Bazar günü günü, 11 oktyabr 2026
     

Manat-rubl tandemi Rusiya ilə ticarətdə dolları arxa plana atır…

Image


Ukraynaya görə Qərb və Rusiya arasında yaşanan çəkişmə maliyyə sferasında da özünü qabarıq büruzə verir. Elə bu fonda Rusiya rublla ticarət əlaqələrini genişləndirməyə çalışır. Rusiyanın milli valyutalar üzərindən ticarət aparmaq istədiyi ölkələr sırasında Azərbaycan da yer alır. Ümumiyyətlə, Azərbaycan milli valyutalar üzərindən ticatəti mümkün hesab edir.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Rusiya ilk mərhələdə məhz MDB ölkələri, xüsusən də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərlə rubl üzərindən ticarəti genişləndirməyi düşünür. Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev bu xüsusda qeyd edir: “Avrasiya İqtisadi İttifaqı ölkələrinin ticarətində rublun payı artıq üçdə ikini keçir və onu daha da artırmaq imkanı var. Əgər qarşılıqlı ticarətdən danışırıqsa, o zaman Aİİ ölkələrinin daxili qarşılıqlı hesablaşmalarında ciddi irəliləyiş əldə olunub: 2013-cü ildən 2020-ci ilə qədər olan dövrdə milli valyutalarla ödənişlər 63 faizdən 74 faizə yüksəlib. Rusiya Belarusla ticarətin 82, Qazaxıstanla 63, Qırğızıstanla isə 58 faizini rublla ödəyir”. Onun sözlərinə görə, Rusiyanın milli valyutadan istifadə imkanları bununla məhdudlaşmır: “Aİİ-nin qarşılıqlı ticarətində rublun payı əhəmiyyətlidir, lakin Qırğızıstan kimi, məsələn, ticarət dövriyyəsinin 40 faizi dollarla aparılan ölkələrdə onu artırmaq imkanları var. Qazaxıstan və Belarusda ikinci mühüm hesablaşma valyutası dollardır və bu valyuta ilə hesablaşmalar Rusiyanın həmin ölkələrlə ticarət dövriyyəsinin müvafiq olaraq 28 və 9 faizini təşkil edən”. Eyni zamanda, nazir etiraf edib ki, Aİİ-nin Rusiyadan kənar ticarətində rublun yayılma səviyyəsi xeyli aşağıdır. Lakin indi Rusiya bunu da kompensasiya etməyə çalışır və bu ölkənin öz qazını Avropaya məhz rublla satmaq niyyəti qeyd edilənlərin faktiki göstəricisidir. Artıq bəzi Avropa ölkələri Rusiya ilə ticarəti məhz rublla aparmağa razılıq verib. Məsələn, Latviyanın “Latvijas Gaze” şirkəti Rusiya qazının pulunu rublla ödəmək imkanını nəzərdən keçirir. Şirkət bu xüsusda bildirir: “İlkin təəssürata görə, Rusiya rublu ilə hesablaşma proseduru rəsmi olaraq sanksiyalar rejimini pozmur və bu mümkündür”. Təşkilat əlavə edib ki, hazırda yeni ödəniş üsulunun hüquqi bazası formalaşdırılır. Halbuki, daha əvvəl “Latvijas gāze”nin idarə heyətinin sədri Aigars Kalvitis Rusiyadan təbii qazın tədarükü üçün ödənişin rublla mümkün olmadığını bildirib. O, ödənişlərin müqavilədə avro ilə nəzərdə tutulduğunu əsas gətirib. Lakin şirkət indi mövqeyini dəyişir.  Slovakiya da rublla ödənişi mümkün hesab edir. Bu xüsusda Slovakiyanın iqtisadiyyat naziri Riçard Sulik bildirib: “Rusiyadan təbii qazın alışını dayandıra bilmərik. Rusiyadan qaz alışı üçün rublla ödəniş etmək lazım gələcəksə, bunu edəcəyik. Slovakiya qaz ehtiyacının 85 faizini Rusiyanın hesabına qarşılayır. Qaz aldığımız ölkələrə yenidən nəzər yetirilməsinin tərəfdarıyıq, lakin bu, bir neçə il davam edə bilər”. Hesab edilir ki, Rusiyadan rublla qaz alan ölkələrin sayı artacaq. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya təbii qazdan sonra digər məhsullar üçün də rublla ödəniş sisteminə keçməyə hazırlaşır: “Rusiya təbii qaz ixracatında tətbiq edilən rubl ödəniş sisteminin digər ixrac məhsullarında da tətbiq olunacağına əmindir”.

Peskov “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamalarında Rusiyaya qarşı sanksiyalar və Rusiya qazının ixracı üçün yeni tətbiq edilən rubl ödəmə sistemi ilə bağlı qiymətləndirmələr də edib.  Ölkəsinə qarşı tarixin ən əhatəli sanksiyalarının həyata keçirildiyinə diqqət çəkən Peskov qeyd edib: “Bu, beynəlxalq ödənişlərin onurğa sütunu olan dollar və avroya inamın aşınmasıdır və aşınma prosesi sürətlənir. Bu prosesi dayandırmaq olmaz, daha da artacaq”. Rusiyanın təbii qaz ixracatından əldə edilən gəlirləri “ələ keçirməmək” üçün rubl ödəmə sisteminə keçdiklərinə diqqət çəkən Peskov bildirib:  “Bu sistemin gələcəkdə digər mal qruplarına da tətbiq olunacağından şübhəm yoxdur. Xarici ticarət əlaqələrimizdə daha çox yer tutacaq. Rusiyanın tam qlobal təcridindən söhbət gedə bilməz. Müasir dünyada bu, texnoloji cəhətdən mümkün deyil və dünya Avropadan çox böyükdür. Rusiyanın özü də Avropadan çox böyükdür. Amma xaricdəkilər bunu istəsələr də, istəməsələr də gec-tez biz dialoqa getməli olacağıq”. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə hesab edir ki, Moskvanın  rublla qaza görə təklif etdiyi ödəniş sxemi ədalətlidir: "Avropaya qaz nəqlinə gəlincə, ölkə prezidenti fərman imzalayıb, məncə, Qərb ölkələri üçün məqbul olan şərtlər var. Fakt budur ki, onlar bizə pulu xarici valyuta ilə verirlər, sonra da hesablarımızı dondururlar. Ona görə də Rusiya tərəfindən təklif olunan sxem ədalətlidir. Bu bizə ödənişləri rublla almağa imkan verəcək". Beləliklə, baş verənlər rublun əhatə dairəsinin genişlənməkdə olduğunu göstərir.  Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu fonda qeyd edir ki, Azərbaycanla ticarət sahəsində ödənişlər məhz milli valyutalarla reallaşa bilər. Boçarnikovun sözlərinə görə, 2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 20% artıb. O, əmtəə dövriyyəsinin artım perspektivlərinin kifayət qədər müsbət olduğunu deyib: “İndi bank sahəsində milli valyutalarda əməkdaşlığı genişləndirmək niyyətindəyik.  Artıq bu istiqamətdə müəyyən müsbət addımlar atılıb”. Onu da xatırladaq ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə  əsasən, Rusiya və Azərbaycan milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar. Rus ekspert Aleksandr Karavayev bunlarla bağlı bildirir ki, Rusiya 2014-cü ildən Qərbin sanksiyaları altındadır və belə “stressli” vəziyyətlərdə bir çox ölkələr, o cümlədən Azərbaycan, Türkiyə ilə vaxtaşırı milli valyutada hesablaşmalar həyata keçirir: “Biz bunu indi də davam etdirəcəyik, xüsusən də bu bənd Rusiya və Azərbaycan liderlərinin fevralda imzaladığı bəyannaməyə daxil edildiyi üçün. Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla, xüsusən də onun SWIFT-dən ayrılması, eləcə də Rusiyanın “Visa” və “MasterCard” kartlarının xaricdə fəaliyyətinin dayandırılması ilə əlaqədar Rusiya və Azərbaycanda bəzi problemlər yaranıb. Ölkələrimiz arasında ikitərəfli ticarəti həyata keçirən bankların üzərinə isə məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün yeni kanallar tapmaq tapşırılıb. Hazırda biz vəziyyəti həll etmək üçün variantlar axtarırıq. Amma bu məsələ həll oluna bilər. Göründüyü kimi, Rusiya və Azərbaycan Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə dair razılığa gələcəklər. Bundan əlavə, rublun dollara nisbəti əsasında bağlanmış rubl müqavilələrinin yenidən hesablanmasına ehtiyac var”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ