Bazar günü günü, 11 oktyabr 2026
     

İri ticarət obyektləri quş məhsulları istehsalçılarına ciddi problemlər yaradır...

Image


Toyuq əti istehsalçıları və ixracatçıları marketlərdə alınan əlavə rüsumlardan narazıdırlar. “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi iri ticarət şəbəkələrinin quş əti və yumurta istehsalçılarına yaratdığı problemlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi məktubla müraciət edib.

Bu barədə ölkə mətbuatına Assosiasiyadan bildirilib.

Məlumata görə, məktubda Dövlət Xidmətindən aşağıdakı problemlərin aradan qaldırılmasında yardımçı olması xahiş edilib.

Marketlər pərakəndə ticarətdə üstün mövqelərindən istifadə edib istehsalçılarla qeyri-bərabər, onların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar. Məsələn, təzə kəsilmiş toyuq ətinin rəf ömrü 5 gün, ən yaxşı halda 1 həftədir. Müqavilədə onun dəyərinin ödənməsi üçün 45 günlük müddət müəyyənləşir. Digər məhsullarla bağlı da eyni vəziyyətdir. Bu, bizim istehsal prosesimizi vaxtında və düzgün tənzimləməyimizə, istehsalı genişləndirməyimizə imkan vermir, istehsal olunan məhsulun maya dəyərinin artmasına, son nəticədə ərzaq bazarında bahalaşmaya səbəb olur.

Marketlərin demək olar ki, heç biri istehsalçılardan aldıqları məhsulların pulunu müqavilədə nəzərdə tutulan vaxtda ödəmir. Müxtəlif yollarla bəzən bu proses 2-3 aya qədər uzanır.

Marketlərin satış nöqtələrində quş əti və yumurta məhsullarının saxlanma şərtləri texniki normalara cavab verən vəziyyətdə deyil. Məhsulların saxlanmasında qonşuluq prinsipi pozulur, yaxud quş əti onun üçün zəruri şərtlər təmin edilməyən soyuducularda saxlanılır. Nəticədə, geriqayıtma həcmləri müqavilədə nəzərdə tutulan 2%-dən xeyli yüksək – 6-7%-dən, bəzən 10%-dən çox olur.

Ticarət şəbəkələri istehsalçılardan ən müxtəlif adlarla müqavilədə nəzərdə tutulandan əlavə ödənişlər alırlar. Məsələn, onlar aldıqları malın pulunu 3 ay yubadır, axırda tələb edirlər ki, yığılan məbləğin 3-5%-ni "cashback" kimi verin, sonra pulu köçürək. Yaxud TV-lərdə reklamlarını yerləşdirir, onun pulunu istehsalçılara ödətdirirlər. Bundan əlavə, konkret bir məbləğ müəyyənləşdirir, ondan yuxarı satışdan 1-2% əlavə ödəniş tələb edirlər.

Bəzi marketlərdə müqavilə üzrə ödənişlər davamlı surətdə uzanır və ödəniş müddətindən 15-20 gün (ümumi 45-50) gün sonra həyata keçirilir. Tələb olunan müqaviləyə ödənişlə bağlı hansısa fakturaaltı ödənişlərdə düzəliş də qəbul edilmir.

Bəzi marketlərdə təzə məhsullar üçün müqavilə üzrə 30 gün tələbi qeyd edilir, amma dondurulmuş məhsulların ödənişini yalnız rəfdən çıxışı zamanı həyata keçirəcəyini bəyan edir. Bu şərt istehsalçının aşağı marjınallı biznesini təhlükəyə atmaqla yanaşı, həm də ödənişin həqiqətən də rəfdən çıxışdan sonra həyata keçirilib-keçirilmədiyini qeyri-müəyyən edir. Çünki rəfdən məhsulun nə zaman satıldığnı yalnız şəbəkənin özü bilir və istehsalçıya bununla bağlı dəqiq bir sübut verə bilmir.

  • “Hesab edirəm ki, Dövlət Xidməti də bu məsələdə çıxış yolu tapa bilməyəcək”

Mövzuya şərh verən iqtisadçı ekspert Akif Nəsirli bizimlə söhbətində bildirdi ki, bu məsələyə bir neçə prizmadan yanaşmaq olar. “İri marketlərin quş əti və yumurta istehsalçılarının başına gətirdiyi fırıldaqlar, oyunlar onların inhisarçılığı ilə bağlıdır. Onlar anlayırlar ki, quş əti istehsalçıları başqa bazarlarda sərbəst şəkildə bu qədər məhsulu sata bilməzlər. İri marketlərin sahibləri düşünür ki, bazar onların inhisarında olduğu üçün toyuq istehsalçıları onlardan asılıdır. Ona görə də, əslində iri marketlərin istehsalçılardan tələb etdiyi məbləğ rüsum deyil, bu ən yaxşı halda bunun adı “şapkadı”, rüşvətdir. Onlar “rüsum” adı ilə  quş əti və yumurta istehsalçılarından rüşvət tələb edirlər. Tutaq ki, satışdan əldə olunan məbləğ yığılır və onu saxlayırlar, bundan sonra isə istehsalçılardan əlavə vəsait tələb eidrlər. Bu da onunla əlaqədardır ki, marketlər öz dominant, inhisarçı mövqeyindən sui-istifadə edir. Tutaq ki, iri marketlər reklam pulu və sairin ödəniş haqlarını əslində özü ödəməli olduğu halda, bunu istehsalçıların hesabına edir. Bazar da 99 faiz iri marketlərin inhisarında olduğuna görə də istehsalçıların əlində başqa çıxış yolu qalmır”.

A.Nəsirli hesab edir ki, bazar liberallaşsaydı, azad olsaydı bu kimi hallar baş verməzdi. Onun sözlərinə görə, bazarda rəngarənglik olsaydı istehsalçı ona qarşı qanunsuz hərəkətlər edən iri marleti baykot edib məhsulunu başqa bir marketə verə bilərdi. Amma bizdə onun malını satmaq üçün bazarın başqa seqmentinin olmadığını deyən A.Nəsirlinin bildirdiyinə görə, bu sahədə rəngarəngliyə, rəqabət mühitinə nail olmaq əsasdır. “Bu gün bir neçə böyük market şəbəkəsi var, onlar da bir-birilə əlaqəlidir. Demək olar ki, bir mərkəzdən idarə olunurlar. Ona görə, quş əti və yumurta istehsalçılarının üzərinə gedirlər və onların mənfəət normasını ələ keçirirlər, pullarını gecikdirirlər. Bununla onlara ciddi ziyan vururlar. Tutaq ki, təzə kəslilmiş toyuğun vitrində qalma müddəti 5 gündür. 5 gün toyuq orada qalırsa və satılmırsa market onu geri qaytarır, yox əfər satırsa 5 gündən sonra artıq o pul marketin balansında olur. Satışdan 5 günə əldə olunan vəsait nəyə görə 45, 50, 60 gündən sonra istehsalçıya ödənilməlidir? Bu vəsait dərhal ödənilməlidir. Amma göründüyü kimi bu vəsaiti dərhal ödəmirlər və öz bazar mövqelərindən, öz inhisarçı mövqelərindən sui-istifadə edib mənfəətlərini artırırlar. Həmin o iri marketlərin uzantıları məmurlarla bağlıdır. Hesab edirəm ki, Dövlət Xidməti də bu məsələdə çıxış yolu tapa bilməyəcək. Bu problemin həlli üçün siyasi iradə olmalıdır. Bunun başqa yolu yoxdur. Əgər ortada siyasi iradə olarsa məsələni müəyyən qədər razılaşdırılmış şəkildə Dövlət Xidməti müvəqqəti olaraq yoluna qoya bilər. Amma məsələnin köklü həlli bu sahədə inhisarçılığın aradan qaldırılmasıdır və rəqabət mühitinin yaradılmasıdır. Əgər rəqabət mühiti yaradılarsa bu yolu tutan iri marketlərə mal verməyəcəklər. İnhisarçılığın aradan qaldırılmalı olduğunu dildə deyirik. Amma hazırda Azərbaycanda vəziyyət o qədər mürəkkəbdir ki, inhisarçılığın aradan qaldırılması çətin prosesdir. Ortada hakimiyyətin siyasi iradəsi olarsa bunun reallaşdırılması təcrübəsindən istifadə etmək və inhisarçılığı aradan qaldırmaq olar”- deyə A.Nəsirli vurğuladı.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ