Cümə axşamı günü, 26 noyabr 2026
     

Neft bazarında vəziyyət qəlizləşir, qiymətlərdə rekord artım gözlənilir

Image


Rusiyanın OPEC+ sazişində iştirakının mümkün dayandırılması ilə bağlı xəbərlərdən sonra dünya bazarlarında neftin qiyməti yenidən bahalaşmağa başlayıb. Qərb sanksiyaları Rusiyanın daha çox neft hasil etmək imkanlarını məhdudlaşdırdığından, bəzi OPEC ölkələri Rusiyanın OPEC+ sazişində iştirakının dayandırılması ideyasını nəzərdən keçirir. 

Bundan başqa, Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı tətbiq olunması nəzərdə tutulan 6-cı sanksiyalar paketində bu ölkədən neft idxalını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırırlar. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu xüsusda bildirib: “Rusiyaya qarşı 6-cı sanksiyalar paketi ilə bağlı hələlik razılığa gəlməmişik. Çox çalışırıq, lakin hələ konsensus mərhələsinə gəlməmişik”. O, sanksiyalar paketinin Rusiyadan neft idxalına qadağa qoyulması istisna olmaqla bütün elementləri üzrə razılığın əldə olunduğunu qeyd edib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə Rusiyaya qarşı sanksiyalar istiqamətində doğru addım atmaq istədiklərini bildirib, bu məsələdə dərhal qərarların qəbul edilməsinin və ortaq mövqenin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, ilin sonuna kimi Rusiyadan neft idxalının azaldılacağını bildirirb. Bazarlar artıq bütün bunlara reaksiya verir. Rusiya isə bəyan edir ki, onun neftinin idxalının azalması dünyada neft qiymətlərini ilk mərhələdə 200 dollara kimi bahalaşdıracaq. Bunun qarşısını almaq üçün Qərb ölkələri, xüsusən də ABŞ ərəb ölkələri ilə razılığa gəlməyə çalışır. Artıq bəlli olub ki, bu fonda ABŞ prezidenti Cozef Bayden Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının zirvə görüşündə iştirak etmək üçün iyun ayının sonlarında Yaxın Şərqə səfər etməyi planlaşdırır. Səfər çərçivəsində Bayden Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşəcək və neft hasilatının artırılması məsələsini müzakirə edəcək. Yaxın Şərqə səfər ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərin möhkəmlənməsinə yönəlib. Rəsmi Vaşinqton neftin yüksək qiymətlərinə qarşı mübarizə yolları axtarışındadır. Xatırladaq ki, qapalı regional beynəlxalq təşkilat olan Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasına Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman daxildir. Amma o da bəllidir ki, ərəb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı daha əvvəl ABŞ-ın, Avropanın analoji istəklərinə rədd cavabı veriblər. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-a qiymətlərin artmasının qarşısını almaq üçün neft hasilatını artırmayacaqlarını açıq şəkildə bildiriblər. Ağ Evlə iki Yaxın Şərq monarxiyasının liderləri arasında danışıqlar indiyə kimi nəticə verməyib.

Məsələ ilə bağlı “The Wall Street Journal” yazır ki, son bir neçə həftə ərzində Səudiyyə Ərəbistanı və BƏƏ rəsmiləri Amerikanın Fars körfəzindəki siyasətini tənqid etməkdə daha fəal olublar: “ABŞ rəsmilərindən biri təəssüflə Baydenin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışmaq niyyəti haqqında “Telefon zəngi üçün müəyyən gözlənti var idi. Lakin bu baş vermədi. Biz hasilatı artırmaq barədə danışmaq istəyirdik”- deyib. Sonuncu dəfə Bayden şahzadə Məhəmmədin 86 yaşlı atası Kral Salmanla danışıqlar aparmağı bacarıb. Söhbət bu il fevralın 9-da baş tutub və bu söhbət zamanı hər iki lider ölkələri arasında yaxşı qurulmuş tərəfdaşlığın davam etdiyini təsdiqləyiblər. Səudiyyə rəsmiləri Vaşinqtonla münasibətlərinin Bayden administrasiyası dövründə pisləşdiyinə işarə ediblər. Onlar ABŞ-dan Yəməndəki vətəndaş müharibəsinə müdaxilələri üçün daha çox dəstək, İranın da bu məsələdə irəlilədiyi bir vaxtda mülki nüvə proqramı ilə bağlı yardım və Birləşmiş Ştatlarda Şahzadə Məhəmməd üçün hüquqi toxunulmazlıq istəyiblər. Bu barədə Səudiyyə Ərəbistanı rəsmiləri məlumat yayıb. Vəliəhd şahzadə 2018-ci ildə jurnalist Camal Qaşıqçının qətlində günahkar bilinərək ABŞ-da mühakimə olunur. Lakin son 2 ildə Bayden höküməti Səudiyyə Ərəbistanının yuxarıda sadalanan heç bir xahişinə əməl etməyib. Ona görə də Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ indiki məqamda Vaşinqtonu eşitmək fikrindən çox uzaqdır”. Elə bu fonda gözlənilir ki, Baydenin Yaxın Şərqə səfəri nəticə verməyəcək. Bu halda neft qiymətlərində artım davam edəcək. Rusiya faktoru burada əsas rol oynayacaq. Bu arada isə Rusiya baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, 2022-ci ildə Rusiyada neft hasilatı 480-500 milyon tona qədər azala bilər: “Neft hasilatında cəmi bir ay müddətində gündəlik bir milyon barrel azalma baş verib. Bunun tədricən bərpa olunacağını düşünürəm. Ötən il 524 milyon ton neft hasil etdik və 2022-ci ildə bu göstərici 480-500 milyon tona enəcək. Lakin nəticə vəziyyətdən asılı olaraq dəyişə bilər”.Rusiya 2021-ci ilin yazından etibarən neft hasilatını tədricən artırmağa başlamışdı. Lakin Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Moskvaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar Rusiyada xam neftin kəşfiyyatına, hasilatına və emalına investisiya yatırımlarını qadağan edib. Rusiyanın maliyyə naziri Anton Siluanovun sözlərinə görə, ölkə 2022-ci ildə sanksiyalar səbəbindən neft hasilatının 17 faizini itirə bilər. bu da dünyada neft qiymətlərinə təsir edir və enerji bazarında olduqca mürəkkəb vəziyyət yaradır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ