Cümə axşamı günü, 26 noyabr 2026
     

Rusiya, İran, Hindistan, Qazaxıstanın əsas diqqəti Azərbaycan üzərində cəmləşir

Image


Qərbin anti-Rusiya sanksiyaları və şimal qonşumuzun Avropa ölkələri ilə yükdaşıma əlaqəsini əngəlləmək üçün birbaşa cəhdlər kontekstində “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyəti və tələbatı sürətlə artır. 

Bütün bunlar fonunda Azərbaycan üzərindən yükdaşımalarda da son həftələr ərzində ciddi artım müşahidə edilir. Ekspertlər bildirir ki, bu proses cari il ərzində daha dinamik xarakter alacaq. Xüsusən də İran və Rusiya, Rusiya və Hindistan arasında ticarət əlaqələrinin yüksəlməsi fonunda.

Bu barədə danışmazdan öncə qeyd edək ki, bu günlərdə Moskvada “İran və Rusiya: ticarət əlaqələrinin inkişafı” mövzusunda konfrans keçirilib. Konfransda 350-dən çox İran və Rusiya şirkətlərinin nümayəndələri iştirak edib. İranın Rusiyadakı səfiri Kazım Cəlali və Rusiyanın Ticarət və Sənaye Palatasının sədri Sergey Ketrin də qatıldığı Konfransda nəqliyyat, sənaye, texnologiya, neft-kimya, tibb sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tehran Rusiya ilə milli valyuta əsasında ticarət əlaqələrini davam etdirmək niyyətində olduğunu açıqlayıb. Bildirilib ki, iki ölkənin beynəlxalq iqtisadi sanksiyalara məruz qalması onların əməkdaşlıq əlaqələrinin daha da yaxınlaşmasını zəruri edir. Konfransda İran və Rusiya arasındakı nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə də baxılıb. Bu fonda xatırladaq ki, İran, Rusiya və Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində yerləşir və onun formalaşmasında aparıcı rola malikdirlər. İranla Rusiya arasındakı dəmir yolu əlaqəsi Azərbaycan üzərindən qurulub. İranda Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) dəmir yolunun tikintisi davam edir. Bu dəmir yolu xəttinin Qəzvin-Rəşt-hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Sanksiyalara baxmayaraq, İran bu yolu inşa edib başa çatdırmaqda israrlıdır. Azərbaycan Astarası ilə İran Astarası arasında dəmir yollu xətti isə çəkilib və Astaraçay üzərindən dəmir yolu körpüsü də salınıb. Bu fonda bəllidir ki, İranla Rusiya arasında ticarət dövriyyəsinin artması yükdaşımaların da artmasına səbəb olacaq. İrandan Rusiyaya və əks istiqamətə yüklər tranzit olaraq Azərbaycan üzərindən daşınacaq ki, bu da rəsmi Bakı üçün büdcə gəlirlərinin artması deməkdir. Bununla yanaşı, Rusiyanın Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə də ticarət əlaqələri mövcuddur. Hindistan Rusiyanın ən yaxın ticarət tərəfdaşıdır. Bu ölkələrlə də həyata keçiriləcək idxal-ixrac əməliyyatları zamanı yükdaşımalar Azərbaycan üzərindən reallaşacaq.

Hazırda Rusiya yeni logistika sxemləri və məhsulların çatdırılmasının yeni üsullarını inkişaf etdirmək niyyətindədir. “STS Logistics" şirkətinin inkişaf üzrə direktoru Vladimir Doroxov bu xüsusda bildirib: “Bəli, indi biz fəal şəkildə yeni çatdırılma marşrutlarını inkişaf etdiririk və marşrutlar üzərində işləyirik – Türkiyə, Özbəkistan, Qazaxıstan, Azərbaycan logistika sxemləri üçün öz variantlarını təklif edir”. Onun sözlərinə görə, indi malların göndərilməsində çətinliklər var ki, bunları dörd əsas komponentlə xarakterizə etmək olar: “Birincisi, yük sahibləri və istehsalçılar müxtəlif səbəblərdən hətta əvvəlcədən haqqı ödənilmiş yükləri də çatdırmaqdan imtina edir. İkincisi, Avropa tədarükçüsü yükü çatdırmağa hazır olsa belə, Avropa gömrüyü onu məhdudlaşdırır, ixrac bəyannaməsini vermir, başqa sözlə, malın birbaşa Rusiyaya ixracına imkan yaratmır. Üçüncüsü, sığorta şirkətləri tərəfindən təkrar sığorta hazırda mürəkkəbləşib. Rusiya şirkətlərini sığortalamaq olar, amma sual tariflərdən gedir – bu neçəyə başa gələcək? Dördüncüsü, daşıyıcının birbaşa imtinasının səbəbi çatdırılmanın mümkünsüzlüyüdür”. Alternativ daşıma marşrutlarına gəlincə, ekspert bildirib ki, Çindən keçən quru marşrutlar çox populyarlaşır: “Cənuba gedən marşrutları nəzərə alsaq, bu gün Hindistandan praktiki olaraq bir alternativ çatdırılma marşrutu var – “Şimal-Cənub” dəhlizimiz, İrandan tranzit. Əgər hər hansı bir şəkildə məhsulları cənubdakı Bəndər-Abbas limanına çatdırmaq mümkün olarsa, sonradan konteynerləri avtomobillə ya Astaraya (Azərbaycan), ya da İranın server limanlarına, məsələn, Ənzəliyə daşımaq və konteynerlərdən ya tent, ya da gəmilərə yükləmək olar”. Bundan başqa, Finlandiya ilə yükdaşımaların bağlanması fonunda Rusiya logistikanı yenidən qurur və alternativ istiqamətlərdə ixrac daşımalarını artırır. Finlandiyaya malların daşınması martın 26-dan dayandırılıb, çünki sanksiyalara görə bu ölkənin "VR Group" dəmiryol şirkəti yük qatarlarının qəbulunun mümkünsüzlüyü barədə RDY-ni xəbərdar edib. Vaqonların Finlandiyadan Rusiyaya qaytarılması hələ də davam edir. Rusiya Dəmir Yolları" alternativ istiqamətlərdə ixracatda artım olduğunu da qeyd edib. Belə ki, martın 16-dan etibarən Azərbaycana orta gündəlik yüklənmə və Azərbaycandan tranzit 20,9 artıb. Digət tərəfdən xatırladaq ki, Azərbaycanla İran arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu” razılaşdırılıb. Yeni kommunikasiya bağlantıları Azərbaycanın tranzit ölkə kimi imkanlarını daha da yüksəldir. Bu arada o da bəlli olub ki, Qazaxıstan da Azərbaycanın tranzit imkanlarından istifadə də əsas maraqlı tərəflərdən biidir. Belə ki, qeyri-sabit geosiyasi və iqtisadi vəziyyət fonunda Qazaxıstan ərazisindən tranzit daxil olmaqla, yükdaşımaların həcmi artır. Qazaxıstan mətbuatı yazır ki, hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Azərbaycan və Gürcüstan ərazisindən keçən TRACECA vasitəsilə yükdaşımalarının istiqamətləndirilməsi üzrə işlər aparılır: “Qazaxıstanın infrastrukturu bəzi həll olunmamış problemlərlə üzləşib ki, onları modernləşdirmə və tikinti yolu ilə həll etmək olar”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ