Cümə axşamı günü, 26 noyabr 2026
     

Emal şirkətlərinin öz fermerlərimizin südünü boykot etməsinin arxasında ciddi mətləblər var...

Image


Azərbaycanda fermerlər çox zaman problemlərlə üzləşdiklərini, məhsullarına yerli bazarda çox az tələbat olduğunu deyirlər. Mətbuatda gedən araşdırmalar zamanı fermerlərin həqiqəti dedikləri üzə çıxıb.

Mətbuatda əks olunan məlumatlara görə, Azərbaycan şirkətləri yerli fermerlərdən süd almır, onlar əsasən Rusiyadan, Ukraynadan, Belarusdan süd və süd məhsulları alırlar. Statistikaya görə, ötən il Azərbaycan xaricdən 17 min 649 ton süd və qaymaq (o cümlədən çürümüş, qıcqırdılmış, toz halında, yoqurtdan başqa) tədarük edib. Bunun 5 min 792 tonu Rusiyadan, 3 min 862 tonu Belarusdan, 722 tonu Ukraynadan gətirilib. Beləliklə, bu üç ölkənin payına ümumi süd və qaymaq idxalının 60 faizə yaxını düşüb. Hesabat dövründə xaricdən alınan toz halında süd və qaymağın 46 faizi Ukraynanın, 25 faizi isə Belarusun payına düşüb. Ölkəyə idxal edilən yoqurtun 70 faizi Rusiyadan, 20 faizi isə Belarusdan alınıb.

Bilindiyi kimi, hazırda yerli fermerlərin istehsal etdiyi südə tələbatın yüksək olacağı düşünülsə də, fermerlər əksini iddia edir, onlar məhsullarının alınmamasından narazılıq edirlər.

Yeri gəlmişkən, “Südçülər Assosiasiyası” İctimai Birliyinin sədri Samir Eyyubov “Report”a bildirib ki, böyük süd emalçılarının yerli fermerlərə müraciət etməməsi daha çox İrandan gətirilən yarımfabrikatlarla bağlıdır: “Belə ki, yarımfabrikat halında gələn südü emal etmək təbii südü almaqdan daha sərfəli olur. Həmin yarımfabrikatlar daxili bazarı demək olar ki, məhv edir. Doğrudur, əvvəl də bu cür istehsal var idi. Amma o zaman artıq qalan malların ixracı baş verirdi deyə, hazırkı vəziyyət yaşanmırdı. İndi isə ixrac dayandığından bütün istehsal olunan südlər daxili bazara yönəlir. Buna görə də yerli fermerlərin südünə tələbat formalaşmır. Hazırda biz ixracın səviyyəsini artırmaqla məşğuluq”.

Azərbaycan şirkətləri niyə yerli fermerlərdən süd almırlar və xarici bazarlara üz tuturlar? Emal şirkətlərimizin öz fermerlərimizin südünü boykot etməsinin arxasında hansı ciddi mətləblər var?

İqtisadçılar bildirir ki, bizim yerli şirkətlərin əksəriyyəti yerli fermerlərlə işləmək, onlardan məhsul almaq istəmir. Bunun səbəbinə gəlincə, ekspertlər qeyd edir ki, yerli fermerlər şirkətlərə qatqısı olmayan təmiz süd verir və bu, şirkətlərə sərf etmir, çünki təmiz südün başına oyun aça bilmir. Bu sahənin işbazların əlində olduğunu deyən ekspertlərin sözlərinə görə, şirkətlər xaricdən əsasən süd tozu və digər süd və süd məhsulları istehsalında istifadə olunan maddələr gətirir.

  • “Onların müəyyən qisminin şirkətlərə çıxışı yetərincə deyil”

İqtisadçı ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Azərbaycanın südə olan tələbatının yarısını yerli istehsal təşkil edir, digər yarısı isə kənardan idxal edilir. O vurğuladı ki, il ərzində adambaşına 405 litr südə tələbat var və bura da həm süd, həm də digər ağartı məhsulları, pendir, yağ daxildir. “Bu da təxminən 2,8, 3 milyon ton süd deməkdir. 3 milyon ton südün tən yarısı, yəni 1, 5 milyon tonu xaricdən idxal edilir, qalan hissə isə yerli istehsal hesabına ödənilir. Yerli istehsalın əksəriyyəti fərdi şəkildə heyvandarlıqla məşğul olan fermerlər tərəfindən təmin edilir. Onların bir hissəsi var ki, öz tələbatlarını özləri ödəyir. Bir hissə də var ki, öz tələbatından artıq hissəni satır, bir də var ferma şəraitində süd istehsalı ilə məşğul olan fermerlər var. Ölkədə sırf süd istehsalı ilə məşğul olan fermerlərin sayı çox azdır. Süd istehsalı ilə məşğul olan fermaların sayı az oldu üçün onların şirkətlərlə əlaqələri də zəifdir. Bizə elə gəlir ki, yerli süddən sahibkarlar istifadə etmir. Amma əslində onların müəyyən qisminin şirkətlərə çıxışları yetərincə deyil. Yerli süddən istifadənin faizinin aşağı olmsının səbəblərindən birinin fermerlərlə şirkətlər arasında əlaqələrin aşağı səviyyədə olmasıdır. Digər səbəb isə fərdi şəkildə fermalarda süd istehsalında keyfiyyət göstəricilərinin aşağı olmasıdır. Aşağı olduğuna görə də o südü alan sahibkarlar əksər hallarda ziyana düşürlər. Çünki südün saxlanma texnologiyasına riayət edilmir. Ona görə də süddən istifadə zamanı xarab edir, süd çürüyür. Sonradan çürümüş südün istifadəyə yararlı olması üçün ona əlavə kompanentlər əlavə edilir, bu da böyük xərc deməkdir. O süd başqa istiqamətdə istifadə edilir, amma sahibkarın planlaşdırdığı istiqamətdə o süddən istifadə oluna bilmir. Bu süddən səmərəli istifadə edə bilmirlər. Ona görə də, bir çox xarici şirkətlər xaricdən idxal olunmuş süddən istifadə etsin. Çünki xaricdən idxal edilən süd müvafiq texnoloji qaydalarla uyğun saxlanılır və xarab olmaması üçün daxilinə müəyyən komponentlər vurulur, bu da ondan daha səmərəli istifadəyə imkan verir”.

A.Nəsirli hesab edir ki, bu istiqamətdə idxalı azaltmaq və yerli firmaların istehsal etdiyi südə üsünlük vermək lazımdır. Bunun üçün isə fermerlər arasında maarifləndirmə prosesi getməlidir. Ekspert hesab edir ki, yerli şirkətlərin yerli fermerlərlə əməkdaşlığı gücləndirilməlidir: “Yerli südçülük təsərrüfatlarında ciddi maarifləndirmə işləri aparılmalıdır. Onların istehsalının genişləndirilməsi üçün şərait yaradılmalıdır, onlara yardımlar göstərilməlidir ki, onlar da xarici ölkələrin fermerləri kimi südü texnoloji proseslərə uyğun şəkildə yarımfabrikata çevirməyi bacarsınlar. Yerli fermerlərin yerli şirkətlərlə əməkdaşlığının qurulmsı üçün dövlət fermerlərə həm maarifçilik, həm də maddi baxımdan dəstək olmalıdır. Heç şühbəsiz, yerli fermerlərlə şirkətlər arasında əlaqələrin qurulmasına əngəl yaradan bütün amillər aradan qaldırılmalıdır. Bizim üçün yerli məhsulun istehsal edilməsi daha əhəmiyyətlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ