Bazar günü günü, 11 oktyabr 2026
     

Dünya Bankından bədbin qlobal iqtisadi proqnoz – Proqnozda Azərbaycanın da adı keçir...

Image


Dünya iqtisadiyyatı yeni problemlər məngənəsinə düşməklə indi daha böyük çətinliklər yaşayır. Hətta ən inkişaf etmiş ölkələrdə belə həm iqtisadi artım templəri azalır, həm də bahalaşma daha geniş vüsət alır. Bunun ən real təzahürünü dünyanın ən böyük iqtisadiyaytına malik ABŞ-da görmək olar.

ABŞ-ın maliyyə naziri Canet Yellen qiymət artımlarının ciddi problem mənbəyi olduğunu etiraf dib: “Yaxın gələcəkdə ABŞ-da inflyasiya səviyyəsi yüksək olaraq qalacaq və bu, indiki mərhələdə ölkənin əsas iqtisadi probleminə çevrilib. Şübhə yoxdur ki, bizdə böyük inflyasiya təzyiqləri var, inflyasiya həqiqətən də indiki mərhələdə bizim əsas iqtisadi problemimizdir və buna qarşı tədbir görməyimiz çox vacibdir”. Dünya Bankı isə qeyd edir ki, qlobal iqtisadiyyat  2022-ci il üçün zəif artım və yüksək inflyasiyanın uzun sürən dövrünə daxil olur. Qurum bir çox ölkənin iqtisadi tənəzzüllə üzləşə biləcəyini əlavə edib. Dünya Bankı mövcud problemi əsas etibarilə  koronavirus pandemiyası ilə əlaqələndirir və Rusiyanın Ukraynaya qarşı təcavüzünün də burada ciddi rol oynadığını bildirir: “Dünyanın əksər hissəsində zəif sərmayə qoyuluşu səbəbindən artan inflyasiya, ehtimal ki, on il ərzində davam edəcək. İndi bir çox ölkədə inflyasiyanın onilliklər ərzində ən yüksək həddə çatdığı və tədarük artımının yavaş olacağı gözlənildiyi fonda inflyasiyanın daha uzun müddətdə daha yüksək həddə qalması riski var”. Dünya Bankı hesab edir ki, qlobal ümumi daxili məhsul artımı inflyasiyanın bir çox iqtisadiyyatlarda yüksək olaraq qalması ilə 2023 və 2024-cü illərdə gözləntilərdən az olacaq. Qurum ABŞ-da iqtisadi artımın keçən illə müqayisədə 5,7% olmasına baxmayaraq, bu il yalnız 2,5% olacağını qeyd edib. Bankın proqnozuna görə, Avropada da keçən il 5,4% ilə müqayisədə 2,5% artım gözlənilir. Dünya Bankının bildirdiyinə görə, Çində bu il 4,3% artım gözlənilirdi ki, bu da keçən il 8,1%-lə müqayisədə daha aşağı göstəricidir. Azərbaycan bu fonda dünya ölkələrinin əksəriyyəti ilə müqayisədə daha əlverişli vəziyyətdədir. Belə ki, Dünya Bankı bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun artımı ilə bağlı proqnozlarını dəyişməyərək sabit saxlayıb.

Qurumu “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında bildirilir ki, Azərbaycanın bu il və gələn il iqtisadi artımı ilə bağlı proqnozunu aprel ayı lə müqayisədə dəyişməyib, müvafiq olaraq 2,7 % və 2,2%  səviyyəsində saxlanıb.Dünya Bankı 2024-cü ildə isə Azərbaycanda ÜDM-nin 2,3 % artacağını gözləyir: “Rusiya iqtisadiyyatı ilə sıx iqtisadi əlaqələrə görə Mərkəzi Asiya və Cənubi Qafqazın əksər ölkələrində artımın zəifləyəcəyi gözlənilir. Hər iki subregionda artımın 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən iki dəfə azalacağı gözlənilir. Nəticədə Mərkəzi Asiyada iqtisadi artım 2,4 %-ə, Cənubi Qafqazda isə 3,4 %-ə enəcək. Daha yüksək qlobal əmtəə qiymətləri bəzi iqtisadiyyatlarda (Azərbaycan, Qazaxıstan, Özbəkistan) aktivliyin azalmasını yumşaldan gözlənilməz fürsətlər təmin etsə də, bu fürsətlərin məhdud olacağı ehtimal edilir. Bunun ən əsas səbəbi, Azərbaycanda neft sektorunun tam həcmə yaxın işləməsi, Qazaxıstanda isə əsas boru kəmərində kəsinti ilə bağlı təchizat məhdudiyyətləridir. Daha geniş mənada, xarici tələbatın və Rusiyadan pul köçürmələrin kəskin azalması, bu iqtisadiyyatların bəzilərinin üzərində yüksək əmtəə qiymətlərindən əldə edilən qazancdan daha böyük təsir göstərəcək". Dünya Bankı hesab edir ki, Mərkəzi Asiyada, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq, bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar maliyyə vasitəçiliyi üçün problemlər yaradır: “Müharibə Qırğızıstan və Tacikistanda borc problemi riskləri də daxil olmaqla digər təhlükəsizlik zəifliklərini də artırır. Hər iki ölkədə bu il istehsalın azalması, daha geniş fiskal və xarici cari hesab kəsiri və kəskin valyuta ucuzlaşması yaşanacağı gözlənilir”.  Azərbaycan inflyasiyanın tənzimlənməsi baxımından da əlverişli vəziyyətdədir. Dünyadakı qiymət artımlarının ölkə iqtisadiyaytına mənfi təsirlərinin neytrallaşdırılması üçün adekvat tədbirlər görülür. İnflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması hökumətin xüsusi diqqət mərkəzindədir. Ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması üçün də çevik addımlar atılır. Xüsusən də idxal inflyasiyasının məhdudlaşdırılması əsas prioritetlər sırasında yer alır. Bu fonda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının və bir sıra digər məmulatların yerli istehsal hesabına təmini üçün zəruri tədbirlər görülür. Bu gün ölkəmizdə həyata keçirilən monetar və fiskal siyasət də inflyasiya təzyiqlərinin azaldılmasına xidmət edir. Görülən digər tədbirlər də qiymət artımının yol verilən həddə qalmasına hesablanıb. Bundan əlavə, dünya bazarlarında neft və qazın yüksək qiymətləri Azərbaycanın maliyyə manevr qabiliyyətini, o cümlədən milli valyutanın sabit saxlanılması  imkanlarını daha da artırır. Bu da inflyasiyanın nəzarətdə qalmasına əlavə imkan yaradır. Artan ixrac həcmi də Azərbaycanın manevr imkanlarını yüksəldir. Qeyd edə ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard dollar, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb. Bu da Azərbaycana yeni maliyyə imkanları qazandırır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ