Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycanın süd bazarında böyük paradoksun səbəbi nə?..

Image


Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda gündəlik istehlak edilən məhsullar sırasında süd və süd məmulatları xüsusi yer tutur. Təsadüfi deyil ki, bu gün  marketlərdə satılan müxtəlif şirkətlərin qablaşdırılmış və pasterizə edilmiş süd məhsullarına rast gəlmək mümkündür. Amma bütün bunlara baxmayaraq, heyvandarlıqla məşğul olan fermerlər istehsal etdikləri südü satmaqda hələ də böyük çətinliklə üzləşirlər.

Halbuki, yerli istehsal həcmi daxili tələbi tam ödəməyə imkan vermir. İdxalda isə son dövrlərdə müəyyən çətinlik yaranıb. Elə bu səbəbdən fermerlərin istehsal etdikləri südü sata bilməməsi paradoksal bir vəziyyətin yaranması ilə müşayiət edilir.

Qeyd edək ki, məsələ ilə bağlı "Azərbaycan Südçülər Assosiasiyası" İctimai Birliyinin sədri Samir Eyyubov "report" portalına açıqlamasında olduqca maraqlı məqamlara toxunub. Qeyd edib ki, Azərbaycanda süd istehsalı ilə məşğul olan fermerlər məhsullarını sata bilmirlər. Onun sözlərinə görə, satış problemi həll olunmasa, süd istehsalçıları müflis ola bilərlər: "Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana bu ölkələrdən, eləcə də Belarusdan süd məhsularının gətirilməsində ciddi problemlər var. Bu isə yerli südə və süd məhsullarına tələbatı artırmalı idi. Amma bazarda elə bir dəyişiklik yoxdur və fermerlərin məhsulları əllərində qalıb. Deməli, hardansa bazara ucuz məhsullar daxil olur. Şübhəsiz ki, həmin məhsulların keyfiyyəti aşağıdır, bununla belə, yerli istehsalçıların məhsullarını sıxışdırırlar". S.Eyyubovun sözlərinə görə, hazırda azərbaycanlı fermerlər məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif edir, amma müəssisələr yenə də onları almır. Baxmayaraq ki, son vaxtlar südün maya dəyəri də yerində saymayıb: "Azərbaycan heyvan yemini əsasən idxal edir. Son vaxtlar xaricdə yem bahalaşıb və son nəticədə məhsulların maya dəyəri 40% artıb. Amma fermerlər satış qiymətini artırmayıb və əvvəlki qiymətlə zavodlara təklif edirlər. Bununla belə, alış yenə də yoxdur. Halbuki, məhsullar əvvəlki vaxtla müqayisədə heç olmasa 25-30% baha satılmalıdır ki, fermerlər müflis olmasınlar". Portal məsələ ilə bağlı fermerlərin də fikirlərini öyrənib. Bərdə rayonunda olan istehsalçı İbrahim Səfərov deyir ki, məhsul satmaq üçün faktiki olaraq seçim imkanları yoxdur: "Əvvəl məhsulumuzu bir neçə şirkətə satırdıq. İndi cəmi bir şirkət bizdən süd alır. Onlar da qiyməti maya dayərindən aşağı qoyublar, 3,5% yağlılığı olan südün 1 litrini 61 qəpikdən alırlar. Halbuki, əvvəllər 80-85 qəpiyə satırdıq. Seçim olmadığı üçün məcbur olub dedikləri qiymətlə razılaşırıq. Onlar isə bizdən aldıqları qiymətdən təxminən 60% baha olmaqla bazarda məhsul satırlar". Samux rayonunda süd ferması olan Qiyas Həsənov da təxminən eyni sözləri deyir: "Çox çətinliklə süd satırıq. Əvvəl 5 şirkətlə əməkdaşlıq edirdik. İndi 1 şirkətlə zülmlə işləyirik. Həmin şirkət də ürəyi istədiyi qiyməti qoyur. Məcbur olub məhsulumuzu həmin şirkətə satırıq. Bizdə təmiz sağılan çiy süd olur. Quru süd deyil. Heç quru südün mənşəyi də məlum deyil. Şirkətlər quru süd alır. İstehsala da onu qatır. Amma təmiz süd əlimizdə qalır, alan olmur. Əvvəl 70-90 qəpiyə südü satırdıq. İndi 61 qəpiyə südü satırıq. Halbuki, 1 kiloqram yemin qiyməti 35 qəpikdən 65 qəpiyə qalxıb”.

Bütün bunlar südlə bağlı həqiqətən də maraqlı bir durumun yarandığını göstərir. İndi əksər rayonlarda heyvandarlıqla məşğul olan fermerlər istehsal etdikləri məhsulu sata bilmədiklərindən şikayətlənirlər. Maraqlıdır ki, Azərbaycanda süd məhsulları istehsal edən xeyli şirkət fəaliyyət göstərir. Elə isə sual yaranır: fermerlər südü sata bilmirlərsə, bu şirkətlər xammalı hardan əldə edirlər? Hesab edilir ki, bu məsələyə müvafiq dövlət qurumları mütləq aydınlıq gətirməlidir. Hələlik isə əsas fikirlər bundan ibarətdir ki, əhalinin təminatı üçün təbii süd çatışmadığı hallarda, toz halında olan südlərdən istifadə olunur. Aydındır ki, bu süd məhsullarının tərkibində müxtəlif konservantlardan istifadə edilib. Texnoloji yeniliklər vasitəsilə südün tərkibinə xarab olmanın qarşısını alan müxtəlif maddələr qatmaq mümkündür. Həmçinin, yerli istehsalçıların bəziləri öz fəaliyyətlərini standartlara uyğunlaşdıraraq, daha keyfiyyətli məhsul istehsal etmək kimi strategiyalar üzərində qurmurlar. Bu səbəbdən də təbii süd almağa xüsusi maraq göstərmirlər. Hesab olunur ki, emal sənayesinə nəzarət edən qurumların da öhdəliklərini daha diqqətlə yerinə yetirməsi son nəticədə xammal olaraq təbii süddən istifadə həcmini artıra bilər. Onu da bildirək ki, süd məhsulları dünyanın əsas ərzaq bazarından biridir. BMT-nin məlumatına görə, dünya kənd təsərrüfatı məhsulları üzrə ticarətin 14 faizi süd məhsullarının payına düşür. Dünya süd məhsulları sənayesinin həcmi 700 milyard dollara yaxın qiymətləndirilir. Azərbaycana xaricdən süd və süd məhsulları idxalı həmişə yüksək olub. Amma indi bu idxalı əsas etibarı ilə yerli istehsalla əvəzləmək zəruri şərt kimi çıxış edir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ