Bazar günü günü, 11 oktyabr 2026
     

Dünya iqtisadiyyatında vəziyyət gərginləşir, Azərbaycanın preventiv tədbirləri isə nəticələrini verir

Image


Bəlli olduğu kimi, cari ilin fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başladı.  Buna cavab olaraq da Rusiya analoji addımlar atdı. Qarşılıqlı sanksiyalar və embarqolar öz növbəsində dünya iqtisadiyyatına ciddi zərər vurmağa başlayıb.

Dünya üçün ərzaqla təminat sarıdan artıq ciddi çətinliklər qeydə alınır. Hətta iddialar səslənir ki, Avropa İttifaqının sakinləri aclıq təhlükəsi ilə üzləşə bilər. Bu fonda Polşanın keçmiş baş naziri Donald Tusk öz ölkəsində çörəyin qiymətinin yaxın gələcəkdə dörd dəfə arta biləcəyini proqnozlaşdırır. Buna səbəb Ukraynada əkin kampaniyasının pozulmasıdır. Digər təhlükəli tendensiya isə yanacaq qiymətinin artması ilə əlaqədardır. Avropa İttifaqı Rusiyaya güzəştə getməsə, rublla qaz almasa, qiymətlər daha da artacaq. Bu, enerji və avtomobil yanacağının qiymətinə də təsir edəcək. Rusiya isə ərzaq və digər məhsulları yalnız dost ölkələrə tədarük edəcək: həm rubl, həm də razılaşdırılmış nisbətdə milli valyutası ilə. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dost olmayan ölkələrdən Rusiyaya idxalı qadağan edilən məhsulların siyahısını genişləndirməyi təklif edərək, Rusiyanın belə ölkələrdən məhsullar satın almayacağını bildirib. O xatırladıb ki, Rusiya kənd təsərrüfatı məhsullarının ixracı real silah ixracını üstələyir. Keçən il bu, 37 milyard dollardan çox olub. Bütün bunlar dünya miqyasında iqtisadi çətinliklərin iqyasını sürətlə genişləndirir. Hətta bir sıra ölkələrin ciddi iqtisadi tənəzzüllə üzləşməsi qaçılmaz hesab edilir. Amma bir sıra ölkələr üçün durum fərqli olacaq. Məsələn, Asiya İnkişaf Bankı bildirir ki, dünya miqyasında yaşanan çətinliyə rəğmən, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempi 3,7 % olacaq. Qurumun yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri 2022” hesabatında bildirilir ki, gələn il Azərbaycan iqtisadiyyatı 2,8 % böyüyəcək.

Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 %, 2023-cü il üçün 5,1 % səviyyəsində proqnozlaşdırır. Xatırladaq ki, bu ilin 2 ayında Azərbaycanda istehsal olunmuş ÜDM-in dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % artaraq 19 milyard 175,2 milyon manata, o cümlədən qeyri neft-qaz ÜDM-nin dəyəri 10,1 % artaraq 9 milyard 689,9 milyon manata çatıb. Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 910 manat olub ki, bu da illik müqayisədə 6,3 % çoxdur. Asiya İnkişaf Bankı diqqəti ona da yönəldir ki, neft qiymətlərinin yüksək olması səbəbindən Azərbaycan manatının məzənnəsi sabit qalacaq və bu da iqtisadi inkişaf üçün mühümdür. Qurum bu xüsusda qeyd edir: “Azərbaycan Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir, hərçənd, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə, monetar siyasət yumşaldıla bilər”. Asiya İnkişaf Bankı qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı depozit hərracları və notların buraxılışları vasitəsilə yerli valyutada izafi likvidliyin sterilləşdirilməsi, tədavüldə olan valyutanın məbləğinin nəzarət altında saxlanması və manatın məzənnəsinin azalmasına səbəb ola bilən  təzyiqlərin tənzimlənməsi yolu ilə pul bazarına müdaxilələrini davam etdirəcək. Xatırladaq ki, manatın dollara qarşı məzənnəsi sabit olaraq qalır. Uçot dərəcəsi hazırda 7,75%, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% təşkil edir. 2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri ortaillik müqayisədə 12,2% artıb. Ötən il Azərbaycanda ortaillik inflyasiya isə 6,7% təşkil edib. Ümumiyyətlə, Azərbaycanın qonşu ölkələrində valyuta sabitliyi ilə bağlı vəziyyət fərqlidir. Bu il ərzində qonşularımızda milli valyutalara devalvasiya təzyiqlərinin daha da artması gözlənilir ki, bu da inflyasiyanı tətikləyən əsas faktorlardan hesab olunur.  Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyədə milli valyutanın dəyərsizləşməsi prosesinin bu il də davam etməsi gözlənilir. Amma ölkəmizdə vəziyyət fərqli xarakter daşıyacaq, Azərbaycan manatı xarici valyutalara, xüsusən də ABŞ dollarına nisbətdə sabit həddə qalacaq. Real vəziyyətin təhlili, proseslərin inkişaf axarı göstərir ki, manatın kursuna təsir göstərə biləcək hər hansı fundamental risk mövcud deyil. Xarici ticarətdə müsbət saldo mövcuddur. Dünya enerji bazarlarında qiymətlər proqnozlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Bu da enerji resurslarının ixracatçısı kimi Azərbaycana daha çox valyuta qazandırır. Bundan başqa, qeyri-neft sektorunun dinamik inkişafı, bu sahə üzrə ixracatda böyük artım, ölkəmiz üzərindən tranzit yükdaşımaların çoxalması, birbaşa xarici investisiyaların cari il ərzində də yüksək hədlə ifadə olunacağının proqnozlaşdırılması, bu qəbildən olan digər hallar manatın kursunun sabitliyini şərtləndirəcək əsas faktorlar olacaq. Milli valyutanın sabitliyi inflyasiya riskini azaltmaqla yanaşı, iqtisadi inkişafın dinamikliyinə də mühüm təkan verir. Daha bir önəmli məqam Azərbaycanın böyük həcmdə strateji valyuta ehtiyatlarına malik olmasıdır. Ötən ilin yekunlarına əsasən, valyuta ehtiyatlarının miqdarı daha 2,2 milyard ABŞ dolları artıb və 53 milyard dolları keçib. Nəhəng valyuta ehtiyatı da manatın sabit məzənnədə qalmasına səbəb olan faktorlardandır. Azərbaycan dünya miqyasında ən az xarici borca malik olan ölkələrdən biridir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və ötən il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb. Cari il ərzində bu rəqəmin daha da azalması, 2025-ci il ərzində ümumi daxili məhsula nisbətdə 12 faizə düşməsi gözlənilir. Bu da milli valyutanın dayanıqlığına təkan verən mühüm amillərdən biridir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ