Bazar günü günü, 11 oktyabr 2026
     

Dünya qorxulu ərzaq böhranı astanasında: aclıq təhlükəsi artır...

Image


Rusiya ilə Ukrayna arasında davam edən müharibə, əvvəldən də xəbərdar edildiyi kimi, dünya miqyasında ərzaq təhlükəsizliyi ilə bağlı ciddi təhdid mənbəyinə çevrilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yenidən xəbərdarlıq edib ki, ərzaq təminatı ilə bağlı vəziyyət sürətlə pisləşir. Qurumun Moskva ofisinin direktoru Oleq Kobyakov qeyd edir ki, Ukraynadakı münaqişə dünyanın ərzaq vəziyyətinə zərbə vurur, çünki Rusiya və Ukrayna birlikdə dünyanın əsas ərzaq tədarükçüləridir.

Onun sözlərinə görə, planetdə aclıq və ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti ağırlaşdıran koronavirus pandemiyası bu illər ərzində daimi ac insanların sayını 690 milyondan 811-820 milyona yüksəldib, son hadisələr və Ukraynadakı münaqişə təkcə Rusiya və Ukraynanın ərzaq bazarına deyil, həm də dünya bazarına təsir edir: “İndi planetin hər onuncu sakini ərzaqla təminat problemi yaşayır". O vurğulayıb ki, Rusiya və Ukrayna birlikdə, xüsusilə taxıl – buğda, çovdar və qarğıdalı, günəbaxan və kolza istehsalı baxımından dünyanın əsas taxıl anbarları hesab olunur: “Ümumiləşdirilmiş məlumatı alanda biz təəccübləndik ki, nə qədər ölkə Rusiya və Ukraynadan ərzaq idxalından birbaşa asılıdır – bütün Qərbi Asiya və Şimali Afrika, bir çox digər Afrika və Asiya ölkələri, hətta Latın Amerikası və Avropa ölkələri”. Kobyakovun sözlərinə görə, 50-dən çox ölkə ərzaq xammalına olan tələbatının əhəmiyyətli hissəsini Rusiya və Ukraynadan edilən idxal hesabına ödəyir. Böhran bu əksər ölkələrin ən yoxsullarına daha çox zərbə vurur: "Buğda qiymətləri son aylarda 40% və ya daha çox artıb, bir çox ölkədə təchizat problemləri və kəskin qıtlıq müşahidə olunur". Ərzaq böhranını dərinləşdirən daha bir məqam logistika ilə bağlıdır. Xüsusən də Qara dəniz üzərindən daşınma ilə bağlı problemlərin yaranması dünya ərzaq təhlükəsizliyi üçün ciddi hədələr yaradıb. NATO-nun baş katibi Yens Stoltenberq bu xüsusda qeyd edir: “Qara dənizin NATO üçün strateji önəmi böyükdür. NATO müttəfiqləri - Bolqarıstan, Rumıniya və Türkiyə Qara dəniz sahili ölkələrdir, həmçinin NATO tərəfdaşları Gürcüstan və Ukrayna da Qara dəniz sahilində yerləşir. Qara dəniz və buradakı Ukrayna limanlarının dünya ölkələrinə qida ixracında oynadığı rol hər kəsə bəllidir. Ona görə də Rusiyanın Ukrayna limanlarını blokadaya alması yalnız Ukrayna üçün deyil, həmçinin dünya üçün ciddi problemdir. Bu problem dünyada ərzaq qiymətlərinin artımını tətikləyir. Rusiyanın bu blokadanı dərhal aradan qaldırması və Ukraynanın taxıl ixracına imkan verməsi vacibdir”. O qeyd edib ki, NATO müttəfiqləri Qara dənizdəki vəziyyəti yaxından izləyir.

 

Ukraynadan ixracat olmadığı üçün bəzi ölkələrdə aclıq baş verə bilər

 

Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski də bildirib ki, vəziyyət sürətlə pisləşir. Onun sözlərinə görə, Ukrayna son illər ərzində taxıl tədarükçüləri arasında ilk beşliyə düşüb, ona görə də bir çox ölkələrə buğda, arpa və qarğıdalı tədarükü ondan asılıdır. Ukrayna həm də günəbaxan yağının əsas, həmçinin soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür: "Ukrayna məhsullarından ən çox asılı olan regionlara baxsanız, bunlar, Şimali Afrika da daxil olmaqla, Yaxın Şərqdir. Misir Ukrayna məhsullarının əsas idxalçılarından biridir, biz məhsulu Cənubi-Şərqi Asiyaya, xüsusən də İndoneziya, Koreya və Çinə fəal şəkildə ixrac etmişik”. O əlavə edib ki, Cənub-Şərqi Asiya ölkələri müvəqqəti olaraq özlərini başqa məhsullara yönləndirə bilsələr də, Yaxın Şərq və Şimali Afrika ölkələri faktiki olaraq yalnız Ukrayna tədarükündən asılıdır: "Bir aydan çoxdur ki, limanlar bağlanıb. Təkcə taxıl deyil, ət məhsullarının, xüsusən də mal və quş əti, yumurta, süd məhsullarının ixracı da dayandırılıb. Faktiki olaraq bu, xeyli qıtlığa səbəb ola və bəzi ölkələrdə aclığa gətirib çıxara bilər”. Vısotski aydınlaşdırıb ki, Ukrayna günəbaxan yağı ixracının 55%-ni təşkil edir – bu, mütləq əksəriyyətdir. Eyni zamanda, Çin və Hindistandan başqa, Avropa ölkələri də əsas idxalçılar sırasındadır. Bu səbəbdən Ukrayna təchizatı olmadan qlobal qıtlıq yaranacaq.

Qıtlıqla yanaşı, bütün dünya üzrə inflyasiyanın sürətlənməsi müşahidə edilir. Dünyanın ən iri iqtisadiyyatına malik ABŞ-da inflyasiya fevralda 7,9 %-ə kimi sürətlənib. Bu, 1982-ci ildən bu yana ən yüksək göstəricidir. Analoji vəziyyət Avropada da müşahidə edilir. Avrozonaya daxil olan 19 ölkədə illik inflyasiya ötən ay 5,9 %-ə çatıb. Bir il əvvəl Avrozonada inflyasiya illik cəmi 0,9 % olub. Avropa İttifaqının 27 ölkəsində isə illik ifadədə qiymət artımı fevralda hətta 6,2 %-ə çatıb. Ötən il “köhnə dünyada” qiymət artımının əsas səbəbkarı koronavirus pandemiyası olub. Belə ki, sərhədlərin bağlanmasından dolayı tədarük zənciri sıradan çıxdı. Avropa bazarı bir çox məhsul, xammal və hissələrsiz qaldı. İnflyasiyanın tətikləyən digər vacib faktor enerji daşıyıcılarının qiymətlərinin kəskin artması olub. Bu, fevralda Avropada inflyasiyanın sürətlənməsinin əsas faktoru hesab edilir. Enerjidaşıcılarının qiymətləri fevralda illik ifadədə 31,7 % artıb. Proses hələ də davam edir və getdikcə vəziyyət daha da pisləşə bilər. Dünya iqtisadiyyatına kifayət qədər inteqrasiya olunan Azərbaycan da baş verənləri diqqətlə izləyir. Ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı əsas hədəflər sırasında strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsi də xüsusi yer tutur. Əsas məqsədlərdən biri kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına, özünütəminetmə səviyyəsinin artırılmasına nail olmaqdır. Bununla Azərbaycan xarici inflayasiya təsirlərini də xeyli azaltmış olacaq. Ötən ilin yekunları göstərir ki, inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60 faizi ərzaq inflyasiyasının payına düşüb. Azərbaycanın kənd təsərrüfatı və ərzaq idxalı 2,1 milyard dollar olmaqla ümumi idxalın 18 faizini təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub. Lakin yerli ərzaq istehsal həcminin yüksəldilməsi ilə bu məsələnin əhəmiyyətli dərəcədə həlli gözlənilir. Bu müstəvidə idxaldan asılılıq səviyyəsinin azaldılması istiqamətində çevik fəaliyyət həyata keçirilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ