Bazar günü günü, 11 oktyabr 2026
     

Qlobal iqtisadiyyatda 2008-ci ilin maliyyə böhranı yenidən təkrarlanır

Image


Dünya iqtisadiyyatı Rusiya-Ukrayna müharibəsi fonunda çoxsaylı problemlərlə üzləşməkdə davam edir. İndi dünya bazarlarında inflyasiya ilə yanaşı diqqət çəkən məsələlərdən biri də durğunluqdur. Qlobal iqtisadiyyatda durğunluq gözləntilərinin güclənməsi ilə bazarlara inam da eyni sürətlə zəifləyir.

İqtisadiyyatda tənəzzül gözləntisi gücləndikcə, investorların bazarlara inamı da sarsılmaqda davam edir. “Financial Times” qəzeti bu xüsusda yazır: “İnvestorlar indi nəyə güvənəcəklərini bilmirlər. Birjalar düşür, səhmlərin qiyməti düşür. Bu siyahıya "qızıl düşür"ü də əlavə edə bilərik”. “Vanguart Global Corporate” istiqraz indeksi və MSCI qlobal fond bazarı indeksi illik 12-13 faiz azalıb. Neft, qaz və strateji metalların qiymətləri də çox dəyişkəndir və durğunluq gözləntiləri qarşısında onların enmə tendensiyası qaçılmaz sayılır. BBC radiosu bildirir ki,  bu eniş tendensiyası həm də tənəzzülün xəbərçisidir: “Buğda və qarğıdalı kimi taxılın da qiyməti sürətlə artır, lakin başqa bir problem də var: bu qiymət artımının inkişaf etməkdə olan ölkələrdə səbəb ola biləcəyi siyasi qeyri-sabitliyin iqtisadi nəticələrinin inkişaf etmiş ölkələrin maliyyə bazarlarına təsir etməsi ehtimalının artmasıdır. Bu məqam xüsusilə, borc böhranı kontekstində gözardı edilməyəcək qədər çox güclüdür. Burada da inkişafın mümkün istiqaməti tənəzzülə işarə edir. Satınalma Pariteti indeksi baxımından yanaşdıqda, Çin dünya iqtisadiyyatının ən böyük hissəsini təşkil edir. Ancaq maliyyə bazarları və qlobal pul ehtiyatı baxımından ABŞ-ın dünya fond bazarında payı 59,9 faizə çatır. İkinci yerdə olan Yaponiya üçün bu göstərici cəmi 6,2 faizdir. Böyük Britaniya və Çin üçün bu rəqəm, müvafiq olaraq, 3,9 faiz və 3,6 faiz təşkil edir. Avronun dövriyyəyə buraxılmasından sonra ABŞ dolları mərkəzi bankların ümumi qlobal ehtiyatlarında 17 xal itirsə də, hələ də 59-60 faiz civarındadır. Bir sözlə, ABŞ-ın maliyyə bazarlarındakı davranışı dünya valyuta və fond birjalarındakı prosesləri müəyyən etmək gücünə malikdir. Sektoral əsasda ABŞ-da yerləşən şirkətlərin bazar payları qlobal səviyyədə hələ də çox yüksəkdir. Məsələn, ABŞ-ın informasiya texnologiya şirkətlərinin qlobal bazarlarda payı 73 faiz, istehlak və sənaye mallarında bu pay müvafiq olaraq, 49 faiz və 46 faiz təşkil edir. Bu faiz proqram sənayesində 86 faiz, səhiyyə məhsullarında isə 82, müdafiə-aviasiya sektorunda 73, kimyəvi maddələrdə 41 faizə yüksəlir. Bu rəqəmlər ABŞ şirkətlərinin fəaliyyətinin potensialını və tənəzzül gözləntilərinin qlobal maliyyə bazarına təsir etmə potensialının yüksək olduğunu göstərir”.

Bunlara paralel olaraq “The Economist”, “Wall Street Journal” və “Financial Times” kimi biznes nəşrləri də dünya iqtisadiyyatında tənəzzül proqnozlaşdırır. Birjalarda zərərlər artır. Çindəki pandemiya böhranının mənfi təsirlərinin və karantin tədbirlərinin istehsal-tədarük zəncirinə yaradacağı mənfi təsirlər vəziyyəti daha da pisləşdirir. Avropa fond bazarlarında da ilin əvvəlindən ucuzlaşma tendensiyası müşahidə olunur. Asiyada “Shanghai Composite” indeksi və “Tokyo Nikkei” ilin əvvəlindən indiyədək müvafiq olaraq, 4,2 və 5,5 faiz dəyər itirib. Mart ayının əvvəlindən 8,5 faiz dəyər itirən qızıl da investorlara çox etibarlı görünmür. Bunlar fonunda ABŞ iqtisadiyyatına qayıtsaq, son xəbərlər burada tənəzzül və maliyyə böhranı riskinin gücləndiyini göstərir. Belə ki, ev təsərrüfatları bazarının əsas nəhəngləri hesab edilən “Wallmart”, “Target” və “Smucher”in səhmləri təkcə keçən həftə müvafiq olaraq 18, 20 və 13 faiz ucuzlaşıb. “Mega Cap8” kimi tanınan nəhəng texnologiya şirkətlərinin (“Amazon”, “Alphabet”, “Apple”, “Meta”, “Microsoft”, “Netflix”, “Nvidia” və “Tesla”) səhmlərinin qiymətləri ilin əvvəlindən orta hesabla 28 faiz ucuzlaşıb. Başqa sözlə, burada təxminən 3,76 trilyon dollar itkidən söhbət gedir. İkincisi, "Wall Street Journal"ın araşdırmasına görə, ABŞ borc bazarında kredit ödənişini gecikdirənlərin sayı əhəmiyyətli dərəcədə artmağa başlayıb. Belə şəraitdə mərkəzi bankların faiz artımı, dünya iqtisadiyyatının yavaşlaması, pandemiyanın və Ukrayna müharibəsinin dağıdıcı təsirləri dünia iqtisadiyyatında resessiya ehtimalını artırır. Bu tendensiya qarşısında maliyyə bazarlarında və inkişaf etmiş ölkələrdə investorlar təhlükəsiz sığınacaqların sürətlə yoxa çıxdığını, bazarlarda qeyri-stabillik və zəifləmə meylinin gücləndiyini  görürlər. Bu da öz növbəsində iqtisadi ləngimə və "bumeranq" effekti ilə tənəzzül ehtimalını gücləndirir. Son zamanlar tez-tez haqqında bəhs olunan ərzaq böhranı, borc almağı çətinləşdirən yüksək faiz dərəcələri və bahalaşmağa davam edən dollar da yeni böhrana əlavə təkan verir. Hətta 2008-ci ilin qlobal iqtisadi böhranının yenidən təkrar olunma ehtimalı da artır. Xatırladaq ki, o vaxt da qlobal miqyasda baş verən maliyyə böhranı öz başlanğıcını ABŞ-dan götürüb. İndiki halda eyni ssenari təkrarlana bilər. Özü də qlobal iqtisadiyyatın bu dəfə 2008-ci ildəki maliyyə böhrandan daha pis şəkildə özünü tənəzzülə uğrayacağı proqnozlaşdırılır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ