Bazar günü günü, 11 oktyabr 2026
     

Planet aclıq təhlükəsi ilə üz-üzə - beynəlxalq qurumlar bir-birinin ardınca bədbin proqnozlar verir

Image


Rusiya - Ukrayna müharibəsi fonunda dünyada 47 milyonadək insan tələbat böhranı ilə əlaqədar güclü aclıqla üzləşə bilər. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının hesabatında bildirilir.

Təşkilat müharibənin bəşəriyyət üçün dalğavari effektlə bağlı olduğunu proqnozlaşdırır: "Bazarda taxıl və enerji daşıyıcıları qiymətlərinin gözlənilən qlobal bahalaşması müharibəyədək minimal ərzaq tələbatını ödəyə bilməyənləri ağır vəziyyətə salacaq". 81 ölkədə aparılmış araşdırmaların yekunlarına əsaslanan qurum ərzaq təhlükəsizliyinin iki ssenarisini bölüşüb. Birinci ssenaridə Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar dünyanın 33 milyonadək, ikinci ssenaridə isə 47 milyonadək sakininin güclü aclıqla üzləşəcəyi ehtimalı irəli sürülüb. Bildirilir ki, dünyada aclıq problemi ilə ümumilikdə 323 milyonadək insan qarşılaşa bilər. Bura müharibəyədək belə bir situasiya ilə mübarizə aparanlar da daxildir. Mərkəzi Brüsseldə yerləşən "Bruegel" tədqiqat mərkəzinin mütəxəssisləri də qorxunc proqnozlar verir. Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəinki ukraynalılara və ruslara ölüm gətirir, həm də bütün dünya üçün kəskin ərzaq böhranı və yoxsulluğun artması təhlükəsi yaradır: “Müharibədən əvvəl ərzaq bazarının əsas satıcılarından olan Rusiya və Ukrayna taxıl və bitki yağı ixracında aparıcı mövqelərə sahib idilər. Rusiya həm də neft, neft məhsulları və təbii qazın ən böyük ixracatçılarından biridir. İndi bu prosesdə ləngimələr baş verir, çünki Ukraynanın özündə ərzaq qıtlığı yaranıb, Rusiya donanmasının qalıqları bu ölkənin taxıl limanlarını blokadaya alıb. Bundan sonra vəziyyət daha da pisləşəcək. Bu il məhsul olub-olmayacağı şübhə altındadır, çünki Ukraynanın münbit qara torpağına günəbaxan toxumu əvəzinə minalar və vurulmuş tanklar "səpilib", traktoru olan fermerlərsə tez-tez əkini buraxıb hərbi texnikaları sahədən çıxarmalı olurlar”. Bütün bunlar ilk növbədə kasıb dövlətlərə - əhalisi ailə büdcəsinin böyük hissəsini ərzağa xərcləyən ölkələrə ciddi problemlər yaradacaq. Qeyd edilir ki, ərzaq qiymətləri müharibəyə qədər də xeyli yüksək idi. Hazırda isə bu qiymətlər müşahidə altında olan son 32 ilin ən pik səviyyəsinə çatıb - təkcə mart ayında 13%, marta qədərsə il ərzində 33% artım olub. Araşdırmalara əsasən, müharibə ucbatından kənd təsərrüfatı texnikası üçün yanacağın, dənizdə və quruda yükdaşımaların, kreditlərin, gübrələrin, saxlama xidmətlərinin qiyməti artıb. Həm insanlara, həm də mal-qaraya lazım olan taxılın miqdarı azaldığı üçün ət və digər ərzaq məhsulları bahalanır.

"Bruegel"in araşdırmaçıları bildirir ki, inkişaf etməkdə olan, quraqlıq zonalarda (Yaxın Şərqdə və Şimali Afrikada) yerləşən ölkələrdə vəziyyət daha ağır olacaq. Bu ölkələrin ərzaq tələbatının 90%-i idxal hesabına ödənir, onlara ən yaxın idxalçılarsa Ukrayna və Rusiyadır. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri bildirirlər ki, Rusiyanın Ukraynaya hücumunun dolayı qurbanları bu dəfə Türkiyə, Misir, Hindistan, Tailand, Gürcüstan, Ermənistan, Cənubi Afrika, Livan və hətta Şri-Lanka ola bilər. Hazırda bu ölkələrdə vəziyyət daha ağırdır, çünki onlar Rusiyayla ticarətdən ciddi dərəcədə asılıdırlar, turizmdən qazanırlar, Rusiyaya qarşı sanksiyaları pozmaqla Qərblə açıq konfliktə girmək istəmirlər və bütün bunlarla yanaşı, daxildə siyasi stabilliyə təhlükə yaradan iqtisadi böhranla üz-üzədirlər. BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya hücumuna qədər 38 ölkədə yaşayan 44 milyon insan aclıq həddində, planet əhalisinin hər 10 nəfərindən biri isə (720 milyon nəfər) yarıac yaşayıb. BMT müharibəyə görə onların sayının ya 8 milyon (optimist qiymətlərndirmədə), ya da 13 milyon (pessimist qiymətləndirmədə) artacağını bildirir. Bu da  əsasən Asiya, Afrika və Yaxın Şərq ölkələrində olacaq. İldə təxminən 33 milyon ton buğda satan Rusiya bu məhsul üzrə dünyanın ən böyük ixracatçılarından biridir. Ukrayna isə ildə 20 milyon ton satır. Dünya ixracının dörddə biri bu iki ölkənin payına düşür. BMT-nin proqnozuna görə, müharibə ucbatından taxıl istehsalı Ukraynada 5 milyon, Rusiyada isə 3,5 milyon ton azalacaq. Düzdür, Argentina və Braziliyanın bol məhsul itkiləri kompensasiya edə bilər. Amma buğdanı Cənubi Amerikadan gətirmək həm gec, həm də qat-qat bahadır, çünki yük tarifləri və dəniz yanacağının qiyməti ötən illə müqayisədə artıq iki dəfə artıb. Digər dənli bitkilərin, xüsusilə də günəbaxan yağının tədarükündə daha böyük problemlər yaranıb. İxracın azalması bu yağı kəskin bahalandırıb və yoxul ölkələrdə milyonlarla insanı ənənəvi ev yeməklərindən imtina edərək köhnə yağda bişirilən küçə yeməklərinin dadına öyrəşməyə məcbur edib. Dünya üzrə günəbaxan yağı tədarükünün 57 faizi Rusiya və Ukraynanın payına düşür. Avropa İttifaqından başqa, bu məhsulu Hindistan, Çin, İran və Türkiyə də idxal edir. İndi onlar digər bitki yağlarına keçirlər. BMT-nin ilkin hesablamalarına görə, Ukrayna müharibə ucbatından əkin sahələrinin 20-30%-ini və ixracatının bir hissəsini itirəcək. "Bruegel"in proqnozu isə daha bədbindir: ən pis halda bütün məhsul ölkədə qalacaq, ixrac sıfıra düşəcək; ən yaxşı halda isə üçdə bir qədər azalacaq, o da müharibə tezliklə bitərsə. Əgər əvvəllər Ukrayna BMT-nin ərzaq proqramı üçün taxıl və yağ ayırırdısa, indi nəinki bunları ixrac etmir, hətta özü yardım alan ölkəyə çevrilib. Artıq 1 milyon ukraynalı ərzaq paketləri və yeməkpulu alıb, yaxın gələcəkdə BMT daha 3,3 milyon ukraynalıya dəstək verməyi planlaşdırır. Başqa problemlər də var. Ərzaq qiymətlərinin artması ümumi inflyasiyanı sürətləndirir, bu isə mərkəzi bankları faiz dərəcələrini artırmağa məcbur edir. Nəticədə insanlar, ölkələr və şirkətlər yüksək faizlə daha az borc alırlar. Bu, zəngin ölkələrdə inkişafa mane olur, kasıb ölkələr üçünsə iflas təhlükəsi yaradır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ