Bazar günü günü, 11 oktyabr 2026
     

Ərzaq təhlükəsizliyi Azərbaycan üçün də ön plana çıxır

Image


Rusiya-Ukrayna savaşı hələ də dünya miqyasında ərzaqla təminat məsələsində ciddi problem mənbəyi olaraq qalır. Bu fonda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirir ki, dünya ərzaq qiymətləri mart ayında 12,6% artaraq ən azı 1990-cı ildən bəri rekorda imza atıb.

Buna bitki yağlarının, dənli bitkilərin və ətin rekord qiymət artımı, şəkər və süd məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə artması səbəb olub. Belə ki, fevral ayı ilə müqayisədə bitki yağının (günəbaxan, xurma, soya və kolza) qiymət indeksi 23,2 faiz, dənli bitkilərin qiymət indeksi 17,1 faiz, o cümlədən buğdanın 19,7 faiz, şəkərin qiymət indeksi 6,7 faiz artıb.

BMT, Avropa İttifaqı, ərzaq böhranlarının aradan qaldırılmasında iştirak edən hökumət və qeyri-hökumət təşkilatlarının beynəlxalq alyansı olan Qlobal Qida Böhranı Şəbəkəsinin (GNAFC) son birgə hesabatında isə deyilir ki, şiddətli qida çatışmazlığı ilə üzləşən insanların sayı bir il ərzində təxminən 40 milyon artıb. Sənədə əsasən, 2021-ci ildə münaqişə, iqtisadi şoklar və ekstremal hava hadisələrinin “üçlü zəhərli kombinasiyası” 53 ölkədə ən azı 193 milyon insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub. FAO isə bu fonda qeyd edir ki, bu rəqəmlər həm də narahatedici tendensiyanın kəskin xəbərdarlığıdır: ciddi ərzaq təhlükəsizliyi son bir neçə ildə durmadan artır. Hesabatda ərzaq böhranından ən çox təsirlənən ölkələrin Əfqanıstan, Efiopiya və Yəmən olduğu göstərilir: “Kəskin qida çatışmazlığı insanın kifayət qədər qida qəbul edə bilməməsi səbəbindən həyatı və ya dolanışığı təhlükə altında olduqda baş verir. İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı çərçivəsində bu vəziyyət qida təhlükəsizliyinin 3-5-ci mərhələlərinə uyğundur”. Son beşinci mərhələ “aclıq və ya humanitar fəlakət” deməkdir: Efiopiya, Cənubi Sudan, Yəmən və Madaqaskarın cənub bölgələrinin təxminən 570 min sakini var. FAO-ya görə, onlar üçün dolanış vasitələrinin geniş şəkildə dağılmasının, aclığın və ölümün qarşısını almaq üçün təcili tədbirlər görmək zərurəti yaranıb. Qida böhranları sahəsində ən pis vəziyyət Konqo Demokratik Respublikasında yaranıb. Daha sonra Əfqanıstan, Efiopiya, Yəmən və Nigeriyanın şimal-qərbi dayanır. 5-10-cu yerləri Suriya, Sudan, Cənubi Sudan və Haiti tutur: “Bu 10 ölkə və ərazidə 2021-ci ildə 193 milyon kəskin aclıqdan əziyyət çəkən insanlardan təqribən 134 milyonu yaşayıb”. Almaniya kansleri Olaf Şolts bununla bağlı bildirir: “İndi biz aclıqdan əziyyət çəkəcək, öz əhalisi üçün taxıl almağa gücü çatmayan dövlətlərin olmasından narahat olmalıyıq. Biz bu kasıb ölkələri tərk etməyəcəyik, onlara dəstək olacağıq”. Kanslerin sözlərinə görə, hazırda əsas taxıl tədarükçülərindən biri olan Ukrayna ixrac imkanları məhduddur.

BMT-nin Ümumdünya Ərzaq Proqramının Almaniya bölməsinin direktoru Martin Frik qeyd edir ki, hazırda Ukrayna limanlarında olan təxminən 4,5 milyon ton taxılı ölkədən ixrac edilə bilmir.Onun sözlərinə görə, problem liman çıxışlarının və dəniz zolaqlarının bağlanmasıdır: “Dünyada Ukraynadan gətirilən ərzaqlara təcili ehtiyac var. Aclıq nə hərbi, nə də iqtisadi cəhətdən silah ola bilməz”. O, həm Ukrayna sakinlərini ərzaqla təmin etməyə, həm də qlobal ərzaq böhranını yumşaltmaq üçün bu ölkədən digər dövlətlərə ərzaq tədarükünü bərpa etməyə çağırıb. Xatırladaq ki, Azərbaycan da Ukraynadan taxıl idxal edib. Lakin indi bu, müharibə üzündən mümkün deyil. Ölkə dünyada gedən son prosesləri nəzərə alaraq daxili imknar hesabına ərzaq, O cümlədən taxıl istehsalıni artırmağa çaılışır. Elə prezident İlham Əliyev Vahid Hacıyevi prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu xüsusda mühüm məqamlara toxunub. Öncə azad edilmiş ərazilərdə məşğulluqla duruma toxunan dövlət başçısı qeyd edib: “Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir”. Bu arada onu da qeyd edək ki, Azərbaycanda ərzaqlıq buğda istehsalının həcminin artırılması ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən iş aparılır. Elə bu günlərdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qeyd edilən xüsusda bildib ki, əlavə istehsal imkanları nəzərdən keçirilir. Nazir müavini Rusiyanın bu ilin iyul ayına qədər buğda ixracına qadağa qoymasına, Qazaxıstanın isə məhdudiyyət tətbiq etməsinə və bütün bunların Azərbaycana mümkün təsirinə də münasibət bildirib: “Buğda ixracına qadağa və məhdudiyyətlər bundan əvvəl də olub. Ölkədə ehtiyatlar mövcuddur. Yəni, hər hansı bir qadağa və yaxud məhdudiyyətin birbaşa təsiri və yaxud nəticəsi barədə danışmaq düzgün deyil. Ölkənin ehtiyatları təlabatı qarşılayacaq səviyyədədir. Növbəti mərhələdə isə dünyada gedən proseslərə baxılacaq, ona uyğun qərarlar qəbul ediləcək. Əlavə imkanlar həmişə nəzərdən keçirilir”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ