Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycan buğdaya daha çox xərc çəkməyə başlayıb, dünya bazarında isə qiymətlər artmaqda davam edir

Image


Aparılan hesablamalar göstərir ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 105 milyon 270,19 dollar dəyərində 308 042,72 ton buğda idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 13,2% artıb, həcmi isə 15,7% azalıb. Nəticədə idxal edilən buğdanın hər tonunun qiyməti 341,7  dollar olub. Ötən il yanvar-aprel aylarının nəticələrinə görə isə ölkəyə buğdanın 1 tonu orta hesabla 254,5 dollardan idxal edilib. Başqa sözlə, son bir ildə buğdanın 1 ton 87 dollar (150 manat) və ya 34% bahalaşıb.

Qeyd edək ki, bu ilin ilk dörd ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,61%-nə bərabər olub. Rusiya-Ukrayna müharibəsi fonunda isə buğda idxalı təkcə Azərbaycan yox bütün dünya ölkələri üçün bahalaşıb. Elə bu fonda da dünya bazarında ərzaq məhsullarının, o cümlədən taxılın bahalaşması Azərbaycanın xaricdən aldığı buğdanın qiymətinə də təsirini göstərir. Qeyd edək ki, Azərbaycanın idxal etdiyi buğdanın qiymətində bahalaşma 2021-ci ilin sonundan başlayıb. Artıq 2021-ci ilin dekabrında buğdanan 1 tonu ölkəyə 289 dollara idxal edilib. Bu ilin əvvəlində isə qiymətlər daha da yüksəlib – yanvarda buğdanın 1 tonunun qiyməti 346,6 dollara qalxıb. Fevralın yekunlarına görə buğdanın qiyməti 345 dollar, mart və aprel aylarında isə 341 dollara enib.  Amma indi qiymətlər yenidən artır. Bunu Rusiya-Ukrayna savaşı tətikləyir. Amma savaşa qədər də də qiymətlər artırdı. Fevralın sonunda Ukraynada baş verən silahlı münaqişədən  əvvəl buğda üzrə əsas istehsalçı ölkələrdə az yağıntı və ya quraqlıq artıq narahatlıq doğururdu. Bunun ardınca dünyanın ən böyük buğda ixracatçılarından biri olan Ukrayna bu məhsulun əkinin aparmaq və satmaqda çətinlik çəkir. Parisdəki “Demeter” kənd təsərrüfatı analitik mərkəzinin rəhbəri Sebastyan Abis məsələ ilə bağlı bildirir: “Buğdanı əvəz etmək çox çətindir. O, qlobal ərzaq təhlükəsizliyi üçün ən vacib məhsuldur və milyardlarla insan tərəfindən çörək, un şəklində yeyilir. Qarğıdalı böyük miqdarda yetişdirilir, lakin əsasən heyvan yemi və ya sənaye məqsədləri üçün istifadə olunur. Qidalılıq keyfiyyətlərindən əlavə, buğda insanlara ucuz ərzaq istehsal etməyə imkan verən məhsuldur. Buğda mülayim iqlimdə yetişdirilir, xüsusən də Rusiya, Ukrayna, ABŞ, Avstraliya kimi ölkələr istehsal üçün əlverişlidir. Son illərdə ABŞ daha az məhsul istehsal edir, çünki onlar qarğıdalı və soyaya keçirlər. Sovet dövründən sonra önə çıxan iki ölkə Ukrayna və Rusiya oldu. Son illərdə dünya ixracının 12-13 faizi Ukraynanın payına düşür”.

Sebastyan Abis indi dünya taxıl bazarında görünməmiş gərginliyə səbəb olan dəhşətli geosiyasi vəziyyət yarandığını bəyan edir: “Bunlara Cənubi Aralıq dənizi hövzəsində quraqlıq, ABŞ və Avropada iğtişaşlar kimi həyəcanverici iqlim hadisələri də əlavə olunur. Keçən il çox məhsul əldə edən və xarici bazarlara daha çox buğda satan Hindistan indi dəhşətli quraqlıqdan əziyyət çəkir və bu məhsulu ixrac edə bilməyəcək.  Bu səbəbdən “Euronext” bazarında buğdanın tonu 440 avroya və ya 463 ABŞ dollarına çatıb”.  Onun sözlərinə görə, vəziyyət son dərəcə gərgindir, çünki nəzərdə tutualndab artıq buğda ixrac edə biləcək ölkə yoxdur: “Bəlkə də Rusiya yaxşı məhsul götürsə, bunu edəcək. Amma müharibə dayansa belə, Ukraynanın istehsalı və ixracı dərhal bərpa olunmayacaq. Bizim real uzunmüddətli risklərimiz var. Biz hələ bütün sarsıntıları görməmişik, çünki son iki ayda dünya bazarlarında biz Ukraynada münaqişə başlamazdan əvvəl imzalanmış müqavilələrin yerinə yetirilməsini müşahidə edirik. Hazırda bütün planet üçün təxminən 270 milyon ton ehtiyatımız var. Onun da yarısı Çindədir. Çin istisna olmaqla, taxıl ehtiyatları son 25 ildə dünya ölkələrində ən aşağı səviyyədədir. Bu səbəbdən bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyacımız var. Ərzaq təhlükəsizliyi uğrunda mübarizə aparmaq üçün ölkələri tək qoya bilmərik, lakin eyni zamanda bəzi ölkələrin ilk növbədə özlərinin qayğısına qalması sizi təəccübləndirməməlidir. Biz buğdanı istehsal edə bildiyimiz yerdə, xüsusən də Afrikada istehsal etməliyik. Lakin bunun üçün bizə sülh və təhlükəsizlik mühiti lazımdır”. Bütün bunlar Azərbaycanda da diqqətlə izlənilir, ölkə daxili istehsalı artırmağa çalışır. Bu fonda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarının apardığı araşdırmalar yeni və daha məhsuldar buğda növlərinin hazırlanmasına yönəlib. Kənd təsərrüfatı nazirliyinin protokol rəhbəri Toğrul Qafarbəylinin  sözlərinə görə, ölkənin buğda ilə birbaşa təminatının yerli toxumlar üzərində aparılması, qida təhlükəsizliyi baxımından çox önəmli rol oynayır: “Burada elmi tərəflə yanaşı suvarma və su təsərrüfatının formalaşdırılması çox böyük faktorlardan biri hesab olunur. Hesab edirik ki, bu vəhdətin formalaşdığı yerdə yüksək göstəricilər əldə oluna bilər”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ