünü ərzaq məhsulları ilə təminat səviyyəsinə baxdıqda biz bir çox kənd təsərrüfatı məhsulları üzrə özünü təmin etmənin yuxarı səviyyədə olduğunu görürük. Ölkəmizin iqlim şəraitinə uyğun olmayan bəzi məhsullar var ki, idxal vasitəsilə həyata keçirilir. O məhsulları istisna etməklə digər bütün bitkiçilik, heyvandarlıq məhsulları ilə özünü təmin etmə səviyyəsinin yüksək olduğunu müşahidə edirik”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ