Bazar günü günü, 11 oktyabr 2026
     

Dünya ərzaq böhranı ərəfəsində: Azərbaycan preventiv tədbirləri artırır

Image


Özünün getdikcə daha qanlı məcrasına qədəm qoyan Rusiya-Ukrayna qarşıdurması əvvəlki kimi dünya iqtisadiyyatı üçün ciddi təhdid yaradır. Ekspertlər qeyd edir ki, Rusiya Ukraynanın dəniz limanlarını tam ələ keçirdikdən sonra vəziyyət daha da pisləşəcək. Çünki Ukrayna bu fonda dünyaya ərzaq məhsulları ixrac edə bilməyəcək. Rusiyanın  Mariupol şəhəri uğrunda şiddətli döyüşü də bu məqamla izah edilir.

Qeyd edək ki, Rusiya qoşunlarının altı həftədən çox davam edən şiddətli hücumundan sonra liman şəhəri olan Mariupol Rusiyanın nəzarətinə keçib. Martın əvvəlində Rusiya qoşunları şəhəri mühasirəyə almağa başlayandan bəri Mariupolda minlərlə insan həlak olub. Coğrafi baxımdan Mariupol xəritədə yalnız kiçik bir ərazini tutur, lakin o, Krım yarımadasında mənzillənən Rusiya qüvvələrinin yolunu kəsir. Şəhərin nəzarətə alınması Moskvayaa Rusiyadan Krıma quru yolu ilə dəhliz yaratmağa imkan verir və bu, böyük hərbi-strateji uğur sayılır. Mariupol Azov dənizi regionunun ən böyük limanıdır və burada iri dəmir-polad kombinatı yerləşir. O, həm də Ukraynanın polad, kömür və qarğıdalı məhsulu üçün əsas ixrac qovşağı idi. Mariupolu itirmək Ukrayna iqtisadiyyatı üçün böyük zərbə demək olacaq. Bundan başqa, Mariupolda “Azov” briqadası adlı Ukrayna silahlı bölməsi yerləşir. Bu bölmədə ifrat sağçı qüvvələr döyüşür. Onlar Ukraynanın döyüşən qüvvələrinin yalnız bir hissəsini təşkil etsələr də, bu, Moskva üçün faydalı təbliğat vasitəsinə çevrilib. Rusiya “Azov” briqadasının kifayət sayda üzvünü diri ələ keçirə bilsə, Moskva Ukrayna hökumətini gözdən salmaq üçün Rusiya dövlət mediasında onlardan istifadə edə bilər. Xatırladaq ki, prezident Vladimir Putin Ukraynanın Qara dəniz regionunu Novorossiya deyilən bir məkana aid edir. Həmin bu torpaqlar XVIII əsrdə Rusiya İmperiyasının nəzarətində olub. Putin bu konsepsiyanı canlandırmaq istəyir, çünki hesab edir ki, rusları Kiyevdəki qərbyönlü hökumətin zülmündən xilas edir. Mariupol isə onun bu məqsədinə çatmasının qarşısını alır. Lakin artıq şəhərdəki “Azovstal” zavodu istisna olmaqla, bütün Mariupol Rusiyanın nəzarəti altındadır. Ukrayna bu şəhər və onun limanları vasitəsilə ixracdan məhrum olur. Özü də bu, müharibə nəticəsində Ukrayna iqtisadiyyatının dağılması fonunda baş verir. Ölkənin maliyyə naziri Serhi Marçenko etiraf edir ki, Ukraynanın ÜDM-i bu il 30-50% aralığında azala bilər. Qeyd edək ki, Dünya Bankı yenilənmiş regional hesabatında bu il Ukrayna iqtisadiyyatının real ifadədə 45% azalacağını proqnozlaşdırır. Dünya Bankına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və ölkədə apardığı müharibə fonunda iqtisadi tənəzzülün dəqiq miqyası müharibənin müddətindən və intensivliyindən asılı olacaq. Xatırladaq ki, Ukraynada bu il yoxsulluğun 1,8%-dən 19,8%-ə qədər yüksələ biləcəyinə dair proqnozlar da var.

Bir daha qeyd edək ki, insan faciəsi və humanitar böhranla yanaşı, Rusiyanın Ukraynaya hücumu dünya iqtisadiyyatının inkişaf tempinin azalması və inflyasiyanın sürətlənməsi ilə nəticələnəcək. Rusiya-Ukrayna müharibəsinə iqtisadi aspektdən yanaşanda ilk növbədə hər iki ölkənin iri xammal mənbəyi olduğunu söyləmək lazımdır. Rusiya və Ukrayna birlikdə dünyanın istehlak etdiyi taxılın 30%-ni verir, Rusiya həm də iri neft və təbii qaz istehsalçısıdır. Müharibə dünyanın ərzaq və enerji təhlükəsizliyini ciddi təhdid altına alır, inflyasiya və alıcılıq qabiliyyətinin azalması ilə nəticələnir. Təkcə BMT Baş katibi Antoniu Quterreşin gətirdiyi faktlar münaqişənin əks-sədasının ərzaq qiymətlərinə hansı təsiri göstərdiyini təsəvvür etməyə kifayət edəcək. Quterreş son bir ayda dünyada taxılın qiymətinin 22%, qarğıdalının 21%, arpanın 31% artdığını açıqlayıb. O, həmçinin, aprelin 1-i üçün neft qiymətlərinin ötən ilin analoji dövrü ilə müqayisədə 60%-dən çox bahalaşdığını, son bir ayda təbii qaz və gübrə qiymətlərinin 2 qat artdığını xatırladıb. Ümumilikdə, BMT dünyada ərzaq qiymətləri, enerji daşıyıcıları və gübrənin bahalaşmasına görə toplam 1,2 milyard insanın yaşadığı 74 inkişaf etməkdə olan ölkənin zərər çəkdiyi açıqlayıb. Amma bu da dünya üçün iqtisadi təhdidlərin sonu deyil. Rusiya və Ukrayna ilə sıx iqtisadi-ticari bağları olan ölkələr, özəlliklə də qonşu ölkələr maliyyə, turizm, ticarət sahələrində əlavə təzyiqlərlə üzləşəcək. Ərzaq və yanacaq qiymətlərinin bahalaşması Afrikada, Cənubi Amerikada, Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə sosial gərginliyə, siyasi sabitliyin pozulmasına, bəzi ölkələrdə isə aclığa birbaşa səbəb ola bilər. Bunları diqqətlə izləyən Azərbaycan preventiv tədbirlər görür. Məsələn, ötən həftə keçirilən müşavirədə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda ərzaqlıq buğdanın istehsalını artırmaq qarşıya önəmli məsələ kimi qoyulub. Ölkədə taxıl istehsalı tələbatın 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25% təmin edirik. Bu rəqəmin ən azı 70-75%-ə çatdırılması qarşıya məqsəd qoyulub. Dövlət başçısı bu xüsusda qeyd edib: "Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır”. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, yerli ərzaqlıq buğda hesabına daxili tələbatın 70-75%-ni ödəmək mümkündür: "Bunu ekstensiv üsulla etmək olmaz, bizim su, torpaq resurslarımız məhduddur. Bu gün buğdanın orta məhsuldarlığı 32-33 sentnerdir. Amma yeni texnologiyaları tətbiq etməklə məhsuldarlığı qaldırmaq olar". İ.Cümşüdov payızda 1 milyon 15 min 685 hektar sahədə dənli taxıl bitkilərinin əkildiyini söyləyib. Onun sözlərinə görə, bunun 602 min hektarı buğda, 413 min hektarı isə arpadır. Təxminən 40 gün sonra Azərbaycanda taxıl biçininə start veriləcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ