Bazar günü günü, 11 oktyabr 2026
     

Xəzər Azərbaycan üçün elektrik hasilatında da əsas mənbəyə çevrilir

Image


Sirr deyil ki, Azərbaycan böyük neft-qaz resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas məqsədlərdən biri bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl enerji”dən istifadə imkanlarının artırılmasıdır.  Elə bu səbəbdəndir ki, ölkəmizdə küləkdən, Günəşdən enerji alınması istiqamətində irimiqyaslı layihələr icra edilir.

Hesablamalar göstırir ki, ölkəmizdə bərpa olunan enerji hesabına quruda 27 min meqavata yaxın, dənizdə isə 157 min meqavatlıq elektrik enerjisi hasil etmək mümkündür. Ümumiyyətlə isə, 2030-cu ilədək Azərbaycanın elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30%-ə çatdırılması nəzərdə tutulur. Yeni Günəş və külək elektrik stansiyaları vasitəsilə 1500 meqavat gücün yaradılması mümkündür. Artıq görülən işlər sayəsində yaxın tezlikdə “Acwa Power” şirkəti ilə inşa ediləcək 240 meqavat gücündə külək elektrik parkı, “Masdar” şirkəti ilə 230 meqavat gücündə Günəş elektrik stansiyası işə düşəcək. Həmçinin növbəti mərhələdə imzalanmış icra müqaviləsi çərçivəsində BP şirkətinin Zəngilan-Cəbrayıl zonasında 240 meqavat gücündə Günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bundan sonra Azərbaycanın əsas diqqətini Xəzərə yönəltməsi gözlənilir. Məsələ burasındadır ki, Xəzər dənizinin şimal hissəsində böyük külək enerjisi potensialı mövcuddur. Beynəlxalq qurumlar bunun təxminən 157 min meqavat həcmində olduğunu qiymətləndirir. Energetika nazirinin müavini Elnur Soltanov qeyd edir ki, bu, Azərbaycanda mövcud olan bütün elektrik enerjisi potensialından 20 dəfə çoxdur və Xəzər dənizi dünyada bu keyfiyyətinə görə yalnız Şimal dənizindən geri qalaraq ikinci pillədə qərarlaşır: "Lakin Azərbaycanın okeana çıxışı mövcud deyil və külək turbinlərinin 90 metrlik nəhəng pərlərinin daşınması üçün dəniz yoluna ehtiyac var. Hazırda bu infrastrukturun qurulması avadanlığın Volqa-Don vasitəsilə gətirilməsi və ya yerli istehsal ilə mümkündür. Azərbaycanda indidən pilot layihələr həyata keçirməlidir ki, gələcəkdə vaxtı çatanda ölkə texniki tərəfdən buna hazır olsun". Nazir müavininin fikrincə, Azərbaycanda, xüsusilə Xəzər dənizində küləkli havaların üstünlük təşkil etməsi sayəsində külək enerjisi vasitəsilə "yaşıl hidrogen" istehsalı üçün imkan mövcuddur. Onun sözlərinə görə, hidrogen istehsalının bir neçə üsulu arasında ölkəmiz üçün ən əlverişli olanı suyun pirolizi, yəni yüksək hərarətlə keçirilən kimyəvi reaksiya vasitəsilə, yel qurğularından əldə edilən enerjinin toplandığı batareyalardan da istifadə etməklə "yaşıl hidrogen" hasilatıdır. Dənizdə külək enerji potensialından səmərəli istifadə ilə yanaşı, eyni zamanda göllərdə və digər su hövzələrində üzən Günəş sistemlərinin quraşdırılması istiqamətində müvafiq təhlillər aparılır. Ekspertlərə görə, bərpaolunan enerjidən istifadə artıq bir qlobal trenddir. İstər ekoloji töhfələr baxımından, istərsə də tükənən resurslardan istifadənin daha qənaətli bir rejimdə istifadəsi baxımından bərpaolunan enerji mənbələrindən istifadə çox zəruridir. Bu, həm də Azərbaycana dünya bazarlarına daha çox karbohidrogen məhsulları çıxarmağa imkan verir.

Ümumiyyətlə, hazırda enerji resursları ilə zəngin ölkələr də bərpaolunan enerji mənbələrinə xüsusi diqqət yetirməyə başlayıb. Məsələn, dünyanın ən böyük xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanı (gündəlik 10,2 milyon barrel) 2030-cu ilədək ölkədə istehlak olunan elektrik enerjisinin 50 faizini bərpaolunan enerji mənbələri hesabına təmin edəcək. Səudiyyə Ərəbistanında bərpaolunan enerji layihələri üç istiqamətdə həyata keçirilir. Bunlar, su və enerji layihələri, həmçinin “yaşıl hidrogen” istehsalıdır. Bu sahələrdə krallığın əsas şirkəti Azərbaycan Energetika Nazirliyi ilə də əməkdaşlıq edən “Acwa Power”dir. Ər-Riyadda fəaliyyət göstərən bərpaolunan enerji mənbələri üzrə ekspert Rudolfo Estimonun sözlərinə görə, Səudiyyə Ərəbistanı BMT İqlim Sammitinin 2060-cı ilədək sıfır karbon qazı emissiyası proqramına liderlik etmək iddiasındadır və krallığın bu məqsədə çatmaq üçün böyük imkanları var. Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün daha bir iddialı ölkə - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə tandem dünyanın müxtəlif ölkələrində də bu sahəyə investisiyalar qoymağa şərait yaradacaq. Daha bir ekspert Məhəmməd Əl Çələbi iki böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft gəlirlərini bərpaolunan enerji istehsalına yönəltmək siyasətini qlobal enerji təhlükəsizliyi baxımından əhəmiyyətli addım adlandırıb:  “Son illərdə qlobal neft bazarında baş verən təlatümlər göstərdi ki, alternativ enerji mənbələrindən istifadə etmək labüd olacaq və artıq bu sahəyə qoyulan investisiyalar özünü doğruldur”. Sözügedən sahədə Səudiyyə Ərəbistanı ilə rəqabət aparan BƏƏ 2030-cu ilədək enerjinin 30 faizini bərpaolunan mənbələr hesabına istehsal etməyi planlaşdırır. Bu ölkədə alternativ enerji mənbələrindən, xüsusən günəş enerjisindən istifadə edilməsi üzrə layihələrin həyata keçirilməsinə 2016-cı ildə başlanılıb. Bərpaolunan enerji istehsalı üzrə BƏƏ-nin aparıcı “Masdar” şirkəti indiyədək müvafiq enerji istehsalına 20 milyard dollardan artıq sərmayə qoyub. Günəş və külək elektrik stansiyalarının inşası üzrə Yaxın Şərqin ən böyük şirkəti dünyanın 40 ölkəsində fəaliyyət göstərir. Bundan başqa, ölkənin daha bir böyük şirkəti olan “Barakah” bərpaolunan enerji istehsalı üzrə yeni layihələr həyata keçirir. BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei bildirib ki, son illər bərpaolunan enerji istehsalının iqtisadiyyatda payı artır. Onun sözlərinə görə, Əbu-Dabi və Dubayda fəaliyyət göstərən enerji şirkətləri bu sahədə dünya lideri olmaq niyyətindədir. Ekspertlər hesab edirlər ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ərəb ölkələrinin hökumətləri neft-qaz ixracından əldə olunan böyük vəsaitlər hesabına bərpaolunan enerji istehsalını artırmaqla, eyni zamanda, dünyanın müxtəlif ölkələrində bu sahəyə böyük investisiyalar qoymaqla enerji sektorunda mövqelərini daha güclü hala gətirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ