Cümə axşamı günü, 26 noyabr 2026
     

Yerli taxıl istehsalının artırılması zərurətə çevrilir, əks halda...

Image


Dünyada taxıl təminatı ilə bağlı vəziyyət getdikcə mürəkkəbləşir. Rusiyadan sonra Qazaxıstan da taxıl ixracına məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Belə ki, Qazaxıstan daxili bazarın müdafiəsi üçün taxıl və un ixracını müvəqqəti olaraq məhdudlaşdırmaq məsələsi üzərində işləyir.

Ölkənin kənd təsərrüfatı naziri Erbol Karaşukeyevin  sözlərinə görə, bu tədbir yerli istehsalçıların dəyirmançılara taxıl satmaq istəməməsi ilə bağlıdır: “Rusiya dənli bitkilərin ixracına qadağa qoyub, biz vəziyyəti görür, nəzarətdə saxlayırıq. Bizim taxıl balansımız hazırda müsbətdir və müsbət olaraq qalacaq. Daxili bazarımıza yetəcək, ixrac üçün də qalacaq. İxracatçılar taxılı yerli bazarda satmaq istəmir, ixrac qiymətlərinin nə vaxt artacağını gözləyirlər”. Məhdudiyyətlərin tətbiqinin konkret müddətləri hələlik açıqlanmır. Xatırladaq ki, daha əvvəl Rusiya hökuməti cari il iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına, avqustun 31-dək isə Aİİ-dən kənar şəkər ixracına müvəqqəti qadağa qoyub. Bütün bunlar Azərbaycanda da diqqətlə izlənilir. Çünki Azərbaycanın ərzaqlıq buğda idxal etdiyi əsas ölkələr qismində məhz Rusiya və Qazaxıstan çıxış edir. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 1,9 milyon tona yaxın buğda istehsal edilib. Bu, 2020-ci illə müqayisədə təxminən 1% çox olsa da, ölkənin tələbatından azdır. Belə ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3 milyon tondan bir qədər çoxdur. Son nəticədə ölkə hər il 1 milyon tondan çox buğda idxal edir. Bunun 90%-dən çoxu Rusiyadan, digər hissəsi isə Qazaxıstandan və Ukraynadan gətirilir. Ukraynadan bu il idxal sözügedən ölkə ərazisində gedən münaqişə səbəbindən mümkün olmayacaq. Rusiya və Qazaxıstan da ixracı məhdudlaşdırır. Ekspertlər qeyd edir ki, Azərbaycan ilk olaraq Rusiyadan buğda idxalını davam etdirməyə çalışacaq. Xatırladaq ki, 2017-ci ildə Rusiya ABŞ və Kanadanı ötüb keçərək, ən iri buğda istehsalçısına çevrilib. Son illərdə dünya bazarında taxıl məhsulları və buğda ixracının müvafiq olaraq 10-13%-i və 20-23%-i (38 milyon ton) Rusiyanın payına düşür. Bununla ölkə 1991-ci ildə ən böyük qlobal idxalçıdan 2021-ci ildə dünyanın ən iri buğda ixracatçısına çevrilib. Hazırda Yaxın Şərq və Afrikanın buğda tələbatının 30%-ni, Asiya ölkələrinin isə ehtiyaclarının 10%-ni Rusiya ödəyir. Rusiya, neft-qaz ehtiyatlarında olduğu kimi, indi də taxıl ixracındakı dominantlığından iqtisadi təzyiq və sövdələşmə aləti kimi istifadə edir. Məsələn, 2016-cı ildə OPEC çərçivəsində hasilatın azaldılmasına dair Səudiyyə Ərəbistanının təklifi ilə razılaşan Rusiya tezliklə bu ölkənin taxıla tələbatının 10%-dən çoxunu təmin edib. Hazırda Rusiya illik 127 milyon ton taxıl istehsalını 2025-ci ilə qədər 140 milyon tona çatdırmaq niyyətindədir. Bu halda Rusiya müttəfiqi olan Azərbaycana taxıl ixracını əvvəlki kimi davam etdirə bilər.

Bununla yanaşı, ekspertlər hesab edir ki, Azərbaycan Rusiyadan idxala alternativ axtarmalı, həm də  yerli istehsalı bir qədər də inkişaf etdirib ozünün buğda asılılığına son qoymalıdır. Amma kəmiyyətlə yanaşı, keyfiyyətə də diqqət yetirilməlidir. Hazırda Azərbaycanda buğda istehsalı üzrə məhsuldarlıq hər hektardan 32 sentnerdir. Bunu ilkin mərhələdə azı 40 sentnerə çatdırmaq zəruridir. Bundan başqa, buğda istehsalının həcmi tələbatın 60%-i qədər olsa da, bunun təxminən yarısı keyfiyyət meyarlarına cavab vermir. Bu məsələni də həll etmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi isə bu fonda bəyan edir ki, Azərbaycan tədricən buğdaya olan tələbatın tam ödənilməsi hədəfinə doğru gedir. Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, bu istiqamətdə bir sıra işlər görülüb və görülür: "Fermerlərə aqrotexniki qaydalara riayət edilməsi ilə bağlı təlimlər təşkil etmişik. Orta və iri şirkətlərin pilot suvarma sistemlərinin tətbiqi ilə məhsuldarlığı artırması hesabına bu il buğda istehsalında məhsuldarlığın artmasını gözləyirik. İşğaldan azad edilmiş ərazilərdəki əkin sahələri də öz töhfəsini verəcək. Bu il üçün 1 milyon hektardan çox ərazidə payızlıq dəmyə əkinləri həyata keçirilib. Bunun 602 min hektarı buğdadır, 400 min hektarı arpadır. Bu isə ötən illə müqayisədə 1,2% artım deməkdir. Normal qaydada əkin prosesi həyata keçirilib”. Bununla yanaşı, hesab edilir ki, taxıl, xüsusən də buğda əkimi üçün fermerlərin stimullaşdırılması da xüsusi diqqət mərkəzində yer almalıdır. Məsələn, onlara verilən subsidiya artırılmalıdır. Məhz bu halda xarici bazarlarda baş verənlərin Azərbaycaan təsiri minimal həddə ola bilər. İndilikdə isə hökumət narahatlığa əsas görmür. Hökumətbildirir ki, artıq ölkədə ərzaq ehtiyatının yaradılması ilə bağlı çox ciddi addımlar atıb. Bütün qarşıya çıxacaq risklər nəzərə alınıb və bununla əlaqədar olaraq, ölkədə hər hansı bir gərginliyin yaşanacağı proqnozlaşdırılmır. Belə ki, konkret taxıl ehtiyatları ilə yanaşı, vətəndaşların ay ərzində taxıl istehlakı da hesablanıb və buna uyğun ehtiyat yaradılıb. Lakin istənilən halda,  Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün yerli istehsala diqqəti artırmaq lazımdır. Özü də  Azərbaycanın iqlim şəraiti daxili istehsal hesabına buğdaya olan tələbatı ödəməyə imkan verir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ