Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycan genişmiqyaslı ekoloji təmiz enerji istehsalına başlayır

Image


Aparılan araşdırmalar göstərir ki, bəşəriyyət öz ehtiyacları üçün getdikcə çox böyük miqdarda enerji istehlak edir və bu müstəvidə olan tələbat hələ də hər 25 ildən bir iki dəfə artır. Ötən əsrin əvvəllərindən bu əsrin əvvəlinə kimi dünyada enerji istehlakı 12 dəfədən çox artıb.

Müvafiq olaraq, enerji resurslarının, xüsusən də  kömür, neft, təbii qaz, su elektrik enerjisi istehsalı da çoxalıb. Bunlara paralel olaraq nüvə enerjisi yaranıb, lakin ümumi balansda əsas yeri hələ də neft, təbii qaz və kömür tutur. Hidroenergetika və  nüvə enerjisi birlikdə təkcə təbii qazın enerji istehsalında gücünün yarısını ödəyə bilir.

  • Enerji ekologiyası ölkəmizdə xüsusi diqqət mərkəzindədir

Məsələnin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, sözügedən enerji növləri ekoloji cəhətdən təmiz deyil. Ötən əsrin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində baş vermiş enerji böhranı göstərdi ki, mineral enerji ehtiyatları o qədər də çox deyil.  Bundan əlavə, enerji ekologiyası məsələsi daha kəskindir. Bu gün bir çox dövlətlər, o cümlədən inkişaf etmiş ölkələr aşağı kalorili yanacaqlarla - qəhvəyi kömür, şist, torfla kifayətlənmək məcburiyyətindədirlər. Bu növ yanacaqlar tullantıların yüksək faizini verir. Qəhvəyi kömürlərdə çoxlu kükürd var, o, atmosferi kükürd dioksidi və kül emissiyaları ilə ətraf mühiti dəhşətli dərəcədə çirkləndirir.

Hidroenergetika isə  bəndlər sayəsində balıq ehtiyatlarının məhvinə və su balansının pozulmasına səbəb olur. Neft və qaza gəldikdə zəhərli avtomobil tullantıları və zavod bacalarından, istilik elektrik stansiyalarından, kombinə edilmiş istilik və elektrik stansiyalarından atılan tullantılar havanı zəhərləyir. İşlər belə davam edərsə, tezliklə nəfəs almağa sözün əsl mənasında təmiz hava qalmayacaq. Bu yaxınlaradək nüvə enerjisinə ekoloji cəhətdən çoxlu ümidlər bəslənirdi. Lakin “Çernobıl”, “Fukusima” və bəzi digər AES-lərdə baş verən hadisələr bunun nəyə başa gələ biləcəyini göstərdi. Təbii ki, atom enerjisinin alınması üçün daha təhlükəsiz, etibarlı və tullantısız üsulların olacağına ümid etmək olar. Amma indilikdə bu mümkün görünmür. Uzun onilliklər ərzində termonüvə birləşməsini mənimsəməyə cəhdlər edilib. 50-ci illərin əvvəllərindən bu istiqamətdə intensiv iş aparılıb, külli miqdarda vəsait qoyulub, komitələr yaradılıb, saysız-hesabsız beynəlxalq səviyyəli iclaslar, konfranslar keçirilib, dissertasiyalar yazılıb, proqramlar hazırlanıb. Amma hələ də heç kim atom enerjisinin alınmasının nə vaxt olacağını və ümumiyyətlə, olub- olmayacağını  bilmir. Bu fonda enerjinin alınması üçün əvvəllər diqqət yetirilməyən alternativ üsullar daha çox diqqət mərkəzinə gəlir. Külək, okean və dəniz dalğalarının,  Günəşin enerjisi bu fonda xüsusi diqqət cəlb edir. Onlar həm də ekoloji cəhətdən təmizdir. Elə Azərbaycan da neft və qazla zəngin olmasına baxmayaraq, bu enerji növlərinin inkişaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bu xüsusda danışan prezident İlham Əliyev qeyd edib: “Bizim gündəlikdə duran növbəti planımız yenilənən enerjidir və artıq bu sahədə işlər görülür. Bu sahədə Azərbaycan çox gözəl nəticələr nümayiş etdirir...  Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik. Xəzər dənizinin nəhəng potensialı var və artıq bu hesablama aparılıb. Mənə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir, yəni, bu, nəhəng həcmdir. Eyni zamanda, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, - hansı ki, onun da böyük potensialı var, - buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar. Bütün bunlar bizim hökumətimiz tərəfindən ciddi şəkildə nəzərdən keçirilir”.

  • İqlim dəyişikliyinin qarşısının alınmasına ən böyük töhfə verən ölkələrdən biri Azərbaycan olacaq

Məlumdur ki, ekoloji təmiz enerjiyə keçid mədən yanacaqları kimi böyük miqdarda istixana qazları buraxan mənbələrdən enerji istehsalının payının azaldılmasına gətirib çıxarır. Bu, həm də az miqdarda və ya sıfır həddində istixana qazları buraxan mənbələri arxa plana atılması deməkdir.

Təmiz enerjiyə qlobal keçidin istiqaməti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəfləri olan 180-dən çox ölkənin iştirakı ilə əldə edilmiş beynəlxalq razılaşma olan Paris Sazişində müəyyən edilib. Bu sazişin əsas məqsədi istixana qazı emissiyalarını azaltmaq üçün aşağı karbonlu enerji mənbələrindən istifadəni təşviq etməklə qlobal orta temperatur artımını dayandırmaqdır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilə qədər iqlim dəyişikliyi hədəflərinə nail olmaq üçün bütün elektrik enerjisinin ən azı 80%-nin aşağı karbonlu mənbələrə çevrilməsi tələb olunacaq. Halbuki, hazırda dünyada elektrik enerjisinin təxminən üçdə ikisi qalıq yanacaqlardan istehsal edilir. Bu da istixana qazlarının miqdarını artırır.  İstixana qazlarının bir hissəsi təbii mənbələrdən əmələ gəlsə də, əksəriyyəti insan fəaliyyəti nəticəsində formalaşır. 19-cu əsrin sonlarında baş verən Sənaye İnqilabından sonra, əsasən yanacaqla işləyən avtomobillər kimi qalıq yanacaqların və ya istilik üçün kömürün yandırılması nəticəsində insan fəaliyyətinin genişlənməsi səbəbindən istixana qazları emissiyaları artmaqdadır. 100 ildən artıqdır ki, istixana qazları dağılmaqdan çox daha sürətli toplanır ki, bu da əksər qəbul olunmuş elmi nəzəriyyələrə görə qlobal orta temperaturun yüksəlməsini sürətləndirəcək. Bu fenomen qlobal istiləşmə adlanır. Qlobal istiləşmə ətraf mühitdə daha ekstremal hava şəraiti, qeyri-müntəzəm yağışlar, quraqlıq və fəsillərin dövrünün pozulması kimi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər həm də iqlim dəyişikliyi anlayışının mahiyyətini təşkil edir. Qlobal istiləşmənin bugünkü sürətli tempini nəzərə alsaq, iqlim dəyişikliyi və onun təsirlərinin daha da ekstremal xarakter alacağı və planetimizdə həyatı daha da çətinləşdirəcəyi gözlənilir. Bunun qarşısını almağa çalışan ölkələrdən biri məhz Azərbaycandır. Ölkənin “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar qeyd edilənlərin təzahürüdür. Azərbaycan bu enerjini ixrac etməyi də hədəfləyir. Ümumiyyətlə,  Azərbaycan dünya, xüsusən də Avropa üçün “yaşıl” enerji üzrə də yeni təchizat mənbəyi ola və enerji təchizatının diversifikasiyasına daha çox töhfə verə bilər.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ