Bazar günü günü, 11 oktyabr 2026
     

Dünyada görünməmiş aclıq dalğası başlayır

Image


Ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək. Belə bir xəbərdarlıqla BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri Rebekka Qrinspen çıxış edib.

O qeyd edib ki, Rusiya və Ukraynadan ixrac olunan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına qaytarılmayan hissəsi nəticəsində yaranan böhran 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır: “Mövcud ərzaq böhranı 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə bilər. Enerji qiymətləri artıb və Qara dəniz regionundan gübrə ixracına qoyulan məhdudiyyətlər gübrə qiymətlərinin ərzaq qiymətlərindən daha sürətlə artmasına səbəb olub”. Qrinspen qeyd edib ki, münaqişə və taxıl və gübrənin yüksək qiymətləri növbəti əkin mövsümünə qədər davam edərsə, mövcud böhran digər əsas bitkilərə, xüsusilə də düyüyə keçə bilər. BMT nümayəndəsi vurğulayıb ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Ukraynadan ərzaq məhsulları, eləcə də Rusiyadan gələn ərzaq və gübrələri dünya bazarlarına qaytarmaq lazımdır: “Gübrə tədarükünə yenidən başlamaq, onu kiçik fermerlərə təqdim etmək, geniş yayılmış tədarükün dəstəklənməsi növbəti 18 ay ərzində kritik cəhətdən vacib olacaq”. BMT-nin baş katibi Antonio Quterreş də bildirir ki, Rusiyanın Ukraynaya hücumları davam etdikcə qlobal ərzaq təhlükəsizliyi üçün risqlər artır. O, Rusiya-Ukrayna müharibəsinin dünya üçün nəticələrinin daha da pisləşdiyini və 94 ölkədən 1,6 milyard insana təsir etdiyini bildirib. Quterreş müharibənin görünməmiş aclıq dalğasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib:  “Bu artan fırtınanı dayandırmağın yalnız bir yolu var: Rusiyanın Ukraynaya işğalına son qoyulmalıdır. BMT-nin Ümumdünya Ərzaq Proqramının hesabatına görə, müharibənin ərzaq təhlükəsizliyi, enerji və maliyyəyə təsiri sistemlidir. Rusiyanın Ukraynaya hücumundan üç ay sonra dünya yeni reallıqla üz-üzədir və mövcud böhran bütün ölkələrə təsir edəcək. Ərzaqdan ciddi şəkildə məhrum olan insanların sayı son illər iki dəfə artıb. Dünyada hər beş işçidən üçü pandemiyadan əvvəlkindən daha az maaş alır. Müharibə görünməmiş aclıq və yoxsulluq dalğası ilə təhdid edir, sosial və iqtisadi xaos yaradır. Ərzaq qiymətləri demək olar ki, rekord həddə çatıb. Gübrə qiymətləri iki dəfədən çox artıb”. BMT baş katibi Ukrayna və Rusiya məsələsi ilə bağlı ərzaq sövdələşməsinə çağırış edib.

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel isə bildirir ki, Rusiya ərzağı müharibə silahı kimi istifadə edir. O bildirib ki, hazırda Ukraynanın dəniz limanlarında 20 milyon tondan çox buğda, taxıl və qarğıdalı qalıb: “Bu, dünya ərzaq təhlükəsizliyini təhdid edir və dünyanın müxtəlif ölkələrində aclığa və qıtlığa gətirib çıxarır. Qlobal aclıq hər kəsi narahat etməlidir və buna görə də bu məsələ hərtərəfli, koordinasiya edilmiş yanaşma tələb edir”. O vurğulayıb ki, Aİ Rusiyanın kənd təsərrüfatı məhsullarına sanksiya tətbiq etməyib. ABŞ dövlət katibi Entoni Blinken də qeyd edir ki, Rusiya qlobal ərzaq böhranının həllinə kömək göstərmir: “Bu ölkə təhdidlə məğşğuldur. Rusiya prezidenti Vladimir Putin ərzaq tədarükünə icazə vermir və dünyanı onun tələbləri ilə razılaşmaya və sanksiyaları aradan qaldırmasına çalışır. İndi Rusiyanın dəniz blokadası səbəbindən Ukrayna öz məhsullarını adi təyinat yerlərinə daşıya bilmir”. Onun sözlərinə görə, təxminən 20 milyon ton buğda Odessa limanında gəmilərdə qalıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bunları cəfəngiyyat sayır. O bildirir ki, Ukrayna limanlarını dəniz minalarından təmizləsə, buradakı taxılın ixracına Rusiya maneə yaratmayacaq. Baş verənlər Azərbaycanda da diqqətlə izlənir. Ölkəmiz ərzaq ehtiyatlarını, xüsusən də taxıl rezervlərini artırır.  Bundan irəli gələrək, hökumət idxal mallarının daha çox yerli məhsullarla əvəzlənməsi, daxili istehsal həcminin artırılmasına çalışır. Daxili istehsal həcminin artırılması məqsədilə dövlət-özəl sektor əməkdaşlığı genişləndirilir, sahibkarlar üçün çoxsaylı stimullaşdırıcı tədbirlər görülür, digər fəaliyyət növləri həyata keçirilir. Belə bir vaxtda bəlli olub ki, ərzaqlıq buğda istehsalı üçün də yeni addımlar atılmasə nəzərədə tutulur. Məlumata əsasən, fermerlərin ərzaqlıq buğda istehsalına çəkdiyi xərclərə uyğun olaraq subsidiya məbləği dəyişə bilər. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bununla bağlı bildirib: “Biz buğdaya subsidiyanın yüksək verilməsini bəlkə bu gün tənqid edə bilərik. Ərzaqlıq buğdanın əhəmiyyətli hala gəldiyi bir vaxtda, əgər deyilsə ki, ərzaqlıq buğda bizdə niyə daha çox istehsal edilmir? Xərclərə baxdıqda bunu istehsal etmək üçün fermerin iki qat xərc çəkəcəyi tələbi ilə qarşılaşdıqda, biz həmin subsidiyanı artırmaq məcburiyyətində qalacağıq. Bu, bugünkü dövrün və ya bugünkü dünyanın gətirdiyi tələblər istiqamətində subsidiyanın müxtəlif indikatorlara bağlı olaraq dəyişə biləcəyini göstərir”. Xatırladaq ki, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərara əsasən subsidiyanın baza məbləği 200 manat təşkil edir. Nazir müavini bu fonda qeyd edib: “Əslində 200 manat baza məbləğidir. Əmsallarla həmin məbləğlər qeyd etdiyimiz indikatorlar nəzərə alınmaqla artırıla və azaldıla bilər. Mexanizm məhz bunun üzərində qurulub ki, müəyyən dövrlər ərzində tələblərə uyğun olaraq istifadə edilsin. 2021-ci il üçün bildiyiniz kimi, yanacaq xərclərinin artması səbəbindən əlavə olaraq dövlət tərəfindən müəyyən məbləğ ayrıldı və əmsallar artırılaraq fermerlərə ödənildi”. Taxıl və digər məhsullar üzrə  idxal asılılığının azalması, yerli istehsalın müxtəlif yollarla dəstəklənməsi, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və digər istiqamətlərdə dövlət tərəfindən önəmli addımlar atılır. İnflyasiyanın nəzarətdə saxlanılması məqsədilə hökumət digər preventiv tədbirlər də görür. Dünya iqtisadiyyatında tənəzzülü tətikləyən daha bir məqam enerjidaşıyıcılarının yüksək qiymətidir. Azərbaycan enerji hasilatçısı olduğundan? bu hal ölkəmiz üçün təhdid mənbəyi kimi çıxış etmir. Ölkə daxilində əhaliyə enerji məhsulları dünya dövlətlərinin böyük əksəriyyəti ilə müqayisədə ucuz qiymətə satılır. Bu mənada dünya bazarlarında enerji resurslarının yüksək qiymətindən irəli gələn fəsadlar Azərbaycanda ev təsərrüfatlarına təsir etmir.

Ramil QULIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ