Cümə axşamı günü, 26 noyabr 2026
     

Dünya yeni böyük iqtisadi tənəzzül astanasında...

Image


Koronavirus pandemiyasının ardınca başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına mənfi təsirləri artmaqda davam edir. Bu vəziyyətdə Dünya Bankının prezidenti Devid Malpas bildirib ki, artıq cari ildə bir çox ölkələr tənəzzüllə üzləşə bilər: “Aydındır ki, bəzi ölkələrdə, hətta ola bilsin, bir çoxlarında tənəzzül olacaq”.

Devid Malpas əlavə edib ki, bir sıra ölkələrdə iqtisadi tənəzzül daha çox Rusiya-Ukrayna müharibəsinin başa çatma müddətindən, eləcə də yeni qlobal təchizat zəncirlərinin yaradılmasından asılı olacaq: “Faiz dərəcələrinin artırılmasının tələb olunacağından çox narahatam, çünki dünyada inflyasiya yüksək səviyyədədir. Bütün bunlar bizə qlobal ÜDM artımı ilə bağlı narahatlığın mahiyyəti haqqında fikirlər verir. Hazırda Çində, eləcə də Avropada iqtisadi artımda yubanma müşahidə olunur. Bu da inkişaf etməkdə olan ölkələrə təsir edir”. Onun sözlərinə görə, indi Avropanın qarşısında Rusiyanın enerji daşıyıcılarından böyük asılılıqdan necə qurtulacağını həll etmək məsələsi dayanır: “Bu isə o deməkdir ki, daha təmiz enerji mənbələri haqqında səmimi söhbət etmək lazımdır”. Eyni zamanda D.Melpas keçid yanacağına ehtiyac olduğunu diqqətə çatdırıb və bu mənada təbii qazdan istifadəni göstərib. Dünya Bankı ilə yanaşı, qlobal iqtisadiyyatın sonrakı inkişaf perspektivləri ilə bağlı digər beynəlxalq təşkilatların yenilənmiş proqnozları da əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. Beynəlxalq maliyyə qurumları bildirir ki, geosiyasi ziddiyyətlər, qarşılıqlı sanksiyalar və embarqolar nəticəsində qlobal iqtisadi mənzərə əhəmiyyətli dərəcədə pisləşib. Hesab edilir ki,  Rusiya-Ukrayna müharibəsi faciəvi humanitar nəticələrlə yanaşı, qlobal iqtisadiyyda artımın ləngiməsinə və inflyasiyanın yüksəlməsinə gətirib çıxarır. Ümumiyyətlə, dünya miqyasında iqtisadiyyat üçün risqlər kəskin artıb. Buna paralel olaraq, iqtisadi siyasət sahəsində kompromis həll yollarının tapılması daha da çətinləşib. Yaranmış vəziyyətdə Beynəlxalq Valyuta Fondu 2022-ci ildə dünya üzrə iqtisadi artım proqnozunu cari ilin yanvar ayında elan etdiyi 4,4 faizlik həddən 3,6 faizə endirib. Təşkilat 2023-cü ildə qlobal iqtisadiyyatın əvvəl gözlənildiyi kimi 3,8 faiz deyil, 3,6 faiz artacağını gözləyir. Halbuki, 2021-ci ilin sonunda bu göstərici 6,1 faiz olub. Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı da dünya iqtisadiyyatında əvvəl proqnozlaşdırılan artımın olmayacağını bildirir. Əvvəlcə Dünya Bankı bu il qlobal iqtisadiyyatın 4,1 faiz artacağını proqnozlaşdırsa da, indi yenilənmiş gözləntilərə əsasən, artım səviyyəsi ən yaxşı halda 3,2 faiz olacaq. Ümumdünya Ticarət Təşkilatı isə əvvəl proqnozlaşdırdığı 4,1 faiz artım əvəzinə qlobal iqtisadiyyatda indi cəmi 2,8 faizlik yüksəliş gözləyir.

İqtisadi artımın azalması ilə yanaşı, daha bir ciddi problem inflyasiya ilə bağlıdır. Beynəlxalq Valyuta Fondu həm Rusiya, həm də Ukraynadan tədarükün kəsilməsi səbəbindən geosiyasi vəziyyətin əmtəə və ərzaq qiymətlərinə mənfi müstəvidə təsir etdiyini vurğulayır. Qurum,2 bir neçə ölkə istisna olmaqla, qlobal məşğulluq və istehsalın 2026-cı ilə qədər pandemiyadan əvvəlki səviyyədən aşağı qalacağını proqnozlaşdırır. Həmçinin inflyasiyanın 2022-ci ildə inkişaf etmiş ölkələrdə 5,7 faiz, inkişaf etməkdə olan ölkələrdə 8,7 faiz olmaqla, əvvəllər nəzərdə tutulduğundan daha uzun müddət yüksək həddə qalacağı gözlənilir. Vəziyyətin daha da pisləşmə ehtimalı artır. Çünki inflyasiya sürətlənir, enerjidaşıyıcıların və ərzağın qiymətləri qalxmaqda davam edir, mal və məhsulların mənzil başına çatdırılması prosesləri getdikcə çətinləşir, istehsal və ticarət əlaqələri qırılır. İndi qarşıda ərzaq böhranı və aclıq təhlükəsi gözlənilir. Aparıcı ölkələrin rəhbərləri və hökumətləri, o cümlədən beynəlxalq qurumlar inkişafdan və normallaşmadan deyil, ancaq ərzaq qıtlığının necə qarşılanacağı və ondan necə xilas olmaq barədə müzakirələr aparırlar. Xüsusən də, ərzaq buğdasının istehsalı, tədarükü və təminatı sahəsində ilin ikinci yarısı ərzində fors-major halının meydana çıxmaması üçün müvafiq həll yolu axtarılır. Bundan başqa, zəif iqtisadi artım, inflyasiya və siyasi problemlər, xüsusilə də Qərbdə qiymətli kağızlar bazarının stabilliyinin pozulması vəziyyətə neqativ təsir edir. Dünya iqtisadiyyatı üçün bədbin proqnozlar verən beynəlxalq maliyyə təşkilatlarının bir çoxunun bu səpkidə Azərbaycanla bağlı gözləntiləri fərqlidir. Məsələn, elə Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,8 faiz artacaq. Halbuki, Beynəlxalq Valyuta Fondunun əvvəlki proqnozunda 2022-ci il üçün Azərbaycanda cəmi 2,3 faizlik artım gözlənildiyi bildirilirdi. Amma bu göstərici 0,5 faiz bəndi artırılıb. Nüfuzli beynəlxalq maliyyə təşkilatlarından biri olan Asiya İnkişaf Bankının yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda real ümumi daxili məhsulun artım tempi 3,7 faiz təşkil edəcək. Bu da sözügedən bankın sonunucu proqnozu ilə müqayisədə 1,2 faiz bəndi çoxdur. Dünya Bankının son proqnozuna görə isə real böyümə 2,7 faiz olacaq.Azərbaycan İqtisadiyyat Nazirliyinə görə, bu il ölkədə real ümumi daxili məhsulun artım səviyyəsi 3,9 faiz olacaq. Lakin ötən ilin yekunları iqtisadi artım həddinin daha yüksək olacağını da istisna etmir. Azərbaycanın iqtisadi qüdrəti dövlətin istənilən böhranla mübarizə aparmasına əlverişli imkan yaradır. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ