Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycan taxıl təminatı ilə bağlı işini ehtiyatlı tutur...

Image


Rusiya-Ukrayna savaşının dünya iqtisadiyyatına, o cümlədən qlobal ərzaq təminatına mənfi təsirləri davam edir. Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi belə bir vaxtda məlumat yayıb ki, Rusiyanın Ukraynanı işğal etməsi nəticəsində ölkənin kənd təsərrüfatına ciddi zərbə dəyib.

Qeyd edilir ki, kənd təsərrüfatına yararlı sahələrin azalması səbəbindən taxıl istehsalı ötən ilə nisbətən təxminən 20 faiz aşağı olacaq: “Ukrayna kənd təsərrüfatı məhsullarının istehsalı və ixracına görə dünyada dördüncü yerdədir. Ukraynadan taxıl tədarükünün azalması inflyasiyaya səbəb olacaq. Beləliklə, taxıl bahalaşacaq. Taxılın yüksək qiymətləri qlobal ərzaq bazarlarına ciddi təsir göstərə bilər. Bu, xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş bəzi ölkələrdə qlobal ərzaq təhlükəsizliyini təhdid edə bilər”. Qeyd edək ki, daha əvvəl BMT-də Ukraynadakı müharibənin dünyada aclığa səbəb ola biləcəyinə dair xəbərdarlıq etmişdi. Təşkilat müharibənin bəşəriyyət üçün dalğavari effektlə bağlı olduğunu proqnozlaşdırır: "Bazarda taxıl və enerji daşıyıcıları qiymətlərinin gözlənilən qlobal bahalaşması müharibəyədək minimal ərzaq tələbatını ödəyə bilməyənləri ağır vəziyyətə salacaq". 81 ölkədə aparılmış araşdırmaların yekunlarına əsaslanan BMT ərzaq təhlükəsizliyinin iki ssenarisini bölüşüb. Birinci ssenaridə Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar dünyanın 33 milyonadək, ikinci ssenaridə isə 47 milyonadək sakininin güclü aclıqla üzləşəcəyi ehtimalı irəli sürülüb. Bildirilir ki, dünyada aclıq problemi ilə ümumilikdə 323 milyonadək insan qarşılaşa bilər. Hazırda bütün bunlar dünya ölkələri, o cümlədən Azərbaycan tərəfindən diqqətlə izlənilir. Lakin hesab edilir ki, Azərbaycanı ciddi təhdid gözləmir. Ölkə taxıl idxalının 90 faizindən çoxunu Rusiyanın hesabına həyata keçirir. Rusiya isə Azərbaycana ixracı sabit saxlamaqda maraqlıdır. Ümumiyyətlə, Azərbaycanla ticarət əlaqələri Moskva üçün böyük önəmə sahibdir. Artıq Azərbaycan Rusiyaya aqrar məhsulların çatdırılması üzrə əsas tədarükçülər arasında ilk onluğa daxil olub. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərdə müsbət dinamika kənd təsərrüfatı sahəsində də qeydə alınıb: "2021-ci ildə Rusiyaya meyvə -tərəvəz ixracı artıb. Xurmanın, kartofun, əriyin Rusiyaya ixrcanının həcmi artıb. Bu tendensiya bu il də müşahidə edilir. Qeyd etmək istəyirəm ki, Azərbaycan Rusiyaya pomidor ixracında əsas tədarükçülərdən biridir". Ş.Mustafayev bildirib ki, Rusiya həmçinin Azərbaycanda dənli bitkilərin (buğda, arpa) və mineral gübrələrin ixracinda əsas yer tutur: "2021-ci ildə Rusiya Azərbaycana 1 milyon tondan çox buğda ixrac edib. Bizim rusiyalı tərəfdaşlarımızın dəstəyinə ümid edərək gələcəkdə buğda və gübrə idxalının həcminin artırılmasına inanırıq". Beləliklə, Azərbaycan üçün Rusiyadan taxıl idxalında ciddi çətinliklər gözlənilmir. Rusiya özü də bu məsələdə maraqlıdır.

Bundan başqa, daxili taxıl istehsalı da artırılır. Dövriyyəyə azad edilən ərazilər də daxil edilir. Belə ki, Azərbaycanın azad olunan ərazilərində bu il 50 min hektar sahədə aparılmış əkinlərin əsasını taxıl əkinləri təşkil edir və bu sahələrdən yüksək məhsuldarlıq gözlənilir. Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin böyük potensialı var: “Bu gün azad edilmiş ərazilərdə 50 min hektarlıq sahədə aparılan əkinlər əsasən taxıl əkinləridir, buğda və arpa təşkil edir. Əkinlər dəmyə şəraitində aparılır. Növbəti mərhələdə suvarılan sahələrə transfer edilməsi planlaşdırılır. Bu da məhsuldarlığın dəfələrlə artmasına səbəb olacaq”. Nazirlik rəsmisi əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların potensialının öyrənilməsinə başlanılıb: “Potensial öyrənildikdən sonra hər rayondan aslı olaraq əkin sahələrin hansı istiqamət üzrə aparılması müəyyənləşdirilib. Konseptual layihələr hazırlanıb, hökumətə təqdim edilib. Eyni zamanda, praktiki işlərə də başlanılıb. Bu işlərin başlanğıcında minatəmizləmə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi öndə dururdu. Biz aidiyyəti qurumlarla birgə təhlükəsiz ərazilərin seçilməsinə başladıq. Qələbənin əldə edildiyi il 2020-ci ildə əkin vaxtı keçmişdi, lakin simvolik olaraq biz əkinlərimizi apardıq. Buna praktiki yanaşma baxımdan etdik". F. Tağıyevin sözlərinə görə, həmin torpaqların potensialına uyğun bu il bütün aqrotexniki qaydalara uyğun qulluq edilməklə əkinlər həyata keçirilib: "Əkinlərin monitorinqi göstərir ki, Qarabağın torpaqlarından yüksək məhsuldarlıq gözlənilir. Burda regiondan aslı olaraq fərqli yanaşma var. Düşmənlərimiz tərəfindən torpaqlarımız kortəbii istifadə edilib. Bu isə torpaq resurslarının çirklənməsinə səbəb olub. Qarşımızda duran məsələlər həmin torpaq resurslarının münbitliyinin geri qaytarılması ilə daha məhsuldar əkinlərin aparılmasıdır”. O vurğulayıb ki, Həkəri çayı üzərində su anbarları qurulacaq bunlar da daha yüksək məhsuldarlıq əldə edəcəyimizə təminat verir: “Biz daha yüksək məhsuldarlığı bu layihələrdən sonra əldə edəcəyik”. Qeyd edək ki, Azərbaycan taxıla, o cümlədən ərzaqlıq buğdaya tələbinin ən azı 75 faizini daxili imkanlar hesabına ödəməyə çalışır və bu istiqamətdə müvafiq işlər görür.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ