Bazar günü günü, 11 oktyabr 2026
     

“Natəmiz sahibkarlarımız”- Azərbaycanda sosial sahibkarlıq varmı?..

Image


Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar.

Prezidentin sözügedən çıxışında “natəmiz sahibkarlar” ifadəsi işlətməsi təsadüfi deyil, bu, gerçəkliyin ifadəsidir.

Gizlin deyil, elə sahibkarlar var, ölkə iqtisadiyyatına heç də məmurlardan az ziyan vurmayıb, dövlət mülküyyətini heç də onlardan az dağıtmayıb. Bu da Azərbaycanda sahibkarların sosial məsuliyyətinin zəif olduğunu göstərən bir faktdır. Sosial sahibkar institutu Azərbaycanda olduqca bərbad vəziyyətdədir. Sosial sahibkarlıq odur ki, sahibkar həm öz biznesini xalqın rifahını düşünərək qurur, həm də ictmai maraqlar çərçivəsində olan qaydalara, dəyərlərə hörmətlə yanaşır. Natəmiz sahibkar olmamaq üçün bu keyfiyyətlərə malik olmaq tələb olunur.

Prezidentin “natəmiz sahibkarlar”  ifadəsi gündəmə sosial sahibkarlıq adlı maraqlı bir mövzu çıxarıb. Azərbaycanda sosial sahibkarlıq

təbəqəsi formalaşıbmı? Bizim sahibkarlar sosial sahibkar ola bilirlərmi? Sosial sabibkarlıqdan Azərbaycanda bir təzahür kimi danışmaq mümkündürmü? Azərbaycanda sosial sahibkarlıq varmı, varsa nə qədərdi və nə səviyyədədir?

Ekspertlər qeyd edirlər ki, cəmiyyətin, insanların, dövlətin qarşısında öz məsuliyyətini özünün şəxsi maraqları səviyyəsində dərk edən sahibkarlar təbəqəsi hələ formalaşmayıb.  Sosial məsuliyyəti yüksək olan sahibkarlar bəlkə də heç yoxdur. Yəni indi elə sahibkar tapmaq çətindir ki, həm məsuliyyətli olsun, həm öz şəxsi qazancı ilə bağlı dövlətin də, xalqın da mənafeyini, rifahını düşünə bilsin.

Ekspertlər deyir ki, Prezidentin işlətdiyi bu ifadə ölkəmizdə sosial sahibkarlıq problemini bir daha aktuallaşdırır.

  • “Bizdə sosial sahibkarlıqla ianə etməyi qarışdırırlar”

Sosial sahə üzrə tanınmış ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda hələ sosial sahibkarlıq institutu formalaşmayıb. Ölkə başçısının “natəmiz sahibkarlar” ifadəsini yerində işlətdiyini deyən İ.Hüseynli hesab edir ki, bizim ölkədə sosial məsuliyyətini dərk edib dövlətin, xalqın maraqlarına xidmət edən, biznesini bu yöndə quran sahiblarlar demək olar ki, yoxdur. “Bildiyim qədər, Azərbaycanda “Korporativ Sosial Məsuliyyət Haqqında”  qanun da var. Hər bir sahibkar sahibkar olmaqla yanaşı, həm də unutmamalıdır ki, onun sosial, korporativ məsuliyyəti də mövcuddur. Təəssüf ki, bizim ölkəmizdə hələ sosial sahibkarlıq formalaşmayıb.  Azərbaycanda gəlirlərin leqallaşdırılmaması, biznesin, gəlir və xərclərin açıq, şəffaf şəkildə cəmiyyətə təqdim olunmaması, nəticə etibarilə qeyri-leqal milyonçuların mövcudluğu ölkə Prezidentinin “natəmiz sahibkarlar” ifadəsi gündəmə gətirməsinə səbəb oldu. Ölkə başçısı məcbur olub belə bir ifadəni səsləndirdi.

Məsələn, tikinti sektoruna baxın. Burada insanları nə qədər aldadıblar. Bir mənzili neçə şəxsə satıblar, vətəndaşlar nə əlləri ilə sahibkarlara ödədikləri pulu geri ala, nə də mənzil sahibi ola bilirlər. O cümlədən də əmlakların zorla ələ keçirilməsi halları olub. Eyni zamanda  ölkədə  alqı-satqı zamanı sövdələşmədə insanlara çatan pulun az bir hissəsini verməklə məhkəmələrin, polisinin təzyiqi yolu ilə qarşı tərəfi susdurmaqla xeyli vəsaitin və mülküyyətlərin ələ keçirilməsi halları baş verib. Xeyli sayda dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı özəlləşmə çekləri üzərindən kifayət qədər maxinasiyalar olub. Eyni zamanda çirkli formada, rüşvət və korrupsiya yolu ilə dövlətin əmlakını dəyərsizləşdirərək dəyərindən qat - qat aşağı qiymətə ələ keçirilməsi faktları baş verib. Bilirsiz ki, kifayət qədər müxtəlif sənaye və ticarət obyektlərində payçıların hüquqları tapdanıb. Yəni bu yolla  var - dövlət ələ keçirmiş, varlanmış qeyri - leqal milyonçular var”.

İ.Hüseynlinin fikrincə, bu hallarla bağlı, təbii ki, tədbir görülməlidir, sahibkarların indiyə qədər həyata keçirdiyi özəlləşdirmə proseslərunə yenidən baxılmalıdır. “Azərbaycan cəmiyyətində işlədilən belə bir ifadə də var: “Halallığı alınmayan biznes”. Halallıq almayan çoxlu sayda biznesmen var ki, onlar  özlərini biznesmen hesab edirlər, lakin dövlətə vergi ödəməkdən yayınırlar. Onlar büdcəyə dövriyyələrindən qat-qat aşağı vergi ödəyiblər və dövlət büdcənə ziyan vurmaqla, milyonlarla manat vergidən yayınma ilə varlanıblar. Belələri çoxdur. Bunlar hamısı haqda tədbir görülməli, ölçü götürülməlidir. Proseslərə yenidən bir də baxılmalıdır. Baxıb görmək lazımdır ki, Bakının ortasında dəyəri milyardlarla, milyonlarla ölçülən sərvətləri necə ələ keçiriblər? Ölkə prezidenti çox gözəl bilir ki, bunların hamısı natəmiz yollarla əldə edilib. Ona görə də tərəddüd etmədən “natəmiz sahibkarlar” ifadəsini işlədib. Bilirsiz necədir? Bəzi iş adamları deyilən cameə var, 3-4 nəfərə əl tutublar. Tutalım, kimisə Həcc ziyarətinə yola salıblar, yaxud Ramazanda bir inək kəsib ət paylayıblar. Elə bilirlər ki, sosial sahibkarlıq budur. Əslinə baxanda o deyil, o sadəcə olaraq ianələrdir. Bizdə sosial sahibkarlıqla ianə etməyi qarışdırırlar. Bu prosesin üzərində işlənməlidir və normal məcraya salınmalıdır. Sosial sahibkarlıq formalaşdırılmalıdır. Natəmiz sahibkarlar ortadan çıxarılmalıdır”- deyə İ.Hüseynli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ