Cümə axşamı günü, 26 noyabr 2026
     

Dünyada bahalaşma sürətlənir, beynəlxalq təşkilatlardan Azərbaycanla bağlı maraqlı proqnozlar...

Image


Dünya miqyasında ərzaq məhsullarının bahalaşması davam edir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, cari ilin mart ayında dünya ərzaq qiymətləri 1990-cı ildəki rekord səviyyəyə çatıb: “2022-ci ilin mart ayında FAO Ərzaq Qiymətləri İndeksi fevral ayı qiymətindən 17,9 bənd və ya 12,6 faiz artaraq 159,3 bənd təşkil edib və bu, 1990-cı ildən görünməmiş artım nəticəsində indiyədək ən yüksək səviyyəyə çatıb”.

Bildirilir ki, bu artım bitki yağlarının, dənli bitkilərin və ətin rekord qiymət artımı, həmçinin şəkər və süd məhsullarının maya dəyərinin xeyli artması ilə bağlıdır. Bitki yağının qiymət indeksi fevral ayı ilə müqayisədə 23,2 faiz və ya 46,9 bənd artaraq 248,6 bənd təşkil edib. Günəbaxan, palma, soya və raps yağlarının qiyməti artıb. Süd məhsulları da bahalaşıb, onun qiymət indeksi martda 2,6 faiz, taxılın qiymət 17,1 faiz bahalaşıb. Qeyd olunur ki, dünyada buğda idxalının 30 faizə qədəri, qarğıdalı idxalının isə 20 faizi Rusiya və Ukraynanın payına düşür. Həmçinin bitki yağlarının ən böyük ixracatçısı olan Ukraynada gedən müharibə nəticəsində həmin məhsulun qiymətləri 23,2 faizədək - rekord həddə bahalaşıb. Diqqət ona yönəldilir ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar şərqdən qərbə, şimaldan cənuba kimi ölkənin bütün ərazisini əhatə edir. Hər nə qədər Rusiya tərəfi zərbələrin hədəfinin ancaq hərbi obyektlər olduğunu iddia etsə də reallıqda bunun tam əksini görürük. Körpülər, digər yol infrastrukturu, fabrik və zavodlar, kənd təsərrüfatı obyektləri, yaşayış massivləri və digər mülki infrastruktur raket zərbələrinə məruz qalır. ÜDM-nin yarıdan çoxunun formalaşmasında iştirak edən müəssisələr hərbi əməliyyatlar gedən ərazilərdə yerləşir. Ölkə ərazisində təhlükəsizlik səviyyəsinin aşağı düşməsi iqtisadi fəallığa və yük axınlarına mənfi təsir göstərir. Ukrayna qlobal ərzaq təminatında əhəmiyyətli paya malik ölkədir. Dünyanın ən iri taxıl istehsalçılarından biri olan Ukraynanın dünya bazarına taxıl tədarükü müharibədən əvvəlki aylıq 4-5 milyon tondan bir neçə yüz min tona düşüb. Buna səbəb limanların fəaliyyətinin iflic olmasıdır. Belə ki, ənənəvi olaraq taxıl Qara dəniz limanlarından ixrac edilir. Rusiya hərbi gəmiləri isə Ukraynanın dünya bazarı üçün ərzaqla dolu 100-ə yaxın yük gəmisinin Aralıq dənizinə çıxışına imkan vermir. Ona görə ölkə Avropaya taxılı dəmir yolu ilə tədarük edir. Bu yolla isə “köhnə qitə”yə aylıq yalnız 600 min ton taxıl tədarük etmək mümkündür. Bu azmış kimi Ukrayna ümumiyyətlə bu il dünya bazarına taxıl tədarük etməmək niyyətindədir. Bu, taxıl əkinini təşkil etməyin mümkün olmaması və daxili ehtiyatların məhdud olması ilə əlaqələndirilir. Bütün bunlar dünyara rekord bahalaşmaya səbəb olur.  FAO qeyd edir ki, buğda (19,7 faiz) və yem bitkilərinin (20,4 faiz) də qiyməti qalxıb. Artım, ilk növbədə, münaqişə nəticəsində Ukraynadan və daha az dərəcədə Rusiyadan ixracatda yaranan fasilələrlə bağlıdır. Ət rekord qiymətdə bahalaşıb. Ümumiyyətlə, ət məhsulları qiyməti indeksi isə təkcə ötən ay 4,8 faiz, illik isə 19 faiz artaraq 120 bənd təşkil edib. Bu, yeni tarixi rekorddur. Şəkər qiyməti indeksinə gəldikdə, martda sözügedən göstərici aylıq 6,7 faiz, illik müqayisədə isə 22,6 faiz artaraq 110,6 bənd təşkil edib. Rusiya-Ukrayna savaşı, Qərbin Kremlə qarşı sanksiyaları fonunda bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. Bu fonda Azərbaycanı dünya ölkələri ilə üqayisə etdikdə ölkəmizdə vəziyyətin daha yaxşı olması özünü qabarıq büruzə verir.   Dünya Bankının yenilənmiş regional hesabatında da bunu aydın görmək olar. Qurum bildirir ki, bu il Azərbaycanda istehlak qiymətlərinin ortaillik artımının 4,5 faiz təşkil edəcəyi gözlənilir.

Qeyd edilir ki, idxal olunan ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin sürətlə artması və daxili tələbatın bərpası bu il inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Xarici inflyasiya təzyiqlərinin 2022-ci ildə yüksək, daha sonra isə orta səviyyədə qalacağı gözlənilir. Qeyd edək ki, bank 2023-cü ildə ölkədə ortaillik inflyasiyanın 4,1 faizə qədər yavaşlayacağını proqnozlaşdırır. Xatırladaq ki, Asiya İnkişaf Bankının son proqnozuna görə, Azərbaycanda istehlak qiymətlərinin ortaillik artımı 2022-ci ildə 7 faiz təşkil edəcək. 2023-cü ildə isə orta illik infyasiyanın zəifləyərək 5,3 faiz səviyyəsinə enəcəyi proqnozlaşdırılır. Ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7 faiz təşkil edib. Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının real ifadədə 3,1 faiz artacağını da gözləyir.

Qeyd edilir ki, qeyri-enerji sektorunun, münaqişədən sonrakı yenidənqurma da daxil olmaqla, artan dövlət sərmayəsi ilə dəstəklənən iqtisadi artıma təkan verəcəyi gözlənilir.

Xatırladaq ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yenilənmiş gözləntilərinə görə, bu il Azərbaycan iqtisadiyyatı real ifadədə 2,7 faiz  artacaq. Asiya İnkişaf Bankının yenilənmiş proqnozuna əsasən isə, bu il ölkədə real ÜDM-in artım tempi 3,7 faiz təşkil edəcək. 2021-ci ildə isə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6 faiz artıb. İqtisadi aerım əhalinin ərzaqla etibarlı təminatında da mühüm əhəmiyyət kəsb edəcək.  Elə Asiya İnkişaf Bankının  "Asian Development Outlook 2022" hesabatında deyilir ki, Bu il Azərbaycanın kənd təsərrüfatı sektorunda 6 faizlik artım gözlənilir. Hesabatda qeyd edilir ki, Rusiya və Ukraynadan ərzaq məhsullarının təchizatının daralması fonunda dövlətin yanacaq subsidiyaları və lizinq proqramı hesabına daxili kənd təsərrüfatı istehsalının genişlənməsinə təkan veriləcək. Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 9  milyard 163,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdu ki, bu da real ifadədə 2020-ci il ilə müqayisədə 3,4 faiz çoxdur. Cari ildə isə bu göstəricinin daha yüksək hədlə ifadə edilməsi gözlənilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ