Bazar günü günü, 11 oktyabr 2026
     

Dünyada ərzaq çatışmazlığı kritik həddə böyüyür, Azərbaycan preventiv tədbirlərə start verdi

Image


İqlim dəyişikliklərinin ardınca son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır. Qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranması isə qiymət artımını daha da sürətləndirir.

Bundan başqa, bir çox ərzaq məhsullarının ixracında yaranan probemlər və qoyulan qadağalar da vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Məsələn, məlumdur ki, Rusiya hökuməti cari il iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına, avqustun 31-dək isə Aİİ-dən kənar şəkər ixracına müvəqqəti qadağa qoyub.

Taxıl qadağası buğda, meslin, çovdar, arpa və qarğıdalıya şamil edilir. Rusiyada bildirilir ki, qərar daxili ərzaq bazarını xarici məhdudiyyətlər qarşısında qorumaq üçün qəbul edilib. Həmçinin qeyd olunur ki, şəkər və taxıl ixracı üçün bir sıra istisnalar nəzərdə tutulub: "Belə ki, bu məhsulların Rusiyadan kənarda tədarükü, o cümlədən humanitar yardımın göstərilməsi üçün, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq".  Bunlara paralel olraq Ukraynada ixracla bağlı vəziyyətin daha da pisləşməsi müşahidə edilir. Ukraynanın “APK-inform” profil portalında dərc olunmuş analitik məqalədə bildirilir ki, ölkə qış dənli bitki əkinlərinin 41 faizini və yazlıq əkin sahələrinin 39 faizini itirə bilər. Müharibə səbəbindən ölkədə praktiki olaraq bütün aqrar sektor risq altındadır: “Baş nazir Denis Şmiqal “Telegram” kanalında dərc edilən videomüraciətində bildirib ki, hökumətin “ehtiyatlı proqnozlarına” əsasən yazlıq əkinlərin itkiləri 20 faizdən çox olmayacaq. Amma bizim təxmin etdiyimizə görə, 2022-ci ildə yazlıq bitkilərin əkin sahələri ümumilikdə 4,7 milyon hektar ola bilər ki, bu da ötənilki göstəriciyə (7,7 milyon hektar) nisbətən 39 faiz azdır”. Daha çox itki qış dənli bitkilərin məhsul yığımında gözlənilir. Bu, 41 faizə çata bilər və 3,1 milyon hektara uyğun gəlir. Məqalədə dəqiqləşdirilir ki, söhbət ilk növbədə Xerson, Donetsk, Luqansk, Zaporojye, Xarkov, Sum, Çerniqov və Kiyev vilayətləri haqqında gedir. Xatırladaq ki, Ukrayna kənd təsərrüfatı məhsullarının ən böyük ixracatçılarından biridir. 2021-ci ildə o, 12 milyard dollarlıqdan çox dənli bitki ixrac edib. Amma cari ildə bu rəqəm xeyli azalacaq. Bir müddət öncə Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, müharibə səbəbindən əkin kampaniyasına başlamaq mümkün olmadığı üçün kənd təsərrüfatı məhsullarının ixracında problemlər yarana bilər.

İxracla yanaşı, dənli bitkilərin istehsalında istifadə edilən gübrənin bahalaşması da prosesə mənfi təsir edir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda qlobal gübrə bazarında yaranmış tədarük çatışmazlığı bu məhsulun qiymətini rekord həddə çatdırıb. Son 1 ildə əmtəə birjalarında təkcə azot gübrəsinin 1 tonu 250 dollardan 650 dollara qədər bahalaşıb, bu isə 2,6 dəfə qiymət artımı deməkdir. Digər gübrələrin də qiymətləri yerində saymayıb. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, son vaxtlar ammonyak gübrəsinin qiymətində 3,3 dəfə, karbamid gübrəsinn qiymətində isə 2 dəfə artım olub. Gübrə istehsalında istifadə olunan ammonyak, azot, nitrat, fosfat, kalium və sulfat isə 30%-ə qədər bahalaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ötən il Rusiya dünyada azot gübrəsinin birinci, kalium və fosfor gübrələrinin isə ikinci ən böyük ixracatçısı olub. Ukrayna ilə müharibəyə görə qonşu ölkədən gübrə ixracı tam dayanmasa da, tədarük zənciri ciddi şəkildə pozulub. Nəticədə gübrə bazarında 14% paya malik olan Rusiyadan məhsul idxal etmək çətinləşib. Gübrəni kəskin bahalaşdıran digər amil isə son vaxtlar dünyada, o cümlədən Avropada təbii qazın qiymətinin xeyli artmasıdır. Gübrə istehsalında "mavi yanacaq" önəmli rol oynayır. FAO  qeyd edir ki, bütün bunlar dünyanın ərzaq vəziyyətinə zərbə vurur: “Bundan əlavə Rusiya və Ukrayna birlikdə, xüsusilə taxıl – buğda, çovdar və qarğıdalı, günəbaxan və kolza istehsalı baxımından dünyanın əsas taxıl anbarları hesab olunur. 50-dən çox ölkə ərzaq xammalına olan tələbatının əhəmiyyətli hissəsini Rusiya və Ukraynadan edilən idxal hesabına ödəyir. Böhran bu əksər ölkələrin ən yoxsullarına daha çox zərbə vurur”.

Baş verənlər ölkəmizdə də diqqətlə izlənilir. Bu fonda Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" Qərar verib. Ekspertlər bildirir ki, məhdudlaşıdırıcı tədbirləri təkcə Azərbaycan deyil, həm də bir sıra digər ölkələr tətbiq edir. Çünki dünya iqtisadiyyatında təkcə koronavirus pandemiyası ilə deyil, həm də Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar yaranan böhran şəraitində Nazirlər Kabinetinin bu addımları haqlıdır. Nəzərə alınmalıdır ki, bu gün müxtəlif ölkələr tərəfindən qida məhsulları, ilkin tələbat və əsas ərzaq məhsullarının təchiz olunması baxımından mühüm risqlər mövcuddur. Azərbaycan da bu səbəbdən ilk növbədə, öz əhalisinin maraqlarını təmin etməyə çalışır.

Xatırladaq ki, Azərbaycan hökuməti öncədən də ərzaq təhlükəsizliyi məsələsini prioritetləşdirmişdi. Ona görə də ərzaqla təminatda hər hansı bir çətinlik müşahidə edilməmişdi. Ancaq növbəti dövrlərdə region bazarında ərzaq qıtlığı probleminin artacağını nəzərə alaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Hökumət əsas ərzaq məhsulları ilə təminata dair zəruri tədbirləri görür və bu tədbirlər ən zəruri qida məhsulları ilə bağlı qıtlığın olmayacağına təminat vermək iqtidarındadır. Onu da qeyd edək ki, ölkədə hər hansı zəruri ərzaq məhsulu ilə bağlı qıtlıq yoxdur və gözlənilmir. Barəsində bəhs edilən qərar isə vəziyyətin, xüsusən də ehtiyatların genişləndirilməsinin tənzimlənməsi və bütövlükdə proseslərin növbəti dövrlərdə də nəzarətdə olması, daxili bazarın qorunması, vətəndaşların ərzaq təminatı və təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu baxımdan da qərar ilin sonunadək qüvvədə olacaq. Növbəti dövrlərdə də ərzaq təminatının gücləndirilməsi, ərzaqla bağlı ehtiyatlarımızın genişləndirilməsi hökumət üçün prioritet olacaq. Çünki Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərlə dünya bazarında baş verən qiymət artımlarının, ərzaq qıtlığının daxili bazarda təsirlərini minimumlaşdırmağa çalışır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ