Bazar günü günü, 16 avqust 2026
     

Banklar hələ də real sektora dəstək vermək istəmir…

Image


Hökumətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaqdır. Etiraf edilməlidir ki, bu istiqamətdə son illərdə yaxşı nəticələr əldə edilib. İqtisadiyyatın diversifikasiya olunması, bu fonda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün dövlət son zamanlar həm rəqabət mühitinin, həm qanunvericiliyin, həm də gömrük-vergi mühitinin təkmilləşdirməsi baxımından əhəmiyyətli addımlar atır. Qeyri-neft sektoruna müxtəlif güzəştlər verilir. 

Ölkəmizdə Sahibkarlığın İnkişafı Fondunun vasitəçiliyi ilə qeyri-neft sektoruna ayrılan kredit resurslarının cəlbediciliyi də artırılır. Qeyri-neft sektoruna yatırılan investisiyaların, kreditlərin güzəştli olması üçün resurslar ayrılır, kreditlərin maliyyələşməsi üçün mənbələr yaradılır. Amma bunlar əsasən dövlət hesabına həyata keçirilir. Ölkənin bank sektoru bu prosesdə hələ də fəal iştirakdan uzaq qaçır. Xüsusən də real sektora ayrılan bank kreditləri həcmin azlığı, faizlərin yüksək olması baxımından ciddi problem mənbəyi olaraq qalır. Halbuki, bank sektorunun düşdüyü çətinliklərdən xilas olmaq üçün hökumətin atdığı addımlar bu sahədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, artıq banklar üçün ciddi çətinlik sayılan problemli kreditlərin miqdarı sürətlə azalır. Eyni zamanda, yaranmış vəziyyət banklara yenidən kredit portfelini genişləndirmək imkanı qazandırır. Amma belə görünür ki, bankların böyük əksəriyyəti hələ də onlara göstərilən bu dəstəyi düzgün qiymətləndirə bilmir. Ən azı o baxımdan ki, hökumət tərəfindən göstərilən dəstəyə rəğmən, banklar hələ də kreditləri yüksək faizlə verir. Eyni zamanda, yenə də hökumətin gözləntilərinə baxmayaraq, banklar real sektora lazımi qədər kredit ayırmaqdan qaçır. Halbuki, banklara dəstək verən hökumət tamam fərqli nəticələr istəyir. Hökumət yanaşması bundan ibarətdir ki, biznesin, real sektorun dəstəklənməsi iqtisadiyyatın inkişafı üçün ən önəmli faktorlardan biridir. Bu baxımdan mövcud problemlərin həlli, biznesin səsləndirdiyi təkliflərə diqqət yetirilməsi çox önəmlidir. Amma banklar buna diqqət etmir. Elə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yangın da məsələyə bu prizmadan yanaşır. O, məsələ ilə bağlı bildirir: “Əsas problemlərdən biri biznesin maliyyə resurslarına əlçatanlığı ilə bağlıdır. Azərbaycan banklarında kifayət qədər likvid vəsait var. Amma biznes üçün bankların kredit faizləri çox yüksəkdir. Xüsusilə kiçik və orta biznesin bank kreditlərinə əlçatanlığı aşağıdır. Bundan əlavə, kreditlərin verilməsində girovla bağlı şərtlər çox ağırdır. Bu şərtləri yüngülləşdirmək lazımdır. Banklar girov arxasınca qaçmalı deyil, valideynlərdən qalan mirasa göz dikməli deyil, layihələrə maraq göstərməli, onlara dəstək verməlidirlər. Layihə effektivdirsə, onun büdcəsi, gəliri, biznes planı yetərlidirsə, girova ehtiyac olmamalıdır. Kiçik və orta biznesin sərmayəyə, maliyyə resurslarına ehtiyacı var və bu ehtiyac təmin edilməlidir”.

Ekspert qeyd edir ki, bunlar böyük, milyon manatlıq layihələr deyil, 50-300 min manatlıq layihələrdir: “İqtisadi inkişaf, milyardlıq layihələrin deyil, əsasən bu kiçik biznes sahələrinin dəstəklənməsindən başlayır. Banklar layihələrə kredit ayırdıqda pulu alan iş adamı onu başqa yerə xərcləyə bilməz. Bank gözünün önündə pulun necə xərcləndiyini görür. Amma girov qarşılığında kredit verdikdə isə vəsaitin necə xərclənməsi onu narahat etmir və yaxud maraqlı olmur. Çünki artıq verdiyi kreditin zəmanəti var. Kiçik biznesin inkişafı böyük bizneslərin inkişafının ilkin mərhələsidir. Ona görə də kiçik bizneslərin dəstəklənməsi vacibdir. Banklarla danışdığım zaman da bu məsələni gündəmə gətirirəm. Bildirirəm ki, sizin əsas işiniz layihələrin kreditləşdirilməsi olmalıdır”. Amma banklar hələ ki, bu istiqamətdə müvafiq addımlar atmaqdan yayınırlar və bu da real sektorun inkişafına əngəl yaradır. Halbuki, real sektora dəstək üçün bankların maliyyə vəsaiti heç də az deyil. Belə ki, bu ilin yanvarın 1-nə bank sektorunun aktivləri 35 miyard 604,5 milyon manat təşkil etməklə, ötən il yanvarın 1-i ilə müqayisədə 15,8 faiz çox olub. İlk dəfədir ki, bankların aktivləri 35 milyard manatı keçib. Bankların aktivlərinin 15 milyard 97 milyon manatını isə müştərilərə verilmiş xalis kreditlər təşkil edib ki, son 1 ildə sektorun kredit portfeli 15,2 faiz böyüyərək, kreditlərin aktivlərdəki payı 42,6 faizlə 42,4 faiz aralığında qərarlaşıb. Amma kreditlərin əsas hissəsi yenə istehlak kreditlərinin payına düşür. Müqayisə üçün bildirək ki, iqtisadiyyatın energetika və kimya sahəsinə, kənd təsərrüfatına, tikinti və daşınmaz əmlaka, sənaye və istehsala ayrılan kreditlər birlikdə heç 25 faizə çatmır. Bu, istehlak kreditləri ilə müqayisədə çox azdır. Bu fonda aydın görünür ki, kommersiya bankları real sektoru maliyyələşdirməkdə də  maraqlı görünmür. Halbuki, dövlətin banklardan gözlədiyi addım onların biznes kreditlərinə daha çox vəsait ayırmasıdır. Ancaq banklar dövlətin bu istəyindən  nəticə çıxarmır. Bu səbəbdəndir ki, hələ də real sektora yönəldilən kreditlərin həcmi ümumi kredit portfelində aşağı olaraq qalmaqdadır. Yəni kommersiya bankları real sektoru maliyyələşdirməkdə maraqlı deyillər. Görünən budur ki, istehlak kreditləri üçün faiz dərəcələri yüksək olduğu üçün bunda banklar maraqlıdır. Hesab edilir ki, məsələyə, ehtiyac olarsa, inzibati qaydada müdaxilə vacibdir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ