Bazar günü günü, 11 oktyabr 2026
     

Buğdanın qiyməti rekord qırır, ərzaq fəlakəti qaçılmaz sayılır…

Image


“Rusiyanın Ukraynaya qarşı müharibəsinin tez bir zamanda bitəcəyinə dair əlamət yoxdur”. Bunu Almaniya kansleri Olaf Şolts bildirib.

O hesab edir ki, belə davam edərsə, daha çox insan həlak olacaq, daha çox dağıntı olacaq: “Buna görə də müharibə tez başa çatmalıdır. Amma bunun üçün Rusiya Ukrayna ilə razılaşmalıdır. Silahlar susmalı, Rusiya qoşunları Ukraynadan çıxmalıdır. Lakin belə bir ehtimal hələlik yoxdur. Çünki Rusiya tərəfi sülh sazişinin əldə olunması üçün addımlar atmır”. Xatırladaq ki, bir müddət əvvəl O.Şolts bildirmişdi ki, Rusiyaya qarşı sanksiyaların ləğv olnumasının yeganə yolu Ukrayna ilə sülh sazişidir. Lakin bu sazişin yaxın tezlikdə imzalanması gözlənilmir. Böyük Britaniya Müdafiə Nazirliyi isə kəşfiyyat məlumatlarına əsaslanaraq bildirir ki, Donbasda istəyinə çatdıqdan sonra Rusiya yenidən Kiyevə həmlə edəcək. bu xüsusda nazirlik bildirir: “Rusiya qoşunlarının Ukrayna paytaxtına doğru hərəkət istiqamətində, təqribən, 3500 binanın dağıldığı və ya zədələndiyi təxmin edilir. Ziyanın 80 faizi yaşayış binalarına dəyib. Bu zərərin miqyası Rusiyanın yaşayış məntəqələrinə qarşı artilleriyadan istifadə etməyə hazır olduğunu göstərir. Rusiya yaxın həftələrdə Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışacaq. Odur ki, Rusiya qoşunları kütləvi artilleriya zərbələrini davam etdirəcək”. Beləliklə, Rusiya-Ukrayna savaşı hələ davam edəcək. bu isə dünya iqtisadiyyatına mənfi təsirlərini daha da artıracaq. Elə bundan irəli gəlir ki, artıq buğdanın qiyməti Avropa bazarında mütləq rekord qıraraq bir ton üçün 438,25 avroya çatıb. Fransanın “Inter-Curtage” broker şirkətinin brokeri Damyen Verkambr qeyd edib: “Bu, “Euronext” birjasında mütləq rekorddur. Əvvəlki rekord 2022-ci il martın 7-də buğda ticarətinin hər ton üçün 422,50 səviyyəsində olub”. Hesab edilir ki, Ukraynada davam edən müharibə səbəbindən buğda və digər məhsulların qiymət artımı davam edəck. Ukrayna xarici işlər naziri Dmitri Kuleba da bildirir ki, yaranmış vəziyyətdə ölkəsi ixrac öhdəliklərini yerinə yetirə bilmir: “Ukraynanın ərzaq məhsullarının ixracına qoyulan məhdudiyyətlərin yeganə səbəbi Rusiyanın ölkəmizə təcavüzü və Ukraynanın dəniz limanlarını qanunsuz blokadaya almasıdır. Rusiya cinayətkar əməlləri ilə dünyanın ərzaq təhlükəsizliyini təhdid edir. Ukrayna artıq Avropa İttifaqı ölkələri ilə Ukraynanın ərzaq ixracatını qlobal bazarlara çatdırmaq üçün alternativ yollar hazırlamaq barədə razılığa gəlib”.

Qeyd edək ki, Avropa İttifaqının nəqliyyat üzrə komissarı Adina Velyan Ukraynanın ərzaq məhsullarının ixracına kömək etmək üçün nəzərdə tutulmuş “Həmrəylik zolaqları” fəaliyyət planını təqdim edib. Bu layihə çərçivəsində üç aydan az müddətdə Aİ infrastrukturu vasitəsilə Ukraynadan 20 milyon ton taxıl daşınacaq. Lakin Rusiya buna imkan vermir və Ukraynanın dəmir yollarını da sıradan çıxarır. Belə bir vaxtda  Hindistanın buğda ixracını qadağan etdiyinə dair məlumatlar yayılması vəziyyəti daha daçətinləşdirir. Rusiya, Ukrayna və Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bir anda Hindistan da taxıl ixracına qadağa qoyduğunu elan edir. Dünyada taxıl istehsalının 13-14 faizi Hindistanın payına düşür. Lakin buna baxmayaraq, Hindistan dünya taxıl ixracında cəmi bir faiz paya sahibdir. Əhalisi çox olduğuna görə istehsal etdiyi taxılın əsas hissəsi daxili bazara gedir. Hindistan öncə ixrac həcmini artırmağa hazır olduğunu bildirsə də, indi fikrindən daşınıb. Bu halda dünyada buğda və ümumiyyətlə taxılla bağlı vəziyyətin gərginləşməsi gözlənilir. Onu da qeyd edək ki, adətən Qara dəniz regionundan buğda tədarükü yayda sürətlənir. Həmin vaxta kimi müharibə bitməsə, bu, ilk növbədə üçüncü dünya dövlətlərində “ərzaq fəlakəti” yarada bilər. Baş verənləri Azərbaycan da diqqətlə izləyir. Ölkənin taxıla olan ehtiyacının 60 %-i daxili imkanlar hesabına ödənilsə də, ərzaqlıq buğda ilə özümüzü cəmi 25 % təmin edirik. Azərbaycan ənənəvi olaraq bu məhsulu Rusiyadan alır. Ötən il idxal edilən 1 milyon 148 min ton buğdanın 95,3 %-i şimal qonşumuzun payına düşüb. Lakin bu ildən başlayaraq ərzaqlıq buğdanın idxalı zamanı tədarük kanallarının diversikasiyası istiqamətində konkret addımlar atılmağa başlanıb. Belə ki, fevralda Azərbaycanın buğda idxalına Qazaxıstan liderlik edib. Hesabat ayında həmin ölkədən 81,78 min ton buğda alınıb ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə 27 dəfə çoxdur. Eyni zamanda buğda idxalı daha üç il əlavə dəyər vergisindən azad edilib. Bununla yanaşı, ötən ildən ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə un istehsalçılarına subsidiya verilir. Azərbaycan ərzaqlıq buğda təminatının 70-75 % həddinə çatdırılmasını hədəfləyir. Bununla əlaqədar olaraq həm bu il, həm də gələn illərdə dövlət investisiya xərclərinin artırılması nəzərdə tutulur. Qısa zamanda azad edilmiş torpaqlarda böyük əkin işləri gedir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ