Bazar günü günü, 11 oktyabr 2026
     

Dünya fəlakət həddində - neft böhranı gəlir, qiymətlər kəllə-çarxa çıxacaq...

Image


Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq bu ölkəyə qarşı sanksiyaların 6-cı paketi üzərində işləyir. Belə bir açıqlama ilə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis çıxış edib:  "Çox şadam ki, Avropa Komissiyası artıq açıq şəkildə bəyan edib ki, biz Rusiyaya qarşı sanksiyaların 6-cı paketi üzərində işləməyə başlayırıq və bu paketə neftlə bağlı seçim də daxil olacaq. Biz artıq konsensus üzərində işləyirik və ümid edirəm ki, bu dəfə razılıq əldə olunacaq. Bizim niyə sanksiyalar tətbiq etdyimizin səbəbini bilmək üçün Kiyevə, Buçaya, İrpinə gedin, orada olanları öz gözlərinizlə görün".

Bundan əvvəl isə Rusiyaya qarşı sanksiyaların beşinci paketi qüvvəyə minib. Aprelin 8-də qüvvəyə minən Avropa İttifaqının beşinci sanksiya paketi Avropa biznesi üçün Rusiyaya neft emalı və mayeləşdirilmiş təbii qazın istehsalı üçün avadanlıq və texnologiyaların tədarükünə qoyulan qadağanı genişləndirib. Avropa İttifaqı ilk dəfə 2014-cü ilin iyulunda Rusiyaya neft hasilatı, o cümlədən də qütb enliklərində və şelfdə hasilat üçün avadanlıq və texnologiyaların tədarükünə məhdudiyyətlər tətbiq edib və yeni sanksiyalar paketi qəbul edildikdən sonra təchizat üçün qadağan olunmuş avadanlıqların siyahısı da genişləndirilib. İndi Avropa İttifaqı öz şirkətlərinə qazın soyudulması və mayeləşdirilməsi sistemləri, maye qaz istehsalı və neft emalı zamanı karbohidrogenlərin fraksiyalara ayrılması üçün avadanlıqlar, neft emalının müxtəlif mərhələləri üçün geniş çeşiddə kimyəvi avadanlıqların Rusiyaya tədarükünə icazə vermir. Sayca 6-cı olacaq sanksiya paketi daha çox Rusiyanın neft sektorunu hədəfə alır. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı neft embarqosu qaçılmazdır: “Hərbi vəziyyəti, müstəqil Ukraynanın bundan sonra da mövcud olması üçün Ukrayna ordusuna və hökumətinə necə kömək edə biləcəyimizi təhlil edirik. Şübhəsiz ki, Rusiyaya qarşı mümkün neft embarqosunun tətbiqini də nəzərdən keçiririk”. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, enerji strukturu ənənəvi olaraq Rusiya ilə bağlı olan ayrı-ayrı ölkələrdə sabitliyin pozulmamasının zəruriliyini başa düşürlər: “Ona görə də ABŞ Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün addımlar atır”. Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden bu məsələ ilə bağlı Avropa liderləri ilə birbaşa təmasdadır: “Biz Avropanı Rusiyanın enerji daşıyıcılarından təmizləmək üçün çalışırıq. Biz Avropaya mayeləşdirilmiş təbii qaz ixracını artırırıq ki, onlar Rusiya qazından asılılığını azaltsınlar. Biz onların Rusiya neftindən asılılığını da azaltmaq üçün addımlar atırıq”. Ceyk Sallivan əlavə edib ki, ABŞ artıq Avropaya qaz ixracını artırır: “ABŞ Rusiyadan asılılığını azaltmaq üçün faktiki olaraq artıq Avropaya qaz ixracını artırır”. Fransanın maliyyə və iqtisadiyyat naziri Brüno Lö Mer də qeyd edir ki, Rusiyaya qarşı artıq tətbiq edilmiş sanksiyalar Avropa İttifaqının yaradılmasından indiyədək ən ağır sanksiyalardır: "Fransaya gəlincə, biz irəliyə getməyə və neft qadağası ilə bağlı qərar verməyə hazırıq. Mən əminəm ki, növbəti addımlar və sonrakı müzakirələr bu məsələ üzərində cəmləşəcək". Lö Mer əlavə edib ki, Avropa Rusiyanın enerji resurslarına embarqo tətbiq etmək üçün birlik nümayiş etdirməlidir.

Amma məsələnin əks tərəfləri də var. Hesab edilir ki, baş verənlər neft böhranı və əsl qiymət şokuna səbəb ola bilər. OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bunu təsdiq edib: “Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin ən nəhəng böhranına səbəb ola bilər. Rusiya neftinin təchizatının dayanması nəticəsində üzləşdiyimiz itkini kompensasiya etmək mümkün olmayacaq”. Onun sözlərinə görə, məhdudiyyətlər gündəlik 7 milyon barrel neft itkisinə səbəb olacaq. Barkindo həmçinin deyib ki, hazırda dünya bazarında yaşanan çalxalanma OPEC-in nəzarətində olmayan faktorlara əsaslanır. O, eyni zamanda Avropa İttifaqı nümayəndələrini enerji məsələlərinə həssas yanaşmağa çağırıb. Rusiya hökumətinin enerji siyasəti sahəsində aparıcı fiquru hesan olunan Aleksandr Novak isə əvvəlki kimi proqnozlaşdırır ki, əgər Avropa neft embarqosu tətbiq edərsə, neftin qiyməti 300 dollara yüksələcək. Dünya iqtisadiyyatı belə yüsksək səviyyəyə tab gətirə bilməz. Pandemiyanın neqativ təsirlərinin yaratdığı yüksək inflyasiyanın, Rusiya-Ukrayna müharibəsi nəticəsində təchizat zəncirindəki pozulmaların ortaya çıxardığı əlavə inflyasiya risqlərinin ardınca 300 dollarlıq neftin yükünü qlobal iqtisadiyyat çəkə bilməz. Qiymətlərin həmin səviyyəyə yüksəlib bir müddət qalması kifayət edəcək ki, dünya iqtisadiyyatı dərin ressesiyaya girsin. Ekspertlər qeyd edir ki, ötən əsrin 70-ci illərin ərəb və Körfəz böhranın ardınca enerji daşıyıcılarının yaratdığı qlobal inflyasiya və onun özüylə bərbər gətirdiyi uzunmüddətli iqtisadi böhranın tarixinə və səbəblərinə baxmaq kifayətdir. Digər tərəfdən Avropa imtina edəcəyi halda belə, Rusiya nefti tamamilə qlobal bazardan çıxmayacaq. Rusiya nefti bazardan çıxmayacaq deyəndə onun bazar coğrafiyasını dəyişəcəyi nəzərdə tutulur. Ekspertlər xatırladır ki, Çin və Hindistanın neft və neft məhsulları üzrə illik istehlakı 730 milyona tona yaxındır. Rusiyanın ümumi ixracatı bu göstəricinin cəmi 30%-ni təşkil edir. Hər iki ölkə Rusiya neftini tam almağa hazır olduqlarını bildirir. Amma istənilən halda sanksiyalar məsələsi neft qiymətini artıracaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ