Bazar günü günü, 11 oktyabr 2026
     

Şimal və cənub qonşularımızın iqtisadi əlaqələrində Azərbaycan həlledici söz sahibinə çevrilir

Image


Qərb sanksiyaları ilə üzləşən Rusiya üçün bu gün dünyanın digər ölkələri, o cümlədən də İranla ticari-iqtisadi münasibətlərinin miqyasının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Elə bu müstəvidə Rusiyanın Azərbaycanın tranzit imkanlarına ehtiyacı artır. Eyni sözləri İran barəsində də demək olar.

Hazırda hər iki ölkə üçün Azərbaycanın nəqliyyat infrastrukturu, logistika imkanları həyati əhəmiyyət kəsb edir. İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Ticarət İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak da bunu xüsusi olaraq vurğulayır. O qeyd edir ki, İranın Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə ticarəti artırmaq üçün Mərkəzi Asiya ölkələri, həmçinin Azərbaycanla münasibətləri gücləndirməsinə ehtiyacı var. Ə.Peymanpakın sözlərinə görə, İranın ticarət münasibətlərini inkişaf etdirməsi üçün bölgə ölkələri arasında Azərbaycan əhəmiyyətli rola sahibdir. Nazir müavini deyib ki, İranın Ticarət İnkişafı Təşkilatı ölkənin şimalında yerləşən ölkələrlə ticarətin inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlayıb: “Bu məqsədlə Ticarət İnkişafı Təşkilatı İranın Azərbaycandakı iqtisadi attaşesinə əlavə səlahiyyətlər verib ki, iki ölkənin ticarətinin inkişafına köməklik göstərsin”. Onu da bildirək ki, Əlirza Peymanpakın rəhbərliyi altında böyük bir nümayəndə heyəti bu günlərdə Moskvaya səfər edib və səfəri zamanı Rusiyanın 70 şirkətinin rəhbərləri ilə görüşüb. Görüşlərdə ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Burada diqqətə çatdırılıb ki, yaxın iki ildə İranla Rusiya arasındakı ticarət dövriyyəsinin həcmi 10 milyard dollara çatacaq. Lakin zəif nəqliyyat infrastrukturu buna mane ola bilər. Bu fonda tərəflər nəzərə alır ki, coğrafi baxımdan İranla Rusiya arasında yerləşən Azərbaycan dövləti müasir dünyada nəqliyyat dəhlizlərinin əhəmiyyətini düzgün qiymətləndirərək bu sahənin inkişaf etməsinə xüsusi diqqət ayırıb. Rəsmi Bakının “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulması bu mənada müstəsna önəmə malikdir. Avropa ilə Asiyanı birləşdirən “Şimal-Cənub” dəhlizi ilə iki böyük qitə ticarət əlaqələri quracaq. Bu yol tam işə düşdükdən sonra dəyəri milyardlarla dollar olan yüklər daşınacaq. Azərbaycan dövləti lazım olan bütün infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xəttinin çəkilməsi, Ələt-Astara magistral yolunun inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti yalnız özünə məxsus nəqliyyat infrastrukturu qurmayıb. Eyni zamanda, tranzit ölkəyə çevrilmək iddiasındadır və bunun da kifayət qədər möhkəm əsasları var. Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, İrana hər iki istiqamətdən daxil olan yüklər mütləq ölkəmizin ərazisindən Rusiya və Avropaya və əks istiqamətə daşınmalıdır. Rusiyanın yüklərinin, Hindistan da daxil olmaqla, digər Cənub-Şərqi Asiya və Fars körfəzi ölkələrinə Azərbaycan və İran üzərindən, yəni “Şimal-Cənub” dəhlizi ilə daşınmasına ona görə üstünlük verilir ki, burada həm nəqliyyat xərci, həm də çatdırılma vaxtı digər yollarla müqayisədə çox azdır. Cənub-Şərqi Asiya ölkələrindən daşınan yüklər İranın Omman dənizi sahilindəki Çabahar, Fars körfəzi ölkələrindən daxil olan yüklər isə körfəzdəki Bəndər-Abbas limanına daxil olacaq. İrana hər iki istiqamətdən daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiyaya və əks istiqamətə daşınacaq. Göründüyü kimi, hər iki halda yüklər tranzit olaraq Azərbaycan ərazisindən keçəcək.

Digər tərəfdən, İranın sanksiyalar altında qalması rəsmi Tehranı bütün sahələrdə istehsalı artırmağa vadar edib ki, bu da onun ixrac potensialını artırıb. Hazırda İran il boyu Rusiya və digər MDB dövlətlərinə sitrus meyvələri ixrac edir. Bundan başqa, İranın külli miqdarda kənd təsərrüfatı və neft-kimya məhsulları, tikinti materialları, xam mal ixrac etmək potensialı var. Prezident İbrahim Rəisi seçildikdən sonra qonşularla əlaqələrin inkişaf etməsini və ölkəyə valyuta daxil olmasını artırmaq məqsədilə ticarət əlaqələrini genişləndirmək və ixrac imkanlarını artırmaq kimi siyasi xətt tutub. Göründüyü kimi, iranlı nazir müavininin Moskvada iki ölkə arasında ticarət dövriyyəsini 10 milyard dollara yüksəltmək iddiasını ortaya qoyması təsadüfi xarakter daşımır. Bu dəyərdə olan yüklərin Azərbaycan üzərindən daşınması ölkəmizi tranzit mərkəzinə çevirəcək. İran parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin katibi Əli Əlizadə isə bildirir ki, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması iki qonşu ölkənin münasibətlərinin inkişafında mühüm rol oynayacaq. İran parlamentinin üzvü qeyd edib ki, bu layihə regionda sülh və əminamanlığın davamlı olmasına xidmət etməklə yanaşı, region dövlətlərinin iqtisadi inkişafına da böyük stimul verəcək. Əli Əlizadə vurğulayıb ki, Araz çayı üzərində salınacaq dəmir yolu və avtomobil körpüləri, eləcə də 55 kilometrlik yol beynəlxalq tranzit yükdaşımalarda da istifadə ediləcək. Bu da region dövlətlərinin büdcə gəlirlərini artıracaq. Bu yol “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində və nəqliyyat xətlərinin şaxələnməsində də mühüm rola malik olacaq. Qeyd edək ki, bu il martın 11-də Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasın yekununda tərəflər arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu” imzalanıb. Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Memoranduma əsasən, Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Hər iki tərəfin nümayəndələrindən ibarət olan işçi qrup layihənin hazırlanmasına başlayıb. Bununla Azərbaycan ərazisindən İrana yüklərin daşınması daha sərfəli şərtlər əsasında reallaşacaq.  

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ