Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycan Fars körfəzinə, Pakistana, Hindistana dəmir yolu ilə birbaşa çıxış imkanları qazanır

Image


Bu gün Azərbaycanın xüsusi maraq dairəsində yer alan məsələlərdən biri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə daxil olan Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa zaman ərzində başa çatdırılmasıdır. Çünki bu halda Fars körfəzinə, həmçinin stateji tərəfdaşı olan Pakistana, eləcə də böyük iqtisadiyyata malik Hindistana yeni çıxış imkanları əldə edəcək.

Hazırda Rəşt-Astara dəmir yolunun 70 faizi tamamlanıb. Bu dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır ki, o  da “Şimal-Cənub” dəhlizinin əsas seqmentini təşkil edir. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Əks istiqamətdə də yüklər həmin yolla daşınacaq. Xatırladaq ki, bu məsələyə prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda xüsusi toxunub: “Azərbaycan “Şimal-Cənub” dəhlizi üzərində fəal işləyir. Coğrafi yerləşmə çox əlverişlidir. Həmişə dediyim kimi, infrastruktursuz bu çox şey demək deyil. “Şimal-Cənub” dəhlizi “Şərq-Qərb” qədər mühümdür və hazırda qismən fəaliyyətdədir”. Azərbaycan prezidentinin sözlərinə görə, İranda çatışmayan bir hissə var: “Astara ilə Rəşt arasında altmış, yüz kilometrdən çox olmayan dəmir yolu var, o tikilsə, o zaman şimaldan Azərbaycan, İran və Fars körfəzindən keçən dəmir yolu marşrutu olacaq. Bu, çox mühüm beynəlxalq dəhliz ola bilər. O, artıq işləyir, lakin yükü qatardan yük maşınlarına yükləmək lazımdır, çünki dəmir yolunun bir hissəsi yoxdur. Zaman baxımından bu, çox əhəmiyyətlidir. Bilirəm ki, bu əlaqə vasitəsilə Pakistanın Quadar limanını birləşdirmək planı var. Eyni zamanda, bu marşrut Azərbaycandan Türkiyə üzərindən Gürcüstana Azərbaycan infrastrukturundan istifadə etməklə təkcə Cənubdan Şimala deyil, Cənubdan Qərbə də işləyə bilər. Zəngəzur dəhlizi də başqa bir marşrut ola bilər və xəritəyə baxsaq, məsafə və əlçatanlıq baxımından bu da çox vacibdir. Biz Asiyadan, Pakistandan və Çindən, eyni zamanda Mərkəzi Asiya ölkələrindən çoxlu yeni yüklərin gəlməsini gözləyirik. Bütün dəmir yolu şəbəkələrimiz bir-birinə bağlıdır. Şimal sərhədi, cənub sərhədi, şərq sərhədi ilə əlaqəmiz var və Zəngəzur dəhlizi cənub-şərqə gedəcək. Bütün bunlar bizim nəqliyyat gündəmimizlə bağlıdır. Azərbaycanda çatmayan yeganə şey Ermənistan sərhədində, sonra öz ərazimizdəki qırx kilometrdir – hər şey hazır olacaq. Deməli, qonşularımız da öz üzərinə düşən işi görməlidir. Beləliklə, bu əlaqə tam işləyəcək”.

Sonuncu məqama prezident İlham Əliyev Vahid Hacıyevi prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən xüsusi toxunub: “Zəngilan rayonu həm İranla, həm Ermənistanla həmsərhəddir, Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq.Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir, - mart ayında müvafiq Memorandum imzalanmışdır, - eyni zamanda, Ermənistan ərazisindən də mütləq keçməlidir və əminəm ki, keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir, texnologiyalar gətirilməlidir”. Bunlar fonunda Azərbaycan dövləti “Şimal-Cənub” dəhlizinin formalaşması istiqamətində bir sıra vacib işləri həyata keçirib. Ələt-Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması ilə yanaşı, İran Astarası və Azərbaycan Astarasını dəmir yolu xətti ilə birləşdirib. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi istismara verildikdən sonra Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq. Digər beynəlxalq marşrutlarla müqayisədə “Şimal-Cənub” ilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər mənzil başına 20 gün tez çatdırılacaq, nəqliyyat xərclərinə az vəsait tələb olunacaq. Bundan başqa, Çin ilə Avropa arasında yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə olunması gündən-günə artır.  Koronavirus pandemiyasının beynəlxalq iqtisadi-ticari əlaqələrə, istehsal üçün tədarük zəncirinə mənfi təsirləri aradan qalxmamış, Ukraynada yeni müharibənin alovlanması Avrasiya regionunda iqtisadi əlaqələri, xüsusən də beynəlxalq ticarəti bir az da çətinə salıb. Hazırda davam edən müharibənin və onun müxtəlif ölkələr arasında siyasi və iqtisadi münasibətlərə neqativ təsirinin beynəlxalq iqtisadi əlaqələrə də əhəmiyyətli dərəcədə zərər vurması getdikcə daha qabarıq formada müşahidə olunur. Müxtəlif dövlətlərə, şirkətlərə qarşı tətbiq olunan sanksiyalar pandemiyadan xeyli zərər görmüş beynəlxalq iqtisadi-ticari əlaqələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda bir az da çətin vəziyyət yaradıb. Bu məqam dünyanın ikinci ən böyük iqtisadiyyatı və ən böyük ixracatçısı olan Çindən Avropaya yüklərin daşınmasında da artıq özünü göstərməyə başlayıb. Belə ki, Çin ilə Avropa arasında ənənəvi dəmir yolu rabitəsi olan şimal xəttində qeyri-müəyyənlik müşahidə olunur. Regionun mürəkkəb geosiyasi vəziyyəti alternativ dəhlizlərdən istifadə və həmin dəhlizlərin inkişafı ilə bağlı mövzunun vacibliyini bir daha ön plana çəkir. Hələ tarixi İpək yolu dövründən müxtəlif ölkələri birləşdirən ticarət yollarının üzərində yerləşən Azərbaycanın özünün iqtisadi, nəqliyyat-logistika potensialı sayəsində 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çin ilə Avropa arasında iqtisadi qovşaq rolu getdikcə daha da yüksəlir.  Azərbaycan özünün nəqliyyat-logistika potensialını inkişaf etdirərək, Avrasiyada yeni, alternativ dəhlizlərin yaranmasını təmin edib. “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti istiqamətində görülmüş işlər Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirir. 44 günlük Vətən müharibəsindəki zəfərdən sonra reallaşan Zəngəzur dəhlizinin isə Azərbaycanın tranzit imkanlarını daha çoxaldacağı şübhəsizdir. Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın nəqliyyat potensialı, o cümlədən Ələtdəki beynəlxalq ticarət limanı, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars xətti Çindən Avropaya dəmir yolu ilə yeni yükdaşıma imkanlarını çoxaldıb. Elə bu günlərdə Çindən Xəzər dənizi və Azərbaycan üzərindən keçməklə Avropaya yeni yük qatarı marşrutunun işə salınması da deyilənlərin əyani sübutudur. Ukraynada hazırda davam edən müharibə fonunda Çinin öz yüklərini Avropaya daşımaq üçün yeni alternativ dəhlizlərə daha çox maraq göstərməsi təəccüblü deyil. Çünki dünyanın ən iri idxalçısı olan Çin özünün ən böyük ticarət tərəfdaşlarından olan Avropa ilə iqtisadi əlaqələrə və təbii ki, Avropa ilə etibarlı yük dövriyyəsinə xüsusi həssaslıqla yanaşır. Bu fonda ölkəmizdə  nəqliyyat-logistika sahəsində vaxtında görülmüş işlər sayəsində Azərbaycan Avrasiya regionunda əsas tranzit qovşaq statusunu daha da möhkəmləndirəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ