Bazar günü günü, 11 oktyabr 2026
     

Rusiya qaza görə Avropanı sıxır, Qərb Azərbaycandan yapışır...

Image


Rusiya və Qərb arasında dərinləşən ziddiyyətlər fonunda şimal qonşumuzdan Avropaya qaz nəqlində ciddi problemlərin meydana çıxması müşahidə edilir. Bunun əsas səbəblərindən biri gələn ayın ilk günündən etibarən Rusiyanın satılan qazın qiymətinin rublla ödənilməsini tələb etməsidir. Artıq bəlli olduğu kimi, Qərb bununla razılaşmır.

Məsələ ilə bağlı Almaniyanın iqtisadiyyat naziri Robert Habek “Böyük Yeddiliyə” üzv ölkələrin Rusiyanın tələbinə əməl etməyəcəklərini bildirib və qazın pulunu rus rublu ilə ödəməyəcəklərinin səbəbini izah edib. O, bunun mövcud kontraktlara zidd olduğunu deyib, “Böyük Yeddiliyi” və bütövlükdə Avropanı parçalamaq üçün aşkar cəhd kimi qiymətləndirib. Almaniyalı nazir, həmçinin, Avropa İttifaqı və “Böyük Yeddilik” ölkələrinin istənilən ssenarilərə hazır olduğunu açıqlayıb: “Biz bölünməyimizə imkan verməyəcəyik. Görüşlərin bu raundunda Avropa İttifaqı da iştirak edib. “Böyük Yeddilik” nazirləri rublla ödəniş tələbinin mövcud müqavilələrin birtərəfli və açıq şəkildə pozulması olduğu barədə razılaşıblar. Bağlanmış müqavilələr etibarlıdır, təsirlərə məruz qalan şirkətlər müqavilələrə sadiq qalmalıdırlar. Bu o deməkdir ki, rublla ödəniş qəbuledilməzdir. Putinin bizi parçalamaq cəhdi göz qabağındadır. Ancaq böyük birlik var. Biz bölünməyəcəyik və “Böyük Yeddilik” ölkələrinin cavabı aydındır: müqavilələrə əməl olunacaq”. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə “dost olmayan dövlətlərə” qaz tədarükünün yalnız rublla hesablanacağını açıqlamışdı. Məhz belə bir vaxtda Rusiya Avropaya qaz təzyiqlərini artırmağa başlayıb.  Belə ki, Rusiya Yamal-Avropa qaz kəməri ilə qaz nəqlini dayandırıb. Malnov məntəqəsində (Almaniya) Yamal-Avropa qaz kəməri ilə (Belarus və Polşadan Almaniyaya keçir) Rusiya Federasiyasından Aİ-yə qaz axını sıfıra enib. Digər iki əsas “boru” marşrutu üzrə çatdırılmalar ümumi olaraq sabit qalır. Bunlar “Şimal axını-1” və Ukraynadan keçən kəmərdir. Lakin onlarla qaz dayansa, Avropa ciddi problemlərlə üzləşəcək. Avropalı analitik Robert Songer məsələ ilə bağlı qeyd edir: “Rusiyadan Avropaya qaz axını azalarsa, avropalı istehlakçılar ciddi qaz çatışmazlığı ilə üzləşə, Rusiya isə tədarükçü kimi bu həcmlərə görə ödənişləri və büdcə gəlirlərini itirə bilər. Bu ssenari baş versə, Avropanın əlavə sıxılmış təbii qaz həcmləri axtarmaqdan başqa çıxış yolu qalmayacaq. İstehsal obyektlərinin modernləşdirilməsi həyata keçirilmədən boru kəmərləri vasitəsilə idxalın artırılması, çox güman ki, mümkün olmayacaq, buna çox vaxt tələb olunacaq”. Onun sözlərinə görə, dünya üzrə sıxılmış təbii qaz tədarükü çox məhduddur və yaxın bir neçə ildə çox az istehsal obyektinin istifadəyə verilməsi gözlənilir: “Buna görə də Avropa həm təbii qaz, həm də sıxılmış təbii qaza olan tələbi ixtisar etməli olacaq. Bu, alternativ yanacaq növlərinə keçid və ya qazdan asılı zavodların fəaliyyətinin tam dayandırılması ilə həyata keçiriləcək”.  Ekspert əlavə edib ki, Avropaya qaz tədarükünün dayandırılması qiymət artımını qaçılmaz edəcək. Songerin sözlərinə görə, hazırda siyasi vəziyyət son dərəcə qeyri-sabit olduğundan qaza görə ödənişin rubl ilə edilməsi haqqında Rusiyanın bəyanatının nəticələrinin necə olacağını demək çətindir: “Lakin qeyd etmək lazımdır ki, müqavilələr hüquqi öhdəlik yaradan sənədlər olduğundan onlara birtərəfli qaydada dəyişiklik etmək mümkün deyil. Müqavilələr iddia predmeti olduqda həll edilməyən fikir ayrılıqları Arbitraj Məhkəməsində öz həllini tapmalıdır. Bu cür proses üzrə qərar qəbul edilməsi üçün bir neçə il vaxt tələb olunur”. Analitik əlavə edib ki, bu və ya digər tərəfin qaz axınını dayandırmaq haqqında qərarı mümkün ssenaridir, lakin hələlik heç bir tərəf belə bir istək nümayiş etdirməyib.

Hesab edilir ki, bütün bunlar fonunda Avropada Azərbaycan qazına tələb daha da artacaq. Məsələn, İtaliya Azərbaycandan qaz idxalını artırmaqla Rusiya tərəfdən yaradılan problemdən yan qaçmağa çalışır. TAP-ın idarəetmə direktoru Luka Şieppati bildirir ki, TAP boru kəməri ilə İtaliyaya nəql olunan Azərbaycan təbii qazının həcmi iki dəfə artırıla bilər. TAP boru kəmərinin Avropa, xüsusilə də İtaliya üçün əhəmiyyətindən danışan Şieppati bildirib ki, ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan boru kəməri ilə əməliyyatların birinci ilində qitəyə 8 milyard kubmetrdən çox təbii qaz idxal edilib: “Həmin həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb. Bu, İtaliyanın istehlakının, demək olar ki, 10 faizini təşkil edir. Gələcəkdə TAP kəməri ilə Azərbaycandan İtaliyaya gələn qaz həcmlərini ikiqat artıra bilərik. 2022-ci və 2023-cü illərdə, eləcə də qarşıdakı 25 il ərzində boru kəməri ilə müqavilələr çərçivəsində ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. TAP-ın potensialı onun ötürücülük gücünün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üçün hazırda bazar sınaqları aparılır. Prosesin təklif mərhələsini cari ilin iyul ayında başa çatdırmağı planlaşdırırıq. Biz TAP-ın ötürücülük qabiliyyətinin illik təxminən 12, 14, 17 və ya 21 milyard kubmetrə qədər artırılması üçün 4 texniki təklif təqdim etmişik. Bunun üçün mövcud kompressor stansiyaları yenilənməli və yeni ölçmə stansiyaları quraşdırılmalıdır. İllik 12 və ya 14 milyard kubmetr təbii qaz nəqli gücünə çatmaq üçün 4 il, 21 milyard kubmetrə çatmaq üçün isə 5 il vaxt lazımdır. Boru kəmərinin ötürücülük gücünün artırılması üçün lazım olan investisiya birbaşa TAP tərəfindən həyata keçiriləcək. Dövlət xərcləri ilə bağlı hər hansı bir ödəniş olmayacaq”. Bütün bunlar göstərir ki, TAP Avropa ölkələri, o cümlədən İtaliya üçün müstəsna əhəmiyyətə malikdir. Qarşıdakı dövr ərzində Türkmənistan və İran qazının da bu kəmərə yönləndirilməsi planlaşdırılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ