Bazar günü günü, 16 avqust 2026
     

Beynəlxalq təşkilatlar borclarla bağlı həyəcan təbili çalır, Azərbaycan da baş verənlərə biganə deyil

Image


Dünya iqtisadiyyatında yaşanan gərginlik müxtəlif ölkələrin borc problemini də sürətlə dərinləşdirir. Böyük Britaniyanın “Janus Henderson” idarəçilik şirkəti qeyd edir ki, mövcud vəziyyətdə artıq bu ilin yekununa görə dünyanın məcmu dövlət borclarının məbləği tarixin ən yüksək həddinə çata bilər.Belə ki, həmin göstəricinin il ərzində 9,5 faiz artaraq 71,6 trilyon dollara çata biləcəyi güman edilir.

Bununla yanaşı, ölkələrin dövlət borclarına çəkdiyi məsrəflərin də il ərzində 14,5 faiz, yəni 1,16 trilyon dollar arta biləcəyi qeyd olunur. Ötən il dünyanın məcmu dövlət borcu 7,8 faiz artaraq 65,4 trilyon dollara çatmaqla yanaşı, həmin borclarla bağlı məsrəflərin həcmi 1 trilyon dollar kimi tarixin ən aşağı həddinə enib. Amma indi vəziyyət dəyişir. Qeyd edilir ki, sözügedən göstəricinin artımında əsas pay sahibi Çin, Yaponiya və ABŞ olacaq, yəni sözügedən ölkələr bu il ən çox borclananlardan olacaq. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi isə bildirir ki, bu il 137 ölkənin dövlət borcu daha 10,4 trilyon dollar artacaq. Sözügedən borclanma səviyyəsi pandemiyadan əvvəlki - 2016-2019-cu illərin orta göstəricisindən təxminən 30 faiz çoxdur. Qurumun analitikləri qeyd edir ki, qlobal iqtisadiyyatın bərpasına baxmayaraq, yüksək tələblər və Ukraynadakı müharibə səbəbindən borclanma yüksək səviyyədə qalacaq, lakin təkcə 2020-ci ilin göstəricisi ilə müqayisədə 30 faiz aşağı olacaq. Beynəlxalq Valyuta Fondu da bildirir ki, inkişaf etməkdə olan bazarlar və aşağı gəlirli ölkələrdə də  yüksək dövlət borcu artımı müşahidə edilir. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) isə bəyan edir ki, Ukrayna müharibəsi və ölkələrin son aylarda apardıqları makroiqtisadi siyasətlərindəki dəyişikliklər səbəbilə bu il üzrə qlobal iqtisadi artım proqnozunu 1 faiz bəndi azaldaraq 3,6 faizdən 2,6 faizə endirib. UNCTAD-ın yenilənmiş “Ticarət və İnkişaf” hesabatına əsasən, bu il Rusiyada dərin tənəzzül yaşanacaq, ancaq Qərbi və Mərkəzi Avropa, Cənub və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində isə iqtisadi artımda əhəmiyyətli yavaşlamalar gözlənilir: “Ukraynada davam edən müharibə, 2021-ci ildə bir sıra inkişaf etməkdə olan ölkələrdə inflyasiya təzyiqləri səbəbilə pul-kredit siyasətinin sərtləşdirilməsi inkişaf etmiş ölkələrdəki oxşar hərəkətləri gücləndirəcək və gələcək büdcələrdə də xərclərin azaldılmasına səbəb olacaq. Qlobal tələbatın zəifləməsi, beynəlxalq səviyyədə qeyri-kafi siyasət koordinasiyası və pandemiya səbəbi ilə yüksələn borc səviyyələrinin yüksəlməsi, bəzi inkişaf etməkdə olan ölkələri tənəzzül və dayanan inkişaf spiralına yönəldəcək maliyyə şok dalğaları yarada bilər”.

UNCTAD-ın baş katibi Rebeka Qrinspan bildirib ki, Ukrayna müharibəsinin iqtisadi təsirləri qlobal miqyasda davam edən iqtisadi azalmanı dərinləşdirəcək və koronavirus pandemiyasından sonrakı bərpanı zəiflədəcək: “Maliyyə bazarında davamlı fasilələr olmasa belə, inkişaf etməkdə olan iqtisadiyyatlar artımda ciddi məhdudiyyətlərlə üzləşəcəklər. Pandemiya zamanı dövlət və özəl borc ehtiyatları artıb. Orta gəlirli inkişaf etməkdə olan ölkələrdə yüksək korporativ leveric və artan ev təsərrüfatlarının borcları da daxil olmaqla pandemiya zamanı gözdən qaçan məsələlər, siyasət sərtləşdikcə yenidən gündəmə gələcək”. UNCTAD qeyd edir ki, inkişaf etməkdə olan ölkələrin bu il üzrə xarici dövlət borcu üzrə xidmət tələblərini ödəmək üçün 310 milyard  dollara ehtiyacları olacağı proqnozlaşdırılır ki, bu da, 2020-ci ilin sonuna ödənilməmiş xarici dövlət borcu ehtiyatının 9,2 faizinə bərabərdir: “Pandemiya səbəbi ilə yaşanan problemlər azalarkən, geosiyasi böhran ölkə daxili etimada zərbə vurub. Qiymət artımlarının əlavə təzyiqi, fiskal tərəfi də daxil olmaqla, inkişaf etmiş iqtisadiyyatlarda siyasi reaksiya çağırışlarını gücləndirir və iqtisadi artımda gözləniləndən daha kəskin yavaşlama təhlükəsi yaradır. Ərzaq və yanacağın qiymətlərinin yüksəlməsi, inkişaf etməkdə olan ölkələrdə ən həssas təbəqələrə dərhal təsir göstərəcək və gəlirlərinin çox hissəsini ərzağa xərcləyən ev təsərrüfatları üçün aclıq və çətinliklə nəticələnəcək. Amma alıcılıq və real xərcləmə qabiliyyətinin azalması son nəticədə hər kəs tərəfindən hiss olunacaq. Ərzaq və yanacaq idxalından çox asılı olan bir çox inkişaf etməkdə olan ölkələrdə təhlükə daha ciddidir, çünki yüksək qiymətlər dolanışıq qaynaqlarını və investisiya axınlarını təhdid edir, ticarət balansının kəsirinin genişləndirilməsi riskini artırır. İnvestorlar təhlükəsiz sığınacaq axtardıqca əmtəə, valyuta və istiqraz bazarlarında qeyri-sabitlik, inkişaf etməkdə olan iqtisadiyyatların maliyyə öhdəlikləri üzərindəki daha yüksək risq marjı ilə birlikdə kapitalın çıxışını sürətlədirib”. Bütün bunlar təşkilata görə borclarla bağlı problemləri dərinləşdirir. Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan dünyada indiki problemlər fonunda borclanma səviyyısini azaltmağa çalışır. Xatırladaq ki, hələ 2018-ci ildə prezident İlham Əliyevin təsdiq etdiyi "Dövlət borcunun idarəedilməsi strategiyası"na uyğun olaraq ölkəmizdə dövlət borcunun strukturu dəyişir. Strategiyada nəzərdə tutulur ki, tədricən xarici dövlət borcunun xüsusi çəkisi ümumi dövlət borcunda azaldılsın. Digər tərəfdən Azərbaycan büdcə kəsirinin maliyyələşdirilməsində xarici borclanmanı kəskin azaldır. “Büdcə sistemi haqqında” qanuna görə, büdcə kəsirinin maliyyələşməsi dövlət borcu və digər mənbələr hesabına həyata keçirilir. Bu il Azərbaycanın dövlət büdcəsinin kəsirinin 3 milyard 63 milyon manat təşkil edəcəyi gözlənilir ki, bunun da 35,9%-i xarici və daxili borclanma hesabına aradan qaldırılacaq. Bu, 2021-ci illə müqayisədə 37 faiz bəndi azdır. 2022-ci ildə büdcə kəsrinin 41%-i isə vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək. Təhlillər göstərir ki, prioritet hesab olunan transmilli  layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. Hətta dövlətin borc strategiyasında xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faiz, 2030-cu ildə isə 10 faiz olacağı proqnozlaşdırılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ