Cümə axşamı günü, 26 noyabr 2026
     

Sahibkarlara dövlət dəstəyi Azərbaycanda iqtisadi tərəqqi templərini sürətləndirir

Image


Aparılan araşdırmalar göstərir ki, dünya miqyasında əhalinin əmək qabiliyyətli hissəsinin 99%-i iş yeri yaradıldıqdan sonra işləyə bilər. Amma əhalinin yalnız 1%-i bu iş yerlərini yarada bilir.

Bu 1 faizin əsas hərəkətverici qüvvəsi isə sahibkarlardan ibarətdir. Bu mənada, istənilən cəmiyyət sahibkarların sayının nə qədər artımına nail olsa, bu prosesi stimullaşdırsa, onun həyat səviyyəsi, rifahı bir o qədər yüksək olar.

  • Regionlar sahibkarların sayəsində daha dinamik inkişaf edir

Sahibkarların sayının daha çox olduğu dövlət dinamik inkişaf edir, iqtisadiyyatı, əhalinin həyat səviyyəsi davamlı yüksəlir. Bu mənada dövlət iqtisadi və qanunvericilik mexanizmləri vasitəsilə sahibkarlıq fəaliyyətini stimullaşdırmalıdır. Azərbaycan da məhz bu istiqamətdə zəruri addımlar atır.

Aparılan hesablamalar göstərir ki, bu il aprelin 1-i vəziyyətinə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı ölkəmizdə artıq 1 milyon 195 mini ötüb. Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Lənkəran-Astara (10 faiz), Qazax-Tovuz (7,6 faiz) və Mərkəzi Aran (6,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizini isə qadınlar təşkil edib. Sahibkar qadınların 30,3 faizi Bakıda, 10,2 faizi Lənkəran-Astara, 8,9 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (25,2 faiz), Gəncə-Daşkəsən (25 faiz), Bakı və Naxçıvan Muxtar Respublikası (hər birində 23,4 faiz), Lənkəran-Astara (21,8 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır. Ekspertlər hesab edir ki, qadın sahibkarların say artımı müsbət haldır. Çünki bu, ölkədə daha çox sayda insanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlir. Özü də bu sahibkarların bir çoxunun fəaliyyəti Azərbaycan regionlarını əhatə edir və bunun da bir sıra mühüm üstünlükləri var. Məsələ burasındadır ki, istənilən ölkədə regionların iqtisadiyyatının inkişafında biznes sektoru xüsusi rol oynayır. Birincisi, bunun səbəbi regionlarda yeniliklərə sahibkarların daha  tez uyğunlaşmaq qabiliyyətidir. Eləcə də regionlarda sabit rəqabət qabiliyyəti mövcud olur, bazar tələblərini qarşılamaq daha asan başa gəlir. İkincisi, iri müəssisə və korporasiyalarla bərabər səviyyədə həm orta, həm də kiçik biznes regionlarda asanlıqla çoxsaylı iş yerləri yarada bilir. Üçüncüsü, hərəkətliliyinə görə təsərrüfat subyektləri regionlarda böyük biznes nümayəndələrindən müsbət mənada fərqlənə bilir, qabaqcıl texnologiya və innovasiyalardan daha çevik yararlana bilirlər. Daha bir mühüm məqam odur ki, regionlarda sahibkarlar sayəsində sosial problemlər həllini tapır, xeyli sayda insanın aktiv iqtisadi fəaliyyətə cəlbi reallaşır, nəticədə işsizlik səviyyəsi azalmağa doğru gedir. Çoxsaylı sahibkarların fəaliyyəti ilə rəqabət qabiliyyətinin genişləndirilməsi, inhisarlaşmanın zəifləməsi qeydə alınır, cəmiyyətdə sabitlik səviyyəsi yüksəlir.

  • Dövlət sahibkarların yanındadır

Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətlə ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha sürətlə inkişaf etdirilir. Nəticədə ölkə iqtisadiyyatında sahibkarlar artıq  mərkəzi yer tuturlar.

Ölkəmizdə nəzərə alınır ki, sahibkar təsərrüfat fəaliyyəti zamanı müəssisənin bütün risklərinə cavabdeh olduğu üçün o, müştərilərin tələbatlarını ödəməklə mənfəət əldə etmək üçün daim yeni imkanlar axtarır. Uğurlu sahibkarın düşüncə tərzinin əsas xüsusiyyəti, bazara çıxarmaq üzrə olduğu yeni məhsulun mənfəət gətirəcəyini əvvəldən müəyyən etmək bacarığıdır. Bu sahədə Azərbaycanın əsas üstünlüyü həm də odur ki, dövlət tərəfindən iş adamlarına hərətərəfli dəstək verilir. Məsələn, koronavirus pandemiyasının, bunun ardınca baş verən Rusiya-Ukrayna müharibəsinin milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və özəl sektora mənfi təsirlərinin azaldılması ilə bağlı ilk günlərdən dövlət orqanları tərəfindən sahibkarlara genişmiqyaslı dəstək verilib. Biznesin dəstəklənməsini əhatə edən çoxşaxəli tədbirlər görülüb, maliyyə-iqtisadi dəstək proqramları tətbiq olunub. Bütün bunlar isə ölkədə iqtisadiyyatın, o cümlədən biznesin fəallığının qorunub saxlanılmasını təmin edib. Həyata keçirilən tədbirlər, dövlət-özəl sektor tərəfdaşlığı iqtisadiyyatda artım tempinin sürətlənməsinə imkan verib. Qarşıdakı dövrdə sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə bir sıra yeni addımların atılması nəzərdə tutulur. Xüsusən də ölkəmizin biznes cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması, vergi və gömrük inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və digər sahələrdə reallaşdırılacaq tədbirlər özəl sektorun inkişafı, güclənməsinə yeni imkanlar yaradacaq. Bunlar sayəsində ölkəmizdə sahibkarlar ən optimal və gəlirli strategiyanı axtarmaq üçün çoxlu müxtəlif strategiyaları həyata keçirməyə hazırdır.  Azərbaycan sahibkarı bazardakı dəyişikliklərə tez reaksiya verə və yeni texnologiyalar tətbiq etməyə də hazır olduğunu praktiki nümayiş etdirir. Dövlətin iqtisadi uğurları ölkəmizdə bu gün həm də sahibkarların fəaliyyətinin nəticəsidir. İş yerləri yaradan, dövlətə firavanlıq və gəlir gətirən sahibkarlardır, ona görə də onlara işləmək üçün optimal şərait yaradılması xüsusi diqqət mərkəzindədir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ