Cümə axşamı günü, 26 noyabr 2026
     

Ərzaq təhlükəsizliyi problemi böyüyür, qiymət iğtişaşı baş qaldıran ölkələrdən biri də İrandır...

Image


Dünyada qida sahəsində yaranmış problemlər getdikcə dərinləşir. Elə bundan irəli gəlir ki, məsələnin bu həftə BMT Təhlükəsizlik Şurasında müzakirə olunması qərara alınıb.

ABŞ-ın dövlət katibi Entoni Blinken bununla bağlı bildirib: “Həftə ərzində BMT Təhlükəsizlik Şurası ərzaq probleminin həlli üçün hansı tədbirləri görə biləcəyimizə dair iclaslar keçirəcək”. ABŞ rəsmisi əlavə edib ki, bu mövzuya xarici işlər nazirləri də cəlb olunacaq. Blinkenin sözlərinə görə, dünyada ərzaq qıtlığı risqi Ukraynadakı hadisələrlə əlaqədar yaranıb və Rusiya buna görə məsuliyyət daşıyır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə hesab edir ki, ölkəsinin hərəkətləri dünyada ərzaq problemlərinə təsir göstərmir: “Bu problemlər istisnasız olaraq Qərbin qanunsuz sanksiyaları ilə bağlıdır. Bizim hərəkətlərimiz qeyd olunan problemlərə heç bir şəkildə təsir etməyib, edə də bilməz. Bu problemlər istisnasız olaraq Qərb ölkələrinin tətbiq etdiyi qadağalar, qeyri-qanuni sanksiyalar nəticəsində yaranıb”. Hazırda qlobal miqyasda ərzaq çatışmazlığı, eyni zamanda qiymətlərin kəskin artması müşahidə edilir. Bu hal bəzi ölkələrdə, hətta ciddi etiraz aksiyaları ilə müşayiət edilir. Məsələn, son günlərdə İranı qiymət etirazları bürüyüb. Qeyd edək ki, İranda un, makaron, çay, bitki yağı kimi bir sıra əsas ərzaq məhsullarının qiymətinin bir neçə gün içində dəfələrlə bahalaşmasından sonra ölkənin onlarla şəhərində etiraz aksiyaları baş qaldırıb və əhali rejimin səriştəsizliyinə öz etirazını bildirib. Elə bu günlərdə İranın Dezful şəhərinin sakinləri hakimiyyətə və ölkəni məngənəsinə alan kəskin bahalaşmaya etiraz üçün küçələrə axışıb. Etirazlar və Bazarın Tənzimlənməsi Qərargahının yağ, süd məhsulları, toyuq və yumurtanın qiymətinin bahalaşması ilə bağlı xəbərdarlığı ilə eyni vaxtda bəzi mobil operatorlarının internet şəbəkəsi dayandırılıb və stasionar internet şəbəkəsinin sürəti azaldılıb. Şəhər mərkəzində başlayan etiraz aksiyası daha sonra müxtəlif küçələrə yayılıb və sakinlər hakimiyyət rəsmilərinə və bahalığa qarşı “Rəisiyə ölüm”, “Bahalaşmaya ölüm” kimi müxtəlif şüarlar səsləndiriblər. İranın qərbində də etirazlar sürətlə genişlənir. Lorestan əyalətinin Borucerd, Doroud, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan, Kohquluye və Boyer-Əhməd əyalətlərinin Dehdəşt şəhərində vətəndaşlar etiraz aksiyaları keçirib. Sosial şəbəkələrdə yayımlanan videolarda təhlükəsizlik qüvvələrinin bəzi şəhərlərdə atəş açdığı və gözyaşardıcı qazdan istifadə etdiyi göstərilir. Aksiyaların mərkəzi Xuzistan əyalətinin İzə, Dezful və Əndimeşk şəhərləri sayılır.

Bir məqamı da qeyd edək ki, İranda bəzi idxal ərzaq məhsulları üçün müəyyənləşdirilmiş dolların 4200 tümənlik dövlət məzənnəsi və un subsidiyasının ləğv edilməsinin ardınca əsas qida məhsulları dramatik şəkildə bahalaşıb. Müxtəlif vilayətlərdə bahalığa qarşı küçə etirazları təşkil olunur. Cənubi Azərbaycandan olan iqtisadçı Mehdi Nəimi hökümətin dövlət məzənnəsi və subsidiyalarının ləğv edilməsi qərarlarının vaxtsız olduğunu qeyd edir. İbrahim Rəisi hökümətinin iqtisadi siyasətlərini tənqid edən Mehdi Nəimi bildirir ki, hökümətin tərkibində bacarıqlı iqtisadçılar var, ancaq onların iqtisadi qərarlara o qədər də təsiri yoxdur: “Rəisinin iqtisadi komandasında əsas ixtisası iqtisadiyyat olan insanlar, həm də dərslərini yaxşı oxumuş və iqtisadiyyatı nisbətən yaxşı anlayan insanlar var. Lakin iqtisadiyyatdan heç baş açmayan adamlar da var. Məsələn, SEPAH-ın sabiq komandirlərindən olan cənab Möhsin Rzayi”. Nəimi 4200 tümənlik dövlət məzənnəsi və subsidiyaların ləğvini vaxtsız hesab edir: “Bu qərarları tənqid edən iqtisadçılar da deyir ki, indi zamanı deyildi. Çünki əhali onsuz da ağır bir yük və ağır bir basqı altındadır. Belə bir basqı bir dəfədə onlara yükləndiyində bu, ayaqlanmağa yol açar. Necə ki, fərqli yerlərdə ayaqlanmalar baş tutub və getdikcə də çoxalacağı görünür”. Onun sözlərinə görə, İbrahim Rəisinin iqtisadi komandasında olan bacarıqlı iqtisadçılar hökümətin səhv siyasətlərini müdafiə etmək məcburiyyətində qalaraq özlərini gülünc vəziyyətə salırlar: “Mən bilirəm ki, hökümət kabinetində olan o iqtisadçıların İranın həssas siyasi məsələlərindən çox xəbərləri yoxdur. Yəni danışanda hakimiyyətin siyasətini müdafiə edirlər, ancaq onları xüsusi olaraq dindirsən, deyəcəklər ki, bizim baş verənlərdən heç xəbərimiz yoxdur. Məncə, bu siyasətləri müdafiə etməyə məcbur qalırlar. Onlar universitet dönəmində və gənc yaşlarında belə pis səviyyədə deyildilər. Ancaq sistemə girdikdən sonra çox gülünc ifadələr dilə gətirirlər. Mən onları tanıdığıma görə təəccüblənirəm. Tanımayanlar deyir ki, bunlar nə qədər geri qalmış adamlardır. Ancaq elə deyil, onlar akademik olaraq iqtisadiyyatdan anlayırlar, fəqət məcburiyyətdən belə danışırlar”. Ərzaqla bağlı aksiyalar digər ölkələrdə də qeydə alınır. Bütün bunlar bir daha təsdiq edir ki, dünyanın ərzaq təhlükəsizliyi sistemi ciddi risqlərlə üzləşib. Koronavirus pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır. Bu halda ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir. Dünyada neqativ meyllərin baş verdiyi, koronavirus infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkədə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməyib, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmayıb. Bütün bunlar isə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ